Mazutların sisternlrdən vibroqızdırılma ilə boşaldılması. Şəkil 10.21-də vibroqızdırıcının sxemi verilmişdir.Qızdırıcı iki ədəd boru seksiyasından ibarət olub,aşağı tirə (6) şanir vasitəsilə bərkidilir.Digər tərəfdən seksiyalar (4) dartıcıları olə yuxarı tirə (3) bərkidilir. Qızdırıcı aşağı-yuxarıya doğru hərəkət edərək,açılır və qatlanır.Seksiyaların hərəkətini buxar porşenli ötürücü (1) icra edir.Qızdırıcı qatlanmış vəziyyətdə (şəkil 10.21.(a)) sisternin başlıq hissəsindən içəri salınır.(2) vintinin fırlanması zamanı yuxarı tir aşağı hərəkət edərək,qızdırıcı işçi vəziyyətini alır.Qızdırıcı yuxarı-aşağı hərəkət etdikcə,o, həm mazutu qızdırır, həm də titrədərək qarışdırır.
a)qızdırıcı yığılmış vəziyyətdə;
1-buxar porşenli ötürücü;3-yuxarı tir;4-dartıcı;5-boru seksiyası;6-aşağı tir:b)qızdırıcı açılmış vəziyyətdə.
10.3 Mazutların saxlanmasıüçün avadanlıqlar. İES-lərdə mazut ehtiyyatı yaratmaqdan ötrü mazut çənlərindən istifadə edilir.
Mazut çənləri metaldan və ya dəmir-betondan tikilir.onların həcmi:
Qabaqcadan yandırma vəşüalandırma üçün 1000-2000 kub m
Mazut stansiyaya boru kəmər ilə verildikdə 5000 kub m
Dəmir yolu xətti ilə verildikdə 10000,2000,30000 və 50000m kub m olur
Mazut çənləri yerləşməsinə görə 3 qrupa bölünür:
Yerüstü
Yeraltı
Yarımyeraltı
Yerüstü mazut çənlərinə mazut öz axımı ilə birinci qaldırıcı nasoslara daxil olur.Lakin bu nasoslarda yanğın təhlükəsinə qarşı tələbləri yerinə yetirmək çox çətinlik törədir.Yerüstüçənlər arasında yanğınsöndürən maşınların hərəkəti üçün eni 6 olan vəəsas yolla birləşən avtomobil yolu olmalıdır.Ona görə də, yerüstüçənlərin yerləşdirilməsi üçün ayrılan yer yeraltıçənlərindəkindən 2 dəfəçox olmalıdır.Yerüstüçənlər tək və ya qrup şəkilində tikildikdə onların bütün perimetirləri boyu tutumlarının 50%-ə qədər həcm yaratmaq üçün torpaq və ya betondan divar çəkilir.Mazut çənlərinin içərisində mazutun hündürlüyü 7 m olur. 7m-dən çox 10m-dən az götürmək üçün texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Çənlərdə mazutun temperaturu 70-900C olur.Bundan ötrü mazut çənlərdə buxar qızdırıcılarından (ilanvari və ya seksiya şəkilində borulardan) və resulklasiya üsulundan istifadə olunur.
Stansiyanın istismarı zamanı mazut qızdırıcıları nadır hallarda işə qoşulur. Mazutun temperaturunu sabit saxlamaq üçün mazut qızdırıcılarında qızan mazutun bir hissəsi yenidən çənə qaytarılır(resulklasiya).Belə halda çənin bütün həcmi boyu mazut eyni dərəcədə qızır və hissəcikləri çökmür.
İES-lərdə və qazanxanada mazut ehtiyyatlarıçənlərdə saxlanılır. Mazut çənləri 3 əsas növə bölünür (şəkil 10.22).
Yeraltı
Stasionar
Səyyar
Tikilməsindən və yerləşmə dərinliyindən asılı olaraq, yeraltıçənlərin aşağdakı növləri var.
Şaxtalı
Şaxtasız
Xəndəkli
Stasionar mazut çənləri 2 əsas qrupa bölünür.
Metal
Dəmir-beton
Metal çənlər dəöz növbəsində 2 yerə bölünürlər.
Üfiqi silindirik
Şaquli silindirik
Qapaqlarının formasına görə horizantal metal çənlər konusvari,yastı, silindirik və sferik olurlar.
Şaquli silindirik çənlər qapaqlarının formasına görə konusvari, sferik, lövhəvari olurlar.
Dəmir betondan hazırlanan çənlər düzbucaqlı və silindirik olurlar.Adətən İES- lərdə yığma kons-truksiyalıçənlərdən istifadə olunur.Monolit dəmir beton çənlər təlabatçıdan müəyyən məsafədə qurlaşdırılır.
Dəmir beton çənlərin hazırlanması zamanı metala xeyli qənaət olunur.Bu çənlər mazutun temperaturunu xeyli müddət lazımı həddə saxlaya bilir.Bu üstünlüklərlə yanaşı bu çənlərin mənfi cəhətləri də mövcuddur.
Belə ki, bu çənlər digərlərinə nisbətən baha başa gəlir. Panellərin birləşmə yerlərindən mazut sıza bilir.Hal-hazırda bu çatışmamazlığı aradan qaldırmaq məqsədi ilə gərginliyə davamlı metal konstruksiyalardan istifadə olunur.Bundan başqa çənin divarları dövrələmə almaturlarla sıralanır.Dəmir beton çənlərin tutduğu sahələr digər çənlərin tutduğu sahədən böyükdür.(25%).
Dəmir beton mazut çənləri yerüstü,yarımyeraltı və yeraltı olurlar.
Yerüstüçənlərin dibi yerin üstündə və ya yer səhtindən rezervuarın hündürlüyünün yarısından çox olmamaqla, aşağı və ya yuxarıda yerləşirlər.Belə tip çənləri olan mazut təsərrüfatında mazut nasosxanası da yer səhtində tikilir. Bu da mazut nasosxanasının istismarını sadələşdirir.Onun etibarlığını artırır.Adətən, əsas, ehtiyyat və işə salma mazut təsərrüfatlarında beləçənlərdən geniş istifadə olunur.
Yerüstüçənlərdən xarici mühitə itən istiliyin miqdarını azaltmaq üçün çənlər istilik izolyasiya materialları iləətraf mühitdən izolə edilir.
Yarımyeraltıçənlər öz hündürlüyünün yarısı qədər yer səthindən aşağıda yerləşir.Bu zaman çəndəki mazutun səviyyəsi yer səthindən hündürlüyü 2m-dən çox olmamalıdır.
Şəkil 10.22 Mazut çənlərinin təsnifatı
Yeraltıçənlərdə mazutun səviyyəsi yer səthindən hündürlüyü 0,2m-dən aşağıda olmamalıdır. Yeraltıçənlərin çatışmayan cəhətlərindən biri də odur ki, çəndən mazutun sızması nəzarətdən qaça bilər.Bu da ətraf mühitin çirklənməsinə səbəb olar. Bunun qarşısını almaq üçün yeraltıçənlər daha çox hermetik olmalıdır.Lakin bu çənlərdən sızma zamanı mazutu dıgər çənlərə nəql etmək daha asandır.
Yeraltıçənlər adətən dəmir betondan tikilir və xarici səthi hidro-izolyasiya olunur.Sonra isə kənarları torpaqla doldurulur.Hər bir yeraltıçənin qarşısında filtr -ələk qurlaşdırılır.Bu filtrlər çirklənən zaman çıxardılır və təmizləndikdən sonra yerinə qaytarılır.Bu çənlərdə mayeyə batırılan nasoslardan istifadə olunur. Bu nasosların funksiyası mazutu yeraltıçənlərdən əsas çənlərə vurmaqdır. İES-də qəbuledici (yeraltı) çənlərin tutumu eyni zamanda boşaldılan sisternlərin həcminin 20%-indən az olmamalıdır.
Mazut çənlərdən ətraf mühitə sızmasının qarşısını almaq üçün çənlər ya torpaq kəmər(qurşaq) və ya 1 m hündürlüyündə oda davamlıçəpərlə haşiyələnir.
Mazut çənlərinin lahiyələndirilməsi zamanı aşağdakı istimar kefiyyətləri nəzərə alınmalıdır.
Mazut ətrafa sızmamalıdır
Mazutun buxarıətrafa sızmamalıdır
Mazut çənlərinin yuyulması,təmiri asan olmalıdır
Mazutun saxlanması asan olmalıdır
Mazut çənlərə doldurulub-boşaldılan zaman bütün avadanlıqların işi etibarlı olmalıdır
Mazut çənlərinin konstruktiv keyfiyyətləri bunlardır.
Forması sadə olmalıdır
Çənin bütün avadanlıqları arasında əlaqə olmalıdır
Kütləvi istehsalının təşkil olunmasının və quraşdırılması asan olmalıdır.