Lentali konveyerləRİn hesablanmasi



Yüklə 400,41 Kb.
səhifə23/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Lentali konveyerl R n hesablanmasi

Qoruyucu-atıcı klapanlar qazın atmosfere tullanmasının qarşısını almaq üçündür.
Qaz filtrləri qoruyucu tıxac klapanları və təzyiqi tənzimləyicisindən əvvəl yerləşdirilir. Filtrləri işi qazı tozdan, pas və digər bərk hissəciklərdən təmizləməkdən ibarətdir.
Magistral qaz xəttindən və ya qaz paylayıcı stansiyadan qaz 0.7 MPa təzyiqlə verilir. Buxar qazanının qorelkasının (odluluğunun) qarşısında təzyiqi 0,13 MPa tələb olduğuna görə Qaz təmizləyici məntəqədən keçir.
Bütün qaz xətləri stansiya daxilində yerin üstü ilə aparılır. Qaz xətləri metal və dəmirbeton dayaqlar üzərində yerləşdirilir. Qaz kəmərlərində armaturlar poladdan , boru kəmərləri isə tikişsiz hazırlanır.
Eletrik stansiyalarında ehtiyat qaz saxlanılmır.
11.1 Təbii qazın çıxarılması və emalı.
Məlumdur ki, qazvari yanacaq yanan və yanmayan qaz qarışığından ibarətdir.
Yanan qazlar karbohidratlar, hidrogen və karbon oksiddir. Yanmayan qazlar isə azot, karbon 2-oksid və oksigendir. Bundan başqa qazın tərkibində su buxarı, hidrogen sulfid, ammonyak, toz və s. qarışıqlarda olur. Qaz zəhərli maddələrdən tmizlənir.
Qaz təchizatında həm nəm, həm də quru qazdan istifadə olunur. Belə ki, qazı uzaq məsafəyə nəql etdikdə, o mütləq qurudulur.
Demək olar ki, bütün süni qazlar iyə malikdir. Bu da onların nəqli zamanı boru və armaturlardan sızmanı tez hiss eləməyə bais olur. Təbii qazlar isə heç bir iyə malik olmadığından omlara xüsusi maddələr qataraq iyləndirirlər.
Hal-hazırda sənaye müəssisələrinin əksəriyyətinin qaz tələbatı təbii qazla ödənilir. Təbii qazların tərkibinin əsas hissəsini müxtəlif karbohidratların qarşığı təşkil edir. Təbii qazların tərkibində oksigen hidrogen və karbon oksid olmur.
Təbii qazlar 3 qrupa bölünür

  1. Qaz yataqlarından çıxarılan

  2. Neft yataqlarından çıxarılan

  3. kondensat yataqlarından çıxarılan

Sırf qaz yataqlarından çıxarılan təbii qazların tərkibi əsasən metandan ibarət olur


Bu qazlar quru olur.
Neft yataqlarından neftlı birlikdəçıxarılan təbii qazlara bəzən səmt qazıda deyilir. Bu qazların tərkibində metadan başqa ağır karbohidratlar və yağlı qazlar da olur. Yağlı qaz dedikdə quru qazla propan0butan fraksiyasının benzin buxarı ilə qarışığı nəzərdə tutulur.
Laydan çıcarılmı qazı nəql etmək üçün qabaqcadan qaz qurudulmalı, kənar qarışıqlardan təmizlənməli, ağır karbohidrogenlərdən ayrılmalı və iyləndirilməlidir.
Təbii qazın tərkibində olan su buxarları müəyyən şəraitdə kondenssasiya olaraq, qazın tərkibindəki karbohidrogenlərlə birləşib hidratlar əmələ gətirirlər.Hidratlar qaz kəmərində yığılaraq, borunun en kəsik sahəsini kiçildir. Bu hadisənin qarşısını almaq üçün qaz qurudulmalıdır. Qazı qurutmaq üçün seperatorlardan, kondensat yığıcılardan istifadə edirlər. Laydan çıxan qazın tərkibində eyni zamanda müxtəlif mexaniki hissələ də olur. Bu hadisələr kəmərin müəyyən yerlərinə yığışaraq, en kəsik sahəsini kiçiltməklə bərabər, müxtəlif qurğuların tez sıradan çıxmasına səbəb olur qazı mexaniki qarışıqlardan təmizləmək üçün toz ayırıcılardan istifadə olunur.
Təbii qazlara qatılan xüsusi iyləndirici maddələrə odorantlar deyilir. Odorantlar kəskin iyə malik olmaqla bərabər eyni zamanda tez buxarlanan, yanan və zərərsiz olmalıdır.
Müasir nəzəriyəyə görə təbii qazlar üzvi birləşmələrin yera parçalanması nəticəsindəəmələ gəlmişdir. Qaz ehtiyyatını təyin etmək üçün aşağıdakı düsturdan istifadə edilir.
Q=s.h.c.p.z
Burada Q-normal şəraitdə qaz ehtiyatı, 106 Hm3
s-qaz layının sahəsi, km2
h-qaz layının orta qalınlığı m
c-layın nisbi məsaməliyi
p-layın orta təzyiqi
z-qazın sıxılmasını nəzərə alan əmsal yerin altındkı qaz ehtiyyatları biokimyəvi proseslər nəticəsində yaranaraq, neft və ya qaz yataqlarıçəklində toplanmışklar. Əgər toplsnmış neft və qaz ehtiyatıçox və istifadəsi iqtisadi və qaz yataqları isə neft və qaz ehtiyatları adlanır.
Qazlı laylar məsaməli süxurlardan
ibarətdir. Süxurun tərkibində və quruluşundan asılı olaraq, laylar
müxtəlif möhkəmliyə malik
olurlar.Layın möhkəmliyi onun geoloji yaşı ilə müəyyən edilir.
Yaşıçox olan laylar müəyyən
olurlar.Qazlı laylar adətən qaz
keçirməyən süxurların arasında
yerləşir. Əksər qaz yataqları günbəzvari formaya malik olurlar.
Şəkil 11.1də qaz yatağının
sadə forması göstərilmişdir.Burada
qaz günbəzvari yeraltı torpaq qatında yerləşmişdir. Yuxarı hissədə qaz toplum şəklində
yığılmışdır.


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin