Qış zamanıİES-lərə gətirilmiş bərk yanacaq yarımvaqonlarıda donur(çox az halda bütöv kütlə halına düşür) və vaqonların divarına yapışır.Bu da yanacağı vaqonlardan boşaltmaq üçün, yəni onların donunu açmaq vəəvvəlki səpilmə vəziyyətinə gətirmək üçün yanacaq təsərrüfatında ayrıca tikilmiş donaçıcı qurğudan(istixanadan)istifadə olunur.İstixanalarda yanacağın donunu açmaq üçün üçüsulla vaqonun divarlarına istilik verilə bilər.
Konveksiya vasitəsi ilə.
Bu zaman ya kaloriferlərdə qızdırılmış və temperaturu 100-1100C olan isti havadan, ya da yandırılmış maye və ya qaz yanacaqlarınımn tüstü qazlarından(temperaturu aşağı salınaraq)istifadə olunur.
Radiyasiya vasitəsilə(şüalanma).
Bunun üçün ya boru kəmərindən temperaturu 1500-2000 olan buxar verilir,ya da elektirik panellərindən istifadə olunur.
Kombinə edilmişüsulları.
İstixananın ölçüləri elə olmalıdır ki,yükgötürmə qabiliyyəti 125t olan 10 ədəd yarımvaqon yerləşə bilsin.Yarımvaqonlardan yanacağın boşaldılmasıüçün vaqonun divarlarına yaxın yanacağın donunun 20-30mm qalınlığında açılması kifayətdir.Onun səpilmə vəziyyətinə gətirmək üçün mexaniki burğulardan istifadə olunur.Bundan sonra yarımvaqonlar boşaldıcı quruluşa verilir.Yarımvaqonların donunun açılması müddəti yanacağın donma dərəcəsindən asılı olaraq 1-3 saat çəkir.
Donaçıcılar içərisində intensiv donaçıcı quruluşlar tədbiq olunur.Bunlara təyyarələrdən çıxarılmış,işlənmiş qaz turbinlərini,elektirik panellərini misal göstərmək olar.
Bu istixanaları vaqonboşaldıcı quruluşa yaxın 4-5m məsafədə tikmək olur.Bunların tikilişinə isəçox az cəmi bir ay vaxt tələb olunur.İstixananın divarı ya dəmirbetondan,ya da yüngül dəmir-beton lövhələrdəntikilir,və hündürlüyü 1-2m olur.
İstixananın yuxarı hissəsi istilik izoliyasiyası olunmuş metal listlərdənhazırlanır.Aşağdakışəkildədə kombinə edilmiş donaçıcı quruluşun en kəsiyi sxematik şəkildə göstərilir.
Burada istilik temperaturu 150-2000C olan buxardan radiasiya vasitəsilə boru kəmərlərindən verilir.Konveksiya vasitəsilə isti hava verilir.Nəticədə yarımvaqonun donunun açılması tezləşdirilir.
1.istixananın binası
2.borulu şüalandırıcılar
3.soplo
4.metal ekran.