IV. ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ İşəgötürən aşağıdakı əmək şəraitinin yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə İşçiyə hər ay əmək haqqı cədvəlinə uyğun məbləğində əmək haqqı ödənilir.
Əmək haqqı İşəgötürənlə İşçi arasında əldə edilmiş razılığa əsasən, ayda bir dəfə hər növbəti ayın 5-i tarixinədək İşçinin bankdakı hesabına köçürülərək ödənilir.
Əmək haqqı:əmək haqqı cədvəlinə uyğunmanat məbləğində tarif haqqından (vəzifə maaşı); tarif haqqına (vəzifə maaşına) ___________________faizi miqdarda əlavədən ibarətdir;
4.4.İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsi ilə müəyyən edilən məbləğdə və qaydada əlavə əmək haqqı verilir.
4.5. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında İşçi qabaqcadan məlumatlandırılır.