Lentali konveyerləRİn hesablanmasi


Mazutların sisternlərdən “açıq buxar” metodu il’ boşaldilması



Yüklə 400,41 Kb.
səhifə8/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Lentali konveyerl R n hesablanmasi

Mazutların sisternlərdən “açıq buxar” metodu il’ boşaldilması.
Açıq buxar metodu ilə mazutların vaqonlardan boşaldılmasıən sadə vəən geniş tədbiq edilən metoddur.Şəkil 10.13-də açıq buxar metodu ilə mazutların sisternlərdə qızdırılaraq, boşaldılması göstərilmişdir.Qurğunun əsasını 3 ədəd hermetikşlanqla (1) bərkidilmiş soplolar(2)təşkiledir.Soploların funksiyası buxarı sisternin içindəki mazuta verməkdir.Şlanq isəöz növbəsində estakadaya qurlaşdırılmış fırlanan buxar borusuna (3) birləşdirilir.



Şəkil 10.13. “açıq buxar” metodu ilə mazutun sisterndən boşaldılması
1-hermetik şlanqla;2-soplo;3-fırlanan buxar borusu.
Bu metod tətbiq edilən zaman quru doymuş buxar və ya qızışmış buxardan istifadə olunur.Buxarın təzyiqi 0,3-1,0MPa temperaturu isə 2000C-dən yüksək olmur. Buxarın temperaturu mazutun alışma temperaturundan çox olmamalıdır.
Soploların qarşısında buxarın təzyiqi 0,3MPa-dan çox olmamalıdır.Əks təqdirdə,sisterndə vibrasiya baş verir və sisternin qapaq hissəsindən mazut ətrafa dağılır.Lakin qızdırılmanın başlanğıcında mazutun temperaturu aşağı olan hal üçün,özlülüyüçox olduğundan 0,3MPa-dan aşağı təziqlərdə buxar sisternə daxil ola bilmir.Ona görə də,qızdırılmanın başlanğıcında yəzyiqin 0,8-1,0 MPa götürülməsi məqsədə uyğundur.
Bu metodun çatışmayan cəhətlərindən biri mazutun nəmliyinin artmasıdır.Bundan başqa sisternlərdən mazutun boşaldılmasına çox vaxt (6 saata qədər) sərf olunur.Bəzi İES-lərdə bu çatışmamazlıqları aradan qaldırmaq üçün buxarın temperatutunu 250-2800C, təzyiqini isə 1,2-1,5 MPa götürürlər.
Digər çatışmayan cəhətlərdən biri də mazutun sisternlərdən boşaldılmasına çoxlu sayda işçilərin tələb olunmasıdır.Həm dəmazutlar bu metodla boşaldıqdan sonra təmizlən­məyə məruz qalırlar.
Mazutların sisternlərdən resirkuliyasiyalı qızdırılma ilə boşaldılması.
Burada mazut sisternlərdən boşaldılmamışdan əvvəl sisternin içərisinə daşına bilən mazut qızdırıcısı salınır.Bu qızdırıcı vasitəsilə boşaldıcı qurğular qızdırılır.
Bundan sonra mazut mərkəzdənqaçma nasoslarının köməyi ilə sisterndən xaricdə yerləşən qızdırıcıya verilir və yüksək temperatura qədər qızdırıldıqdan sonra yenidən sisternə vurulur.Sisternə vurulan isti mazut şırnağı oradakı mazutla qarışaraq,onu qızdırır.Qızmış mazut sisterndən nasos vasitəsilə boşaldılır . Mazutun bir hissəsi mazut anbarına,digər hissəsi isə qızdırıcıya qızdırılmaq üçün göndərilir ki, yenidən sisternə vurulsun.Bu proses sisternlər tam boşalana kimi davam etdirilir.Sisterndən xaricdə yerləşən qızdırıcıda mazutun temperaturu alışma temperaturundan 10-200C aşağı olmalıdır.İsti mazut sisternə (10-25). 105MPa təzyiqlə verilir.
Şəkil 10.14-də mazutların resirkuliyasiyalı qızdırılmasının prinsipial sxemi göstəril­miş­dir.
Mazutu sisterndən (6) boşaltmamışdan əvvəl axma borucuğuna (7) buxar köynəkli (8) stəkanı yerləşdirilir.(5)borucuğuna qızdırıcıdan (10) gələn şlanq (9) birləşdirilir.Stəkana və qızdırıcıya buxar verildikdən sonra axma borucuğunun klapanı açılır. Mazut qızdırıcıda 40-500C qızdıqdan sonra nasos vasitəsilə (11) vurularaq, (2)şlanqdan keçərək , sisternin dibində yerləşən boru-soplolara vurulur. Beləliklə, isti mazut soyuq mazutla qarışaraq, onu qızdırır.
Nasos elektrik motoru (12) ilə işə salınır.Dayağın vəziyyəti kranı (3) və bucurğad (4) vasitəsilə tənzimlənir.Bucurğad ağırlıq qaldıran mexanizmdir.Soplo- borular qatlanan və hərəkətlidirlər.Bu boruların funksiyası həm isti mazutu sisternin içərisinə nəql etmək, həm də qatlanıb açılan zaman vaqonun dibinə və divarına yapışan mazutu sıyırmaqdır.Bu metodla mazut vaqonlardan 2,5-5 saata boşaldır.
Mazutların sisternlərdən resirkuliyasiyalı qızdırılma ilə boşaldılması metodunun üstün cəhəti onun qənaətli olmasıdır.Ən əsası isə mazutun nəmlənməməsidir.Mazutların qızdı­rılmasıçox böyük güc tələb edən qurğularda aparıldığından,idarə etmənin çətinli­yin­dən və kapital xərclərin böyüklüyündən bu metoddan istifadə qeyri-mümkündür.



Şəkil.10.14.Mazutların resirkuliyasiyalı qızdırılmasının prinsipial sxemi
1-qatlanan boru-soplo;2-şlanq;3-kran;4-bucurğad;5-mexanizimli borucuq;6-sistern;7-axma borucuğu; 8-buxar köynəkli stəkan,9-şlanq;10-qızdırıcı;11-nasos;12-elektromotor.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin