Fövqəladə hadisələr idarə üzrə, mənsubiyyətinə görə:
Tikintidə;
Sənayedə;
Mənzil və kommunal məişət sahələrində;
Kənd təsərrüfatında;
Meşə təsərrüfatında;
Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləcədə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu oynayır.
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:
Lokal (məhdut);
Obyekt miqyaslı;
Yerli;
Regional;
Dövlət (milli);
Qlobal xarakterli ola bilər.
Lokal (qismi) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən 1000-ə qədərdir.
Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.
Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.
Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 500.000-dən 20.000.000-a qədərdir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dan artıq, zərər çəkən əhalinin sayı 20.000.000-dan artıq.
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş verən insan tələfatının miqdarına, zədələnmiş (köçürməyə məruz qalan) əhalinin sayına, habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir.
Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər:
Dostları ilə paylaş: |