Yanğın- od insanların nəzarətindən çıxdıqda səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət üzündən baş verir.
Məişət yanğınları - bu zaman alov yanan materialların növündən asılı olaraq sürətlə yayılıb müxtəlif dərəcədə ziyan törədir.
Meşə yanğınları - əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq). Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır.
Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.
Texnogen xarakterli fövqəladə hadisələr.
Dostları ilə paylaş: |