Laboratoriya işi windows əMƏliyyat sistemi qrafiki interfeys obyektləri


Ножницы(Snipping Tool-Kəsmə aləti)-



Yüklə 299,38 Kb.
səhifə11/12
tarix02.01.2022
ölçüsü299,38 Kb.
#43378
1   ...   4   5   6   7   8   9   10   11   12
Laboratoriya işi-2

Ножницы(Snipping Tool-Kəsmə aləti)-kompüterin ekranının və ya ekranın hər hansı hissəsinin şəklini çəkmək üçün istifadə olunan standart proqramdır.

  • Проводник(Windows Explorer)-Kompüterdə olan fayl və qovluqların siyahısını(ağacını) verir və onlarla işləyərkən bələdçi rolunu oynayır;

  • Записки-İşçi stolda kiçik vərəqlərdə qeydlər etmək olar

    Windowsun Explorer pəncərəsi. Kompüterin fayllar sisteminə Explorer (Проводник) – Bələdçi pəncərəsi ilə də baxmaq olar. Explorer pəncərəsi ya Star/Programs/Accessories/Explorer vasitəsilə aktivləşdirir, ya da mausun sağ düyməsini Star düyməsini üzərində sıxırıq, açılan pəncərədən Explorer sətrini seçib, mausun düyməsini sıxırıq. Açılan pəncərənin sol tərəfində kompüterin fayl strukturu – disk aparıcıları, qovluqlar və quraşdırıdmış şəbəkə əlaqəsi görünür. Sağ tərəfdə isə, pəncərənin solunda seçilən qovluqda yerləşən fayl və qovluqların adları təsvir olunur.

    Mübadilə buferi: Seçilmiş obyektləri mübadilə buferinə yerləşdirmək üçün kontekst menyudan Cut(вырезать-Ctrl+X), Copy(копировать-Ctrl+C) əmrlərindən, mübadilə buferində yerləşdirilmiş obyekti isə istənilən sahəyə əlavə etmək üçün kont. menyudan paste(вставить-Ctrl+V) əmrindən istifadə edilir. Ctrl+Z- əmrin ləğvi, Ctrl+Y əmrin bərpası, Ctrl+A qovluqdakı bütün obyektlərin seçilməsi .

    AERO interfeysi. Bu funksiyalara AERO Shake, AERO Peek, AERO Snap və AERO Flip funksiyalarını aid etmək olar. Windows 7 əməliyyar sistemində AERO interfeysi istifadəçiyə dinamikləşdirilə bilən masaüstü təklif edir. AERO Peek funksiyası iş masasını örtən pəncərələri bağlamadan iş masasının məzmununa baxmağa imkan verir. AERO Shake funksiyası pəncərə başlığında mausun düyməsini silkələdikdə həmin pəncərədən başqa bütün pəncərələr minimallaşdırılır.


    Yüklə 299,38 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin