Proyekt qrafiki necə hesablayır
Proyekt qrafikin hesablanmasına birinci tapşırıq daxil edildikdən sonra başlayır. Əlavə dəqiqliklərin daxil edilməsi ilə qrafik yeniləşir. Layihənin idarə edilməsində qrafikin hesablanması üçün əsas yol kritik üsuludur, hansı ki, layihənin ümumi uzunmüddətliliyi hesablanır, tapşırığı tələb olunan ardıcıllıqla bağlayır və dövrədə bütün tapşırıqların ümumi uzunmüddətliliyini cəmləşdirir.
Şəkil 1.2-də sadə layihə verilmişdir, hansı ki, o, altı tapşırıq və “sona çatma” vexi-nə malikdir. Tapşırıq A, B, V, həmçinin Q, D, E ardıcıl yerinə yetirilməlidir. Ardıcıllıq eyni vaxtda yerinə yetirilə bilər, ancaq layihənin sona çatması üçün onların hər ikisi sona çatmalıdır.
Qeyri kritik tapşırıq
Kritik tapşırıq
Şəkil 1.2. Tapşırığın ən uzun müddətli ardıcıllığı (kritik yol), bütün layihənin uzun müddətliyini təyin edir.
Əgər paralel olaraq iki ardıcıllıq yerinə yetirilirsə, onda layihənin uzunmüddətliliyi onların özlərinin uzunmüddətliliyinə bərabər olacaqdır. Şəkil 1.2-də A-B-V ardıcıllığı 10 gün vaxt aparır, ancaq Q-D-E ardıcıllığı 6 gün. Ona görə də layihənin qurtarması üçün 10 gün vacibdir, necə ki, ən uzun müddət nə qədər uzanırsa bir o qədər vaxt tələb olunur.
Layihəni qrafikə görə sona çatdırmaq olmur, əgər onun həddində ən uzun müddətli ardıcıllıq sona çatmayirsa. Bu tapşırıqlar kritik tapşırıqlar kimi məlumdur və bu layihənin qrafik həddində tutulması üçün çox vacibdir. Kritik tapşırığın ardıcıllığı kritik yol adlanır. Kritik yolu təşkil edən bütün tapşırıqlar qrafikə görə sona çatmalıdır, əks təqdirdə layihənin qurtarma müddəti dəyişdiriləcəkdir.
Şəkil 1.2-də A, B, V tapşırığı kritikdir, A-B-V ardıcıllığı isə kritik yoldur. Q, D, E tapşırıqları layihənin vaxtında qurtarması üçün kritik deyillər. Bu tapşırıqlardan ixtiyari birini iki günə qədər gecikdirmək olar və bu layihənin vaxtında qurtarmasının vaxtını dəyişdirmir. Beləliklə, deyilir ki, Q, D, E tapşırığı müvəqqəti ayrılmalardır. Kritik tapşırıqlarda vaxt ayırmaları olmur. Əgər layihə qrafik həddində başa çatdırılmalıdırsa, onda belə tapşırıqların yerinə yetirilməsi gecikdirilə bilməz. Ona görə də, müvəqqəti ayrılmaların miqdarının sıfır olması kritik tapşırıqların üzə çıxarılması və yaxud təyin edilmə üsullarından biridir.
Kritik yol haqqında niyə fikirləşmək lazımdır?
Kritik tapşırığın aşkar edilməsi layihənin planlaşdırılmasını uzun müddət saxlaya bilər. Hesab edək ki, layihənin ümumi müddətini azaltmaq vacibdir (bəzən bu layihənin “basılması” adlandırılır), bunun üçün siyahıda elə tapşırıqlar üzə çıxarılır ki, hansıları ki, planlaşdırmadan əvvəl başa çatdırmaq olar. (Məsələn, tapşırığın resurslarına əlavə etmək olar ki, o vaxtından əvvəl başa çatsın). Hər bir tapşırığa baxmaq lazım deyil ki, vaxtın qısaldılması potensialının mümkünlüyü tapılsın. Tam sakit vəziyyətdə kirtik tapşırığın axtarış radiusunu qısaltmaq olar və bu halda qeyri kirtik tapşırıqların müddətinin qısaldılması haqqında fikirləşmək lazım deyil. Bu ona görə baş verir ki, qeyri kirtik tapşırıqların uzun müddətliliyi layihənin ümumi uzunmüddətliliyinə təsir etmir. Bu bilik layihənin uzunmüddətliliyinin azaldılmasının mümkünlüyünün axtarışında böyük vaxta qənaət etməyə köməklik edir.
Dostları ilə paylaş: |