Mazutların sisternlərdən “buxar köynəyi” vasitəsilə boşaldılması. Şəkil 10.18 (a)-da “buxar köynəkli” sisternin ümumi görnüşü, (b)-də “buxar köynəyi”ninkonstruktivsxemiverilmişdir.
Şəkil 10.18.“Buxar köynəkli” sisternin sxemi.
1-sistern;2-“buxar köynəyi”;3-mazut axıdılan borucuq;4-veller;5-künc;6-polad lövhə.
(6) polad lövhələrini (5) küncünə və (4) şvellerinə qaynaq edirlər.Bunları da öz növbəsində sisternin aşağı hissəsində qaynaq edərək, (2) “ buxar köynəyi”yaradılır.(3) mazut axan boruda “buxar köynəyi” ilə təchiz edilir.
Buxar 0,3MPa təzyiqlə sisternin “ buxar köynəyi”nin ştuserinə verilir.Buxar sisternin bütün uzunluğu boyu paylanır.Buxarın kondensatı“buxar köynəyindən”ndən aşağıda yerləşən nov vasitəsilə xaric edilir.Bir neçə dəqiqəərazidə sisternin divarı 800C-yə qədər qızır.Mazut bu isti səthə toxunaraq,səthlə sürüşərək,axma borucuğuna doğru istiqamətlənir.Bu metodla mazutların sisternlərdən boşaldılma müddəti 2,5-3,5 dəfə azalır.Bundan başqa,buxar sərfi də mazutun markasından və temperature şəraitindən asılı olaraq, 2,2-2,5 dəfə azalır.
Bu metodun çatışmayan cəhəti odur ki,yüksək platformalar qurlaşdırılmalı və mazutun boşaldılması sxemi dəyişdirilməlidir.Bundan başqa yeraltı kanallarda güclü qızdırıcılar yerləşdirilməlidir.Çünki, sisternlərdən boşaldılan mazutun temperature mazutun donma temperaturundan aşağı olur.Lakin bu çatışmamazlıqlara baxmayaraq, bu metodda açıq buxar metoduna nisbətən buxar səri 1,5-2 dəfə azdır.
“Buxar köynəyi” metodunda sisternlərdən boşaldılan mazut nəmlənmədiyindən, mazutları belə sisternlərdə, qazanlarıaz hava artıqlıq əmsalı ilə işləyən İES-lərdə daşımaq daha məqsədə uyğundur.
Mazutların sisternlərdən eloktroinduksion metodla boşaldılması. Bu metod elektrik enerjisindən istifadəyəəsaslanan metodların içərisindəən effektividir.Elektroinduksion metodla qızdırılma, dolağa dəyişən cərəyan verməklə,sisternətrafında elektromaqinit sahə yaratmağa əsaslanır.Bu zaman sisternin divarlarında cərəyan induktivləşir və istilik enerjisinəçevirilir.Oradan da sisterndəki mazuta ötürülür.Mazutların sisternlərdən elektroinduksion metodla boşaldılmasışəkil 10.19-da göstərilmişdir.
Qızdırıcı, metaldan hazırlanmış iki ədəd karkas tipli yarımsilindirlərdən(2) ibarətdir.Yarımsilindirlərin üzərində alüminium və yam is naqilli elektrik dolağı(4) bərkidilir.Yarımsilindirə bərkidilən elektrik dolağındakı hər bir naqilin uclarının şteker birləşməsi (5) olur.Yarımsilindirlər metal çərçivəyə (6) bərkidilir.Hər bir çərçivənin altında iki ədəd təkər olur ki,bunlar vasitəsilə yarmsilindirlər sisternə(1) yaxınlaşdırılır və oradan uzaqlaşdırılır.Dolaqlara 120;220;380V gərginlikdə birfazlıvə ya üçfazlı elektrik cərəyanı verilir.
Metodun üstün cəhətlərindən biri mazutun sisternlərdən tamamilə boşaldılması ilə yanaşı,sisternlərin təmizlənməsinə ehtiyacın olmamasıdır.Bu metodun maya dəyəri buxarla qızdırılma metodlarına nisbətən 3 dəfə azdır.Bu metodla mazutu soyuq halda da sisternlərdən boşaltmaq mümkündür.
Metodun mənfi cəhəti isəçoxlunsayda sökülə bilən birləşmələrinin olmasıdır.
Şəkil 10.19.Mazutların sisternlərdən elektroinduksion metodla boşaldılması
1-sistern; 2,3-karkas tipli yarımsilindirlər;4-elektrik dolağı;5-şteker birləşmə;6-metal çərçivə; a)qızdırıcının işlək olmayan vəziyyəti;b)qızdırıcının işlək vəziyyəti.