Ladə hadisələr: geofiziki fövq



Yüklə 136,49 Kb.
səhifə11/27
tarix26.04.2022
ölçüsü136,49 Kb.
#56424
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
mülki müdafiə mühazirə5

Suyun səviyyəsinin qalxması (daşqınlar) vəşməsi.

Daşqın- ərazinin surətlə su qatı ilə örtülməsidir və bu zaman ərazinin xeyli hissəsini müəyyən müddətə su basır. Səbəbi adətən, leysan yağışları və qarın surətlə əriməsidir.

Belə hal su qovşaqları, su-elektrik bəndlərinin zəlzələ, müharibə, terror və digər səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, bu zaman xeyli ərazi, yaşayış məntəqələri su altında qalır.

Daşqın çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fizikicoğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər.

Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür.

Sahildən çıxan çay və ya dəniz suyu qurunu, ətrafı basır. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.

Daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın nəticəsində su basmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür.

Daşqın zonalarının hüdudları, sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər və qadağalar müəyyən edilərək, onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.

Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası rejimi barədə əhali məlumatlandırılır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan istifadə üzrə tövsiyələr verilir.




Yüklə 136,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin