Zəlzələ ocağının dərinliyi – zəlzələnin gücündün asılı olaraq 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.
Zəlzələ enerjisinin intensivliyi, 12 (on iki) ballıq şkala üzrə ölçülür.
Amerikalı seysmoloq D.F.Rixter 1933-cü ildə zəlzələnin gücünü qiymətləndirmək üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali 12 ballıq zəlzələnin ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal
|
Zəlzələnin intensivliyi
|
Nəticələrin qısa xarakteristikası
|
1
|
Nəzərə çarpmayan
|
Yalnız seysmik cihazlar ilə müşahidə edilir
|
2
|
Çox zəif
|
İstirahət edən insanlar tərəfindən hiss edilir
|
3
|
Zəif
|
Yalnız az sayda insanlar tərəfindən hiss olunur
|
4
|
Mülayim
|
Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və pəncələrin cığıltısı ilə müəyyən edilir
|
5
|
Kifayət qədər güclü
|
Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi, pəncərə şüşələrində və suvaqlarda çatların əmələ gəlməsi, yatanların oyanması
|
6
|
Güclü
|
Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları tökülür. Binalar yüngül xəsarət alır
|
7
|
Çox güclü
|
Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş binalar salamat qalır
|
8
|
Dağıdıcı
|
Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir. Heykəllər yerindən dəbərir və çökürlər. Evlərə güclü xəsarət dəyir
|
9
|
Viran edici
|
Daş binaların dağılması və çox güclü xəsarət alması
|
10
|
Məhvedici
|
Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş binaların dağılması, dəmir yol reyslərin əyilməsi
|
11
|
Fəlakət (bədbəxt hadisə)
|
Yerdə geniş çatlar, çox saylı sürüşmələr və çöküntülər. Daş binalar tamamilə dağılır
|
12
|
Güclü fəlakət
|
Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar, çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların axmasında dəyişiliklər, heç bir tikili dözmür
|
Meteoroloji fövqəladə hadisələr:
11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;
Qasırğa (Tufan) - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.
Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən küləklər isə tayfun adlanır.
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər.
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Qasırğalar Asiyanın cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun sayılır.
Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.
BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsizeşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub.
Dostları ilə paylaş: |