İd.III.5. Şagird fiziki fəallığı bədəninin vəziyyəti ilə əlaqələndirə bilir.
Nəticə göz önündədir, əgər şagird:
Məşq edilmiş bədənin xüsusiyyətlərini təsvir edə bilirsə (gözəl bədən, güclü əzələlər, fiziki dözümlülük);
Məşqə qədər, məşq zamanı və məşqdən sonra özünün fiziki vəziyyətini təsvir edə bilirsə (tənəffüs, nəbz).
IV Sinif
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət və vərdişlər
|
Fəal iştirak
|
İd.IV.1. Şagird şəxsi gigiyenasınavə təhlükəsizlik qaydalarına riayət edə bilər.
|
İd.IV.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə, tutmaq; tarazlığı saxlamaq; bədənin ağırlığını bir ayaqdan o birisinə keçirmək, yaxud bir əldən o birisinə keçirmək).
|
İd.IV.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.
İd.IV.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsədi planlaşdırmaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.IV.1. Şagird şəxsi gigiyenasına və təhlükəsizlik qaydalarına riayət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
insan üçün sağlamlığın əhəmiyyətini və sağlam həyat tərzinin üstünlüklərini təsvir edə bilirsə;
səmərəli boy atmağa təsir göstərən amilləri sadalaya bilirsə (pəhriz, məşq);
yer dəyişərkən hərəkətin təhlükəsizliyi qaydalarına əməl edə bilirsə;
insanın ictimai yerlərdə düzgün və təhlükəsiz istiqamətlənməsinə kömək edən qrafik şərti işarələri (piktoqramları) tanıyır və onlardan istifadə etməyi bacarırsa;
fəal və passiv siqaret çəkənin sağlamlığı vəziyyətinə tütünün qısa və uzun müddətli təsirini təsvir edə bilirsə;
insanın qərarlarına, yəni siqaret çəksin-çəkməsin barədə qərarına təsir göstərə biləcək amilləri (televiziya, reklam, ətraf mühit) sadalaya bilirsə.
Dostları ilə paylaş: |