Şəkil 3
Tətbiqi və sənəd pəncərələri. İstənilən tətbiqi proqram pəncərəsinin standart elementləri aşağıdakılardır:
Pəncərə sərlövhəsi
Menyu sətri.
Alətlər panelləri. Bu tez-tez istifadə olunan əmrləri daha tez seçmək üçün əmrlər düymələrindən təşkil olunur
İşçi sahə. Burada yaradılan sənəd yerləşir.və s.
Pəncərələrin ümumi quruluşu: Onların yuxarı hissəsindəki tünd zolaq (başlıq paneli) adlanır. Başlıqda solda obyektin adı göstərilir.Bu Title Bar başlıq sətri adlanır . Başlığın sağ tərəfində üç düymə görünür:
1-ci düymə pəncərəni (Minimize) müvəqqəti bağlamaq, 2-ci düymə pəncərəni bütün ekran boyu açmaq(Maxmize), 3-cü düymə isə pəncərəni (Close) bağlamaq üçündür. Pəncərənin ölçülərini dəyişmək olar. Pəncərələr üzərində müxtəlif əməliyyatlar aparmaq üçün aşağıdakı klaviatura düymələrindən istifasə edilir.
1.Alt+Tab və Alt+Esc , ÿ+Tab(pəncərələr 3-ölçülü təsvir olunur)- bir pəncərədən digərinə keçir və
2. Alt+F4- pəncərəni bağlayır
İşçi masada eyni vaxtda bir neçə pəncərə açiq olduqda onları ekranda nizamlamaq olar. Bunun üçün Taskbar üzərində mausun sağ düyməsi sıxılır. Açılan menyuda aşağıdakı əmrlər vardır:
|