Layihələr və layihələrin idarə edilməsi Layihə iştirakçıları və onların funksiyaları



Yüklə 44,13 Kb.
səhifə10/12
tarix28.12.2022
ölçüsü44,13 Kb.
#78082
1   ...   4   5   6   7   8   9   10   11   12
Layihədə kommunikasiyalarin idarə olunmasi

Torpaq sahəsinin sahibi - layihə üçün ayrılmış torpaq sahəsinin sahibidir. Sahib hüquqi və ya fiziki şəxs olaraq müqavilə əsasında sifarişçiyə torpaq sahəsindən istifadəetmə hüququnu verir.
İstehsalçı - əsas fondun hesabına layihənin son məhsuluna cavabdeh olan şəxsdir. Məhsulun satışı nəticəsində gəlirin əldə edilməsi onun əsas məqsədlərindən biridir. İstehsalçı layihənin bütün fazalarında iştirak edir, layihə iştirakçıları ilə əməkdaşlıq edir.
Alıcı - layihənin son məhsulunu alan, ondan istifadə edən, tələbləri formalaşdıran və ona olan ehtiyacı müəyyənləşdirən hüquqi və fıziki şəxsdir. Alıcının hesabına layihəyə çəkilən xərc ödənilir, hətta layihə iştirakçıları əlavə olaraq öz gəlirlərini də əldə edə bilərlər.

3.Layihə komandası və liderlik
Layihə komandası
Komanda dedikdə, konkret məqsədlərə nail olmaq üçün bir yerdə işləyən kollektiv nəzərdə tutulur. Layihə komandalarında bir qayda olaraq müxtəlif bilik səviyyəsinə və qabiliyyətə malik olan bir neçə texniki bölmələrin işçiləri fəaliyyat göstərirlər.
Layihə komandası - təşkilati iclasların, layihə menecerləri və layihə komandasının üzvləri üçün seminarların, işçi qruplar üçün iclasların keçirilməsi məqsədilə yaradılır və formal xarakter daşıyır. Eyni zamanda bu proses komandada iş əhval ruhiyyəsini yüksəltmək, işi müvafiq şəkildə yerinə yetirmək üçün komanda üzvlərini birləşdirmək, fərdi strategiyanı işləmək, ictimai tədbirlər keçirtmək istiqamətində qeyri-formal xarakter daşıyır. Layihədə yaranan mürəkkəb vəziyyətlər, anlaşılmazlıqlar xüsusən komanda üzvlərinin müxtəlif təhsilə və mədəniyyətə, maraq dairəsinə və başqa keyfiyyətlərə malik olmalarından irəli gəlir.
Layihə komandalarında layihənin yerinə yetirilməsi prosesinə ya kömək edən, ya da maneçilik törədən dinamik effektlər mövcuddur. Əksər hallarda komandanın-formalaşması prosesi komandanın xüsusiyyətlərindən asılı olmayaraq, bir mərhələdən digər mərhələyə keçməsi ilə bağlıdır (formalaşma, münasibətlərin qurulması, normal vəziyyətin yaranması, işlərin səmərəli şəkildə həyata keçirilməsi).
Komandanın işi sosial strukturlar yaradır: əsas rol perspektivli komanda üzvlərinin üzərinə qoyulur. Layihə komandasının hər bir üzvünün statusu onun kollektivdəki hörməti ilə bağlıdır. İşçinin hörməti komanda tərəfindən yerinə yetirilən işlərin inkişafında çəkdiyi zəhmətdən asılıdır. Komanda müəyyənləşmiş xarici və ya daxili qaydalar əsasında fəaliyyət göstərə bilər.
Liderlik sosial sistem yaradan bir aktdır, burada rəhbərlik edən və tabeçilikdə olan şəxslər müəyyən işləri yerinə yetirir və maliyyə vəsaitinin istifadəsi, müddət, emosionallıq, sosial məsələlər ilə bağlı problemləri həll edir. Bu anlayışa eyni zamanda müəyyən məqsədə çatmaq üçün komanda üzvlərinin münasibətləri və davranışları da təsir göstərə bilər. Bu, təşkilatlandırma, planlaşdırma, ehtiyatlara nəzarət və onların idarə edilməsi vasitəsi ilə yaradılır. Rəhbərliyin funksiyalarından biri də digər şəxslərdən tapşırıqların yerinə yetirilməsini tələb etməkdir.
Rəhbərlik layihə menecerinin ən əsas vəzifələrindən biri sayılır və sifarişçinin rolundan fərqlənir, nəticə etibarilə məsələni layihənin konteksti ilə uyğunlaşdırır və lazımi dəstək və maliyyə məsələlərini daima nəzarət altında saxlayır.

Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin