Liii fəsil İdman üzrə fənn proqramı



Yüklə 61,26 Kb.
səhifə9/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Liii f sil dman zr f nn proqram

II sinif
İdman

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət və vərdişlər

Fəal iştirak

İdman.II.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyinin elementar qaydalarına riayət edə bilər.

İdman.II.2. Şagird fiziki fəallıqlarda iştirak etmək üçün zəruri hərəki qabiliyyət və vərdişlərini (yerdəyişmə - qaçmaq, alçaq hündürlükdən tullanmaq; manipulyasiya – atmaq, tutmaq, hədəfə atəş; tarazlığın saxlanması – düz xətt üzrə gəzmək, tək ayaq üstə dayanmaq) aşkara çıxarmalıdır

İdman.II.3. Şagird sağlamlığına müsbət təsir edən əsas fiziki fəallıqlarda iştirak edə bilər.


İdman.II.4. Fiziki fəallıqlarda məşğul olma əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.

İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları


İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.II.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyinin elementar qaydalarına riayət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

  • dişlərini müntəzəm olaraq təmizləyirsə və əllərini yuyursa;

  • bu və ya digər növ (şirin, yağlı, duzlu...) ərzaqların insanların sağlamlığındakı əhəmiyyətini təsvir edirsə;

  • əsas məişət texnikasından təhlükəsiz istifadə etmək qaydalarını təsvir edə bilirsə;

  • hansı növ nəqliyyatın ona lazım gəldiyini bilirsə;

  • küçədə gəzmək və nəqliyyatdan istifadə etmək qaydalarını təsvir etməyi bilirsə;

  • lazım gəldikdə telefonla valideynlərinə və yaxınlarına, patrul polisinə, yanğın söndürmə və təcili yardım xidmətlərinə telefonla zəng vura bilirsə;

  • təbii kataklizmlər zamanı (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, daşqın) adekvat davranmağı bacarırsa;

  • evin, məktəbin, yaxın dostunun ünvanlarını və telefon nömrələrini sadalaya bilirsə.



Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin