Lentali konveyerləRİn hesablanmasi


Qazın odorizasiyası (iyləndirilməsi)



Yüklə 400,41 Kb.
səhifə26/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   22   23   24   25   26   27   28   29   30
Lentali konveyerl R n hesablanmasi

Qazın odorizasiyası (iyləndirilməsi). Adətən təbii qaz iysizdir. Sızmanın qarısı almaq üçün ona xüsusi iylər qatılır. Daha doğrusu, qaz odorizasiya olunur. Odorant kimi etilmerkaptan (C2H5SH) istifadə olunur H2S kimidirŞ kəskin və xoşəgəlməz iyi var. Odorantı qaza həmin qazın havadakı konsentrasiyasının partlayış təhlükəsinin aşağı həddinin 1/5 həcmi qədər qatırlar. Damcılı və barbotaj tipli odorizatorlardan istifadəolunur. Şəkil 11.4-də damcılı odorizatorun sadə prinsipal sxemi göstərilmişd
Şəkil 11.4 -də damcılı odorizatorun sadə prinsipal sxemi
1-çən 2-mayenin səviyyəsini ölçən şüşə 3-təzyiq bərabərləşdirən boru 4-odorantın çənə verilməsi üçün kran 5-odorantın sərfinə nəzarət üçün şüə 6-tənzimləyici ventil 7-boşaldıcı kran 8-ventil
(1) Çənində odorant yerləşdirilmişdir. Periodik olaraq (4) kranından çənə odorant əlavə olunur. (2) mayenin səviyyəsini ölçən şüşəə vasitəsilə odorant ehtiyyatına nəzarət olunur. Odorantın sərfi (6) ventili vasitəsilə tənzimlənir.. Bu odorizator çox sadədir. Çatışmayan cəhəti isə odorantın ək vasitəsilə boşaldımasıdır.

11.3Təzyiq təmizləyiciləri və qaz tənzimləyici stansiyalar.
Təzyiq tənzimləyiciləri qaz təchizatı sisteminin əsas elementidir. Təzyiq tənzimləyicisinin vəzifəsi qazın təzyiqi azaltmaq və eyni zamanda şəbəkədə qaz sərfindən asılı olmayaraq tələb olunan təzyiqi saxlamaqdan ibarətdir.
Əgər tənzimləyici özünə qədər sahədə təzyiqi sabit saxlayırsa "özünə qədər", sonrakı təzyiqi sabit saxlayırsa " özündən sonra" prinsipli tənzimləyici adlanır.
Tənzimləyicilər iş prinsipindən asılı olmayaraq həssas və tənzimləyici elemetlərdən ibarətdir. Həssas elementlərin əsas hissəsi membrandan, tənzimləyici qurğunun əsas hissəsi isə drossel elementindən ibarətdir.
Təzyiq tənzimləyicinin sxematik quruluşu şəkil 11.5-də verilmişdir.

Şəkil 11.5 Təzyiq tənzimləyicisinin sxematik quruluşu
1-dreossel elementi (klapan) 2-membran 3-implus borusu 4-qaz kəməri
Şəkildən göründüyü kimi tənzimləyiciyə qədər olan qazın P1 təzyiqi tənzimləyici vasitəsilə P2-yə qədər azalır.. Təzyiqin azalması və tənzimləyicidən sonrakı təzyiqin sabit saxlanması aşağıdakıqayda üzrə olur. Tənzimləyicidən sonrakıəbəkıdə sərfiyyatın artması nəticəsində təzyiq azaldıqda, təzyiq düşküsü implus borusu vasitəsilə tənzimləyicinin membrannlı sahəsinə verilir. Membranın üst və slt səthlərində təzyiqlər fərqini nəticəsində membran aşağı hərəkət edərək klapanı açır. Tənzimləyicidən sonrakışəbəkəyə daxil olan qazın miqdarı artdığına görə təzyiq çoxalır.. Qazın təzyiqi P2-yəə bərabər olduqda müvazinət yaranır. Təzyiq P2-dən çox olduqda membranın alt sahəsindədə tənzimləyicisinin təzyiqi artı. Membranın alt vəüst sahələrinə təsir edən təzyiq qüvvələri membranı yuxarı qaldırır və klapanı bağlayır. Qaz gəlmədiyindən tənzimləyicidən sonrakı sahədə təzyiq azalır. Beləliklə, qazın axma yolunun canlı en kəsiyini dəyişməklə tənzimləyici özündən sonrakışəbəkədə təzyiiqi qabaqcadan verilmiş hədd daxilində sabit saxlayır. İş prinsipinə görə qazz tənzimləyiciləri 2 ainfə ayrılır;

  1. Bilavasitə təsir edən tənzimləyicilər

  2. dolayıəsir edən təmizləyicilər.

Birinci sinif təmizləyicilərdə drossel orqanın hərəkəətə gətirilməsi bilavasitə həsas elementlərin vasitəsilə olur. Bu tip tənzimləyicilər konstruksiyalarının sadə və istismasının asan olmasına görə qaz təchizatı sistemində geniş tətbiq olunur.
İkinci sinif tənzimləyicinin həsas elementində baş verən təzyiq qüvvəsi drossel elementin açmaq üçün kifayət etmədiyinə görə aralıq idarəedici elemetdən istifadə edilir.
Təzyiq tənzimləyicilərində drossel elementi olaraq klapanlardan, bəzi hallarda isə siyirtmədən istifadə edilir. Klapanlar bir və ya iki yuvalı olur. Bir yuvalı klapanlar birtərəflə yükləndiklərinə görə tənzimləyici möhkəm kipliyə malikdir. Lakin bir yuvalı klapanlarda əvəllki təzyiqin dəyişməsi sonrakı təzyiqə də təsir göstərir. Bu nöqsan iki yuvalı klapanlarda yoxdur. Lskin ikiyuvslı klapanlar nisbətən zəif kiplik yaradır. İki yuvalı klapanlara malik tənzimləyicilərdən daima qaz sərf olunan şəbəkələrdə istifadə oluna bilər.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin