Liii fəsil İdman üzrə fənn proqramı


d) Fənnin tədrisi istiqamətlərinin təsviri



Yüklə 61,26 Kb.
səhifə5/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   2   3   4   5   6   7   8   9   ...   24
Liii f sil dman zr f nn proqram

d) Fənnin tədrisi istiqamətlərinin təsviri
İdman tədrisinin ibtidai pilləsinin istiqamətləri bunlardır:

  1. Sağlamlıq və təhlükəsizlik. Şagirdlər fiziki fəallıq, sağlamlıq və fiziki inkişaf arasında hansı əlaqənin olduğu ilə tanış olur; sağlam həyat qaydasını öyrənirlər; onlarda təhlükəsizliyə riayət etmək qabiliyyət-vərdişləri inkişaf edir.

  2. Hərəkət və hərəki qabiliyyət-vərdişlər. Şagirdlər müxtəlif növ hərəki qabiliyyət-vərdişləri mənimsəyir; şən və əyləncəli hərəki oyunlar vasitəsilə əsas fiziki keyfiyyətlərini inkişaf etdirir və idman növlərinin texniki baza elementlərinə yiyələnirlər.

  3. Fəal iştirak. Şagirdlər intizama alışır, başqasının fikirlərini diqqətlə dinləyir; sosial mühitdə uğurla yaşamaq üçün zəruri qaydalara riayət edirlər.


İdmanın tədrisinin baza və orta pillələrinin istiqamətləri:

  1. Sağlamlıq və təhlükəsizlik. Şagirdlər fiziki fəallıq, sağlamlıq və fiziki inkişaf arasında hansı əlaqənin olduğu ilə tanış olur; sağlam həyat qaydasını öyrənirlər, onlarda təhlükəsizliyə əməl etmək qabiliyyət-vərdişləri inkişaf edir.

  2. Hərəkət və hərəki qabiliyyət və vərdişlər. Şagirdlər müxtəlif növ hərəki qabiliyyət və vərdişləri mənimsəyir; fiziki keyfiyyətləri inkişaf etdirir; idmanın müxtəlif növlərinə cəlb olunurlar.

  3. İdmanda fəal iştirak. Şagirdlər idman növlərinə yiyələnmək imkanlarına əsasən müvafiq məşq komplekslərinin modifikasiyasına, əsas idman növlərinə (futbol, basketbol, valeybol, ağır atletika, gimnastika) tanış olurlar; məktəb, rayon və s. idman yarışlarında, idman-sağlamlıq yürüşlərində və başqa tədbirlərin planlaşdırılmasında fəal iştirak edirlər ki, bu da şagirdlərin yaradıcılıq və tənqidi təfəkkür qabiliyyətlərinin inkişafına, özünə nəzarətə və başqasına nəzarət mexanizmlərinin işlənib hazırlanmasına, idman oyunlarının əsas qaydalarının öyrənilməsinə, ədalətli oyun qaydaları və tolerantlıq qabiliyyət-vərdişlərinin bərqərar olmasına kömək göstərir.




Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin