Yeraltı suların səviyyəsinin qalxması (subasma).
Yer səthindən dərində, süxurların məsamələrində, laylar arasında və başqa boşluqlarda yerləşən suya yeraltı su deyili.
Yeraltı suların müxtəlif növləri var. Bunlardan məsamə suyu, məsamə-lay suyu, məsamə-çat-lay suyu, lil suyu, torpaq suyu, arteziyan suyu, vulkanik su, geyzer suyunu göstərmak olar.
Yeraltı suların təsnifatı: Yeraltı sular mənşəyinə, yaşına, yatım şəraitinə, kimyəvi tərkibinə və digər xüsusiyyətlərinə görə müxtəlif siniflərə bölünür.
Atmosfer çöküntülərinin süxurların məsamələri və çatlarından süzülüb, başqa bir layda toplanması nəticəsində infiltrasiya sularının yığımı əmələ gəlir.
Yeraltı suların qalxması nəticəsində subasma əmələ gəlir və həmin fəsadlar daşqınlara gətirib çıxarır.
Geoloji fövqəladə hadisələr:
Sel - sel adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə ərinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi- ağacları, binaları, qurğuları dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrufatı tikililərini məhv edir. Selin başlanmasını gördükdə, ərazinin hündürlüklərinə qalxmağa çalışın. Binada olduqda - yuxarı mərtəbələrə, evin damına qalxın.
Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeoroloji proseslər təşkil edir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları hesabına yaranır. Bəzən faza rejimi kimi baş verən daşqınlara sel hadisəsi kimi baxırlar. Bu düzgün deyil.
Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su kütləsinin təxminən 65-70%-i gətirmə materialları, qalanını su kütləsi təşkil edir.
Daşqınlarda isə bu əksinədir.
Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür: Sulu-daşlı sellər; Sulu-palçıqlı sellər; Daşlı-palçıqlı sellər.
Dostları ilə paylaş: |