Ladə hadisələr: geofiziki fövq



Yüklə 136,49 Kb.
səhifə14/27
tarix26.04.2022
ölçüsü136,49 Kb.
#56424
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
mülki müdafiə mühazirə5

Torpaq sürüşməsi - torpağın alt və ya üst qatının müəyyən qədər kəskin yer dəyişməsidir.

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.

Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) faktorlar səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.

Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.

İri sürüşmələr adətən təbii faktorların təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.

Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen faktorların təsirindən yaranır.

Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.



Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:

  • Nəhəng - 400 ha və daha çox,

  • Çox böyük - 200- 400 ha,

  • Böyük - 100-200 ha,

  • Orta - 50-100 ha,

  • Kiçik - 5-50 ha,

  • Çox kiçik - 5 ha sahəni əhatə edir.

Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.

Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir. Onların əsas zədələyici faktorları hərəkət edən və yerini dəyişən dağ süxurlarıdır.

Onların təsiri nəticəsində binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə massivləri süxur layları ilə örtülür, çayların yataqlarının və təbii landşaftın dəyişməsinə, insanların həlak olmasına səbəb olur. Bir çox hallarda bu təhlükəli geoloji hadisələr dağlıq yerlərində yerüstü nəqliyyat üçün təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, avtomobil yollarını zədələyib dağıdır, elektrik və rabitə xətlərini, neft kəmərlərini, hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini sıradan çıxarır.

Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda göstərilən göstəricilərlə müəyyən edilir:



  • sürüşmə zonasında olan əhalinin sayı;

  • həlak olan, yaralanan və evsiz qalan insanların sayı;

  • təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı;

  • dağılmış və zədələnmiş xalq təsərrüfatı obyektlərinin, sosial- mədəniyyət və səhiyyə obyektlərinin miqdarı;

  • su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü; - ölmüş kənd təsərrüfatı heyvanlarının sayı.

Sürüşmə və sel təhlükəli zonalarda yaşayan əhali bu təbii hadisələr, onların xarakteristikası, istiqamətləri haqqında məlumatlı olmalıdırlar. İnsanların öncədən məlumatlandırılması hadisə baş verdikdə yarana biləcək stress hallarının və panikanın qarşısını alır.

Yaranan təhlükə haqqında məlumat hidrometeoroloji xidmətlər və digər müvafiq qurumlar tərəfindən daxil olur. Burada ötürülən məlumatın vaxtında təyinat yerinə çatması çox vacibdir. Əhalinin xəbərdar edilməsi müəyyən edilmiş qaydada sirenlərin, radio, televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri tərəfindən həyata keçirilir.

Sel, torpaq sürüşməsi və uçqun təhlükəsi olduqda müəyyən zaman çərçivəsində əhalinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi həyata keçirilir. Öncədən təxliyə həyata keçirilərkən, tərk edilən mənzillərdə qalan, özünüzlə apara bilmədiyiniz qiymətli əşyaları nəmişliyin təsirindən qorunan bir yerdə qoymanız, qapı - pəncərələri kip bağlamanız lazımdır. Elektrik xətlərini ayırın, qaz və suyu bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb ilk düşən imkanda zirzəmilərdə və ayrıca çalalarda basdırın.

Əgər öncədən xəbərdarlıq olmayıbsa, əhali baş verən təhlükənin yaxınlaşdığını gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə təhlükəsiz yerə doğru hərəkət etməlidir. Bu zaman yaxınlaşan təhlükə haqqında qonşularınızı xəbərdar etməlisiniz.

Təhlükədən tez uzaqlaşmaq üçün yaxınlıqda olan təhlükəsiz yerə doğru hərəkət yolunu bilmək lazımdır. Bu yollar təhlükənin hərəkət istiqamətini bildirən proqnozlar əsasında müəyyən edilir. Yolda hərəkət edərkən xəstə insanlara, yaşlılara, uşaqlara kömək etmək lazımdır.


Yüklə 136,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin