İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər İd.III.2. Şagirdin fiziki hazırlıqda iştirak etmək üçün lazımi hərəki qabiliyyət və vərdişləri aşkara çıxarmaq bacarığı vardır (məs., yer dəyişmək – hoppanmaq, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə; hədəfə zərbə; tarazlığı saxlamaq; bədəni müxtəlif istiqamətlərə hərəkət etdirmək, fırlanmaq). Nəticə göz önündədir, əgər şagird:
fiziki hazırlıq zamanı müxtəlif hərəkətləri bir-birinə uyğunlaşdırır, sürəti və istiqaməti dəyişə bilirsə;
müxtəlif istiqamətlərə hərəkət edir, maneələrdən yan ötə bilir, rəqibin əlindən çıxa bilirsə;
topla birlikdə yerini dəyişə bilirsə (əli və ya ayağı ilə topu oynada bilirsə);
məqsədə nail olmaq üçün topla birlikdə və ya ondan kənar optimal sürət və yol seçə bilirsə;
topu hədəfə ata və ya yerində durmuş partnyora ötürə bilirsə;
topla birlikdə və ya ondan kənar aldadıcı hərəkətlər edə bilirsə;
yüngül topu (yaxud şarı) yerə düşməyə imkan vermirsə (başla, əllə, ayaqla, çiyinlərlə oynadırsa);
qısa məsafədən qaçmaqla alçaq hündürlüyə hoppana bilirsə;
idman alətində tarazlığını saxlaya bilirsə;
bədəni ilə müxtəlif istiqamətlərə hərəkət edə bilirsə (turnikdə və ya gimnastika divarında məşq zamanı)
İstiqamət: fəal iştirak İd.III.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki hazırlıqda iştirak edə bilər. Nəticə göz önündədir, əgər şagird:
fərdi və qrup məşqlərində, rəqslərdə və oyunlarda fəal iştirak edirsə;
məktəb və həyət oyunlarına fəal qoşulursa;
tətil zamanı idman sahəsində məktəbdə aldığı biliyi tətbiq edə və başqaları ilə bölüşə bilirsə.
İd.III.4. Fiziki fəallıqlarda iştirakı əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.
Nəticə göz önündədir, əgər şagird:
oyun zamanı müəyyən olunmuş qaydalara əməl edir;
komanda yoldaşlarının maraqlarını nəzərə alır;
uşaq hüquqları və vəzifələri barədə öz təsəvvürləri vardırsa;
həm özünün, həm də rəqib komandanın oyunçularına hörmət bəsləyir və idman inventarını qoruyursa;
məqsədi əks etdirir (məşqi və texnikanı öyrənmək istəyirəm, daha cəld olmaq istəyirəm və s.) və müəllimlə birlikdə məqsədə nail olmaq yolları və vasitələrini planlaşdırır.