Madd
ə 35. Qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi
35.1. Yerli v
ə idxal olunmuş qida və yem məhsulları insan sağlamlığı və həyatı, heyvan
sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaratdıqda və həmin təhlükənin geniş yayılma
riski olduqda bu hal böhran v
əziyyəti hesab edilir və müvafiq icra hakimiyyəti orqanının
mü
əyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyəti elan edilir.
35.2. Müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
böhran v
əziyyətinin idarə edilməsi məqsədi ilə qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici
t
ədbirləri həyata keçirilir.
35.3. Qida v
ə yem məhsulları ilə bağlı böhran vəziyyəti yarandıqda müvafiq dövlət
orqanları, bələdiyyələr, qida biznesi subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanı (qurumu) bu haqda dərhal məlumatlandırmalıdırlar.
35.4. Müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət
orqanlarının və qurumlarının iştirakı ilə böhran vəziyyətinin idarə edilməsinə dair plan
hazırlamalı və aparılmış sınaq təcrübələri əsasında onu yeniləməlidir. Planda qida və yem
m
əhsulunun insan həyatı və sağlamlığı, heyvan sağlamlığı və ətraf mühit üçün yaratdığı
t
əhlükə riskinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üçün
görül
əcək tədbirlər və həmin tədbirlərə cavabdeh subyektlər əhatə olunmalıdır.
35.5. Müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) qida və yem
m
əhsullarının yaratdığı təhlükənin qarşısının alınması, məhdudlaşdırılması və aradan
qaldırılması ilə bağlı gördüyü tədbirlər səmərə vermədikdə həmin riskin mənbəyi olan
m
əhsulların ilkin istehsalı, emalı və dövriyyəsinin məhdudlaşdırılması, qadağan edilməsi və
ya m
əhv edilməsi ilə bağlı qərar qəbul edə bilər.
35.6. Müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida
çirkl
ənməsi və epidemiya üzrə erkən xəbərdarlıq sistemləri yaradılır.
Dostları ilə paylaş: |