İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər İd.IV.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə, tutmaq; tarazlığı saxlamaq; bədənin ağırlığını bir ayaqdan o birisinə keçirmək, yaxud bir əldən o birisinə keçirmək). Nəticə göz önündədir, əgər şagird:
ritmik məşq zamanı müxtəlif növ və sürətli hərəkətləri bir-biri ilə uyğunlaşdıra bilirsə, musiqinin müşayiəti ilə ritmi dəyişə bilirsə;
komanda oyunları (futbol, basketbol, voleybol, əltopu, reqbi) zəruri olan əsas elementlərdən istifadə edə bilirsə;
qaçış zamanı müxtəlif məsafədən topu hədəfə atırsa, başqa oyunçuya ötürə bilirsə;
driblinq zamanı topu saxlaya, ayağı ilə başqa oyunçuya ötürə bilirsə;
şalbandan, gimnastika divarından və kanatdan əlləri ilə asıla, özünü darta, fırlana, əlini dəyişə, əllərini dəyişməklə yerini dəyişə bilirsə;
gimnastika stulunda, idman aləti üzərində gəzərkən müvazinəti saxlaya, gimnastika divarında müxtəlif növ məşqləri yerinə yetirə bilirsə;
alçaq hündürlükdən atılarkən atılma yerini və istiqamətini dəyişə bilirsə.
İstiqamət: fəal iştirak İd.IV.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər. Nəticə göz önündədir, əgər şagird:
proqramla nəzərdə tutulmuş fiziki fəallıqlarda iştirak edə bilirsə;
müəllimlə birlikdə onun məqsədləri və ya sağlamlığı və bədəninin vəziyyəti ilə əlaqədar zəruri fiziki məşqləri planlaşdıra və müntəzəm yerinə yetirə bilirsə.
İd.IV.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsədi planlaşdırmaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır. Nəticə göz önündədir, əgər şagird:
fiziki fəallığı planlaşdırır, məqsədi müəyyənləşdirir və hərəkət planını tərtib edə bilirsə (müəyyənləşdirir ki, məqsədə çatmaqda ona kim kömək göstərə bilər, məqsədə çatıb-çatmadığını necə bilməlidir);
oyun qaydalarına və etiketə riayət edirsə; həm qələbəni, həm də məğlubiyyəti ləyaqətlə qarşılaya bilirsə;
başqa oyunçulara hörmətlə yanaşa bilirsə (nəzakətlə söhbət edir, başqasının fikrinə diqqət yetirir, mübahisə zamanı diqqətlidir);
məhdud fiziki imkanlı həmyaşıdları ilə, başqa cinsdən, böyük və kiçik yaşlı tərəfdaşlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edir;
onun üçün arzu olunmayan təkliflərə nəzakətlə rədd cavabı verirsə; öz mövqeyini təsdiq etmək üçün dəlillər gətirə bilirsə;