İşçi stol pəncərəsi. Windows ƏS-i yükləndikdən sonra ekran xüsusi görünüş alacaq. Bu, yaddaşa Windows sisteminin yükləməsini bildirir. Ekranın bu təsviri Desktop(рабочий стол) işçi stol adlanır. İşçi stol yazıları olan piktoqramlardan və ekranın aşağısında isə Start (Пуск) düyməsi yerləşən Taskbar (məsələlər panelindən) ibarətdir. Burada Start-dan sonra tez-tez istifadə olunan proqramların cəld icrası üçün nəzərdə tutulan düymələr(şəkil 4) ,
Şəkil 4
sağ tərəfində isə dil və bildiriş oblastı yerləşir(şəkil 5).
Şəkil 5
İ şçi stolun müəyyən sahəsində mouse-un sağ düməsini və ya ( Shift+F10) sıxmaqla konteks meyu açmaq mümkündür(şəkil 6) . Windows sistemində yeni obyekt yaratmaq üçün mausun sağ düyməsi işçi stolun boş yerində vurulur və açılan menyudan New(Создать) seçilir. Bu zaman yeni obyektlər menyusu əks olunur. Seçiləcək obyektin üzərində mausun sol düyməsi vurulur. Bundan sonra işçi stolda yeni obyektin ikonu görünəcək. İkonun altındakı mətni silib əvəzinə obyektin adını yazıb, Enter vurulur. İşçi stolda yerləşən piktoqramları nizamlamaq üçün kontekst menyudan Arrange İcons(сортировка) –alt menyusundan By Name(adına görə), by Type(tipinə ğörə), by Size(ölçüsünə görə), by Modified(dəyişilməsinə görə). Avtomatik sazlamaq üçün isə Auto Arrange (avtomatik) əmri verilir.
View(Вид)-əmri ilə iş masasındakı obyektlərin yerləşmə formasını, görünüşünü tənzimləmək olar.(Крупные, обычные, мелкие значки).
Dostları ilə paylaş: |