Lentali konveyerləRİn hesablanmasi



Yüklə 400,41 Kb.
səhifə24/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Lentali konveyerl R n hesablanmasi

11.2 Təbii qazın emalı.

Qazın qurudulması. Qazın tərkibində nəmliyin olması onun nəqli zamnıçətinliklər
yaradır.Temperaturun və təzyiqin bəzi qiymətlərində həmin nəmlik kondensatlaşaraq,
buz və ya kristalhidratlar əmələ gətirərək, tıxaclar əmələ gətirə korroziyaya uğrayır.
Bunları aradan qaldırmaq üçün qaz qurudulur. Qaz qurudulduqdan sonra onu nəql edən
borunun yerin çox dərinliyində yerləşdirməyə ehtiyac qalmır. Bu da kapital qoyuluşu
aşağı salır.

Magistral qaz xətlərində qazın nəqli zamanı kristalhidratların əmələ gəlməs də


çətinliklər yaradır. Bir çox qazlar, o cümlədən, metan etan propan, butan, karbon qazı, hidrogen sulfid, nəmliklə birləşərək, kristalhidratlar əmələ gətirir. Əgər qazdan nəmlik xaric edilməişdirsə və qaz da doymamış haldadırsa, onda kristahidratlar əmələ gəlmir. Xarici görünüşünə görə kristalhidratlar qar dənəciklərinə bənzəyir, bir yerə yığıldıqda isə buz şəklində olur.
Qazların qurudulması zamanı iki əsas metoddan istifadə edilir

  1. Absorbsion metod

  2. Fiziki metod

Absorbion metodla qazların qurudulmasında sorbentlərdən istifadə edilir. Daha doğrusu, qazın tərkibindəki nəmliyi bərk sorbent udur.
Fiziki metodla qazların qurudulmasında soyudulma və ya soyudularaq absorbasiya etməklə qazı tərkibindəki nəmlikdən azad edir
Absorbsion metod çox geniş tətbiq edilir. Bu metodda sorbent kimi dietilqlikol (DEQ) və trietlqlikoldan (TEQ) istifadə olunur. DEQ-in və TEQ-in sulu məhlulları zəhərli deyillər, işlək hissələri korroziyaya uğratmırlar.
Şəkil 11.2.-da qazın DEQ və TEQ-lə qurudulmasının texnoloji sxemi verilmişdir.
Nəm qaz (20 borusu vasitəsilə (3) absorberinə daxil olur. Orada aşağı seksiyada su damcılarından və toz hissəciklərindən təmizlənərək qapalı boşqablara doğru irəlləyirlər. Adətən boşqablar 4-10 cərgə olur. Yuxarı seksiyada nəmlikdən azad olmuş qaz çıxır. (4) Yuxarı seksiyadan aşağıya doğru (50 borusu vasitəsilə absorberə məhlul verilir. . Bu məhlul DEQ və TEQ-dir. Məhlulun funskiyası qazın tərkibindəki nəmliyi udmaqdır. Qazın quru­dulması , əsasən, absorberin orta hissəsində baş verir. Məhlul absorberə daxil olduqdan sonra boşqablardan keçərək aşağı seksiyaya daxil olmadan, (7) çıxışından regenerasiyaya göndərilir. Absorberdə toplanmış maye (1) borusu vasitəsilə oradan xaric olunur. Regenerasiyaya gedən məhlul (11) qızdırıcıdan keçərək absorberə gedın məhlulun istiliyi hesabına qızdırlır. Bundan sonra (10) qızdırcısından kecərək (12) qovucu sütünuna verilir. Dietilenqlikolun su buxarı vasitəsilə aparılmasının qarşısını almaq üçün qovusu sütunun yuxarı boşqabında (13) borusu vasitəsilə az miqdarda su verilir. Bu su sütunda buxarlanaraq, yuxarı hissəni soyudur və dietilenqlukolu saxlayır. Qovucu sütunda (14) su qaynadıcısında su qızdırılır və (11) qızdırıcısından keçərək (8) çəninəötürülür. Oradanda (16) nasosu vasitəsilə (6) qızdırısından keçərək absorberə verilir.

Şəkil 11.2. Qazın DEQ və TEQ-lə qurudulmasının texnoloji sistemi.
1-mayeni xaric edən boru 2-qaz borusu 3- absorbes 4- qaz borusu 5,9-regenerasiya olunan məhsul borusu 6-soyuducu 7=regenerasiyaya gedən məhlulun borusu 8-məhlul çəni 10-qızdırıcı 11- istilik mübadilə aparatı 12-qovucu sütün 13- su ehtiyacınıödəmək üçün boru

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin