1.7. Layihənin idarə edilməsi İdarə etmə mərhələsində layihənin cari vəziyyətinə baxılır, yerinə yetirilmiş işlər yazılır, əgər real müddət planlaşdırılmış müddətlə uyğun gəlmirsə onda yeni qrafiklər çəkilir. Bu mərhələdə aşağıdakıları yerinə yetirmək vacibdir.
Sonuncu planın baza surətini yaradılmalı, hansı ki, sonralar planlaşdırılmış başlanğıc və son tarixlərin real tarixlərlə müqayisə üçün istifadə ediləcək.
Layihəyə real başlanğıc və qurtarma tarixlərini, qurtarma faizini və xərclərini daxil etməli. Proyekt bu dəyişikliyi qrafikdə göstərir və onu yenidən hesablayır.
Yeni qrafiklə diqqətlə tanış olmalı. Heç bir problemin baş vermədiyini aydınlaşdırmalı və əgər bu mümkündürsə, onda onun qarşısını almaq üçün tədbirlər görülməli. Bütün iştirakçılar qrafikdə aparılmış dəyişikliklər barədə məlumatlandırılmalıdır.
Layihə qurtardıqda yekun hesabatı əks etdirən sənədlər hazırlanmaldır. O, real görülmüş işləri əks etdirmək üçün təyin edilmişdir, həmçinin bu göstəricilərin saxlanılmış sonuncu baza surətləri ilə müqayisəsi üçün lazımdır. Cari vəziyyətin izlənməsi layihənin idarəsində iterativ proses modelinə nəzarət mərhələsinə uyğundur. Bu model aşağıdakı komponentlərdən ibarətdir: təşəbbüs göstərmək, planlaşdırmaq, icra etmək, nəzarət və sona çatdırmaq. O, layihənin cari vəziyyətinin bütün nəzarət və ölçü yolunda nailiyyət əldə etmək üçündür. Bu ölçmə birbaşa planın baza və real vəziyyətinin müqayisəsi ilə, əgər o vacibdirsə düzəliş tədbirləri nəzərə alınmaqla həyata keçirilir.