Laboratoriya işi windows əMƏliyyat sistemi qrafiki interfeys obyektləri



Yüklə 299,38 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü299,38 Kb.
#43378
1   ...   4   5   6   7   8   9   10   11   12
Laboratoriya işi-2

Yoxlama suallar:

  1. Windows 7 Əs-nin işçi pəncərəsi və onun əsas elementləri

  2. Start menyusu ona daxil olan əmrlər

  3. Qovluq və onun əsas elementləri

  4. Pəncərələr üzərində yerinə yetirilən əməliyyatlar

  5. Windows 7 -nin standart proqramları və onların funksiyaları

  6. Windowsun Explorer pəncərəsi ilə iş

  7. Mübadilə buferi ilə yerinə yetirilən əməliyyatlar.


Tapşırıqlar

  1. İş masası üzərində əməliyyatlar:

    1. İş masasının fonunu dəyişin.

    2. Pəncərə sərhədlərinin rəngini dəyişin.

    3. Hər hansı bir mini proqramı iş masasında yerləşdirin.

    4. İş masası üzərində yerləşən obyektlərin görünüş rejimini dəyişin və tipinə görə düzləndirin.

    5. İş masasında yaratdığınız qovluğun adını dəyişərək səbət sistem qovluğuna yerləşdirdikdən sonra əvvəlki yerinə bərpa edin.

  2. Tapşırıq paneli üzərində əməliyyatlar:

    1. Tapşırıq paneli üzərində yerləşən obyektlərin ikonlarının ölçüsünü dəyişin.

    2. Cəld müraciət panelinə sistemin baş menyusunda yerləşən paint proqramının ikonunu bərkidin.

    3. Tapşırıq panelinin yerləşmə mövqeyini təyin edin.

    4. Tapşırıq paneli üzərində yerləşən eyni qrupdan olan obyektlərin yerləşmə mövqeyini tənzimləyin.

    5. Dil indikatoru düyməsindən istifadə edərək klaviaturaya yeni giriş dili əlavə edin.

  3. Sistemin baş menyusu üzərində əməliyyatlar:

    1. Excel proqramını sistemin baş menyusuna bərkidin.

    2. Qida mənbəyinin fəaliyyət düyməsini tənzimləyin.

    3. Start menyusunun görünüşünü və tərkibini dəyişmək üçün əməliyyatları icra edin.

  4. Standart proqramlar:

    1. Paint qrafik redaktorunun imkanlarından istifadə edərək sənəd hazırlayın.

    2. Notepad mətn redaktorunda yaradılmış sadə formatlı faylı D: diskində yerləşdirin.

    3. Kəsmə alətinin (Snipping Tool) köməyi ilə kəsilmiş fraqmenti WordPad mətn prosessorunda yerləşdirin.

    4. Kalkulyatorun funksional imkanlarından istifadə edərək sadə riyazi hesablamalar aparın.

    5. Run pəncərəsinin köməyi ilə kompüterin parametrləri haqqında məlumatı əldə edin.

  5. Windows əməliyyat sistemində pəncərələr üzərində əməliyyatlar:

    1. Pəncərələr üzərində Aero interfeysin funksiyalarını icra edin.

    2. Sorğu pəncərəsinin köməyi ilə klaviatura kombinasiyaları haqqında məlumat əldə edin.

    3. Yaradılmış hər hansı obyekti dialoq pəncərəsinin köməyi ilə silərək səbət sistem qovluğuna yerləşdirin. Sistem qovluğu pəncərəsində bir-birinə yaxın və ya fərqli məsafələrdə yerləşən obyektlər üzrində klaviaturanın Shift və ya Ctrl düymə kombinasiyalarından istifadə edərək müəyyən əməliyyatları (silmək və ya bərpa etmək) icra edin.

    4. İpucu pəncərəsi köməyilə iş masasında yerləşən hər hansı obyektin parametrləri haqqında məlumatı göstərin.

    5. İdarəetmə düymələri vasitəsilə pəncərələr üzərində əməliyyatları icra edin.

  6. İdarəetmə paneli üzərində əməliyyatlar:

    1. Mausun parametrlərinin tənzimləyin.

    2. Əməliyyat sisteminə yeni şriftin əlavə edilməsi.

    3. Klaviaturanın giriş dilini, tarix və vaxt formatlarını tənzimləyin.

    4. User Accounts and Family Safety (İstifadəçi hesabları və ailəvi təhlükəsizlik) kateqoriyasının imkanlarından istifadə edərək istifadəçinin qeydiyyat yazısını yaradın, sistemin giriş parolunu və adını dəyişin.

  7. Windows explorer proqramı üzərində əməliyyatlar:

    1. Alətlər panelindən istifadə edərək işçi sahədə yerləşən fayl və qovluqları görünüş rejimlərini dəyişin.

    2. Axtarış sətrində ixtiyari simvoldan ibarət .docx genişlənməsinə malik 2019-cu ildə yaradılmış sənədlərin siyahısını tapın.

    3. Home lent tabının köməyi ilə fayl və qovluqlar üzərində əməliyyatları icra edin.

    4. Share lent tabının imkanlarından istifadə edərək qovluğu arxivləşdirin və kompakt diskə yazın.

    5. Windows explorer pəncərəsinin hərəkət və önbaxış panelinin sazlanması.





Yüklə 299,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin