Liii fəsil İdman üzrə fənn proqramı


ç) Fənnin tədrisinin təşkili



Yüklə 61,26 Kb.
səhifə4/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   2   3   4   5   6   7   8   9   ...   24
Liii f sil dman zr f nn proqram

ç) Fənnin tədrisinin təşkili
Ümumtəhsil məktəbində idman fənni hər üç pillədə nəzərdə tutulmuşdur. Hər bir pillədə idman icbari fənn kimi tədris olunur.
Məktəb baza-orta pillədə idmanın növlərindən minimum üçünü (3) seçir ki, bu da qızlar və oğlanlara qrupda və fərdi idman növlərinə bərabər yiyələnmək imkanını verir.
Hər bir idman növü üçün baza və orta pillə dərslikləri üç səviyyəyə əsasən (I, II və III) yazılır, müəllim konkret sinfin tələbatlarını nəzərə almaqla müvafiq səviyyəni seçir və həmin səviyyəyə əsasən tədris prosesini aparır. Belə ki, istənilən sinifdə hər bir səviyyədən istifadə etmək mümkün olur. Məsələn, əgər şagirdlər 10-cu sinifdə basketbolun tədrisinə başlayırlarsa, müəllim tədrisi basketbol dərsliyinin birinci səviyyəsinə əsasən aparır.

İdman növlərinin siyahısı
Oyun növləri:

  1. futbol;

  2. basketbol;

  3. voleybol;

  4. əl topu;

  5. reqbi;

  6. tennis;

  7. stolüstü tennis;

  8. badminton;

  9. ot üzərində xokkey;

  10. şahmat.

Mübarizə növləri:

  1. Gürcü güləşi;

  2. Yunan-Roma güləşi;

  3. sərbəst güləş;

  4. cüdo;

  5. sambo;

  6. Şərq döyüşləri.

Fərdi növlər:

  1. ağır atletika;

  2. idman gimnastikası;

  3. bədii gimnastika;

  4. idman akrobatikası;

  5. idman aerobikası;

  6. üzgüçülük;

  7. xizək idmanı;

  8. fiqurlu konki sürmək;

  9. idman rəqsləri (latın-amerika proqramı);

  10. müasir rəqslər.

Məktəb idman növünü seçərkən mütəxəssisin ixtisasını, mövcud infrastrukturu, regionun özünəməxsusluğunu və yerli ənənələri nəzərə almalıdır. Bu halda, əgər məktəbin idman salonu/meydanı yoxdursa, o zaman məktəb müdriyyətinin kənddə/qəsəbədə/şəhərdə mövcud olan idman infrastrukturlarından istifadə etmək imkanları əldə etməsi arzuolunandır.


Müəllim idman dərslərini elə planlaşdırmalıdır ki, fiziki, texniki, taktiki və psixoloji hazırlıqla yanaşı şagirdə sağlam həyat qaydası barədə də bilik versin.


Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin