Liii fəsil İdman üzrə fənn proqramı


b)Fənnin tədris məqsədləri



Yüklə 61,26 Kb.
səhifə2/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   2   3   4   5   6   7   8   9   ...   24
Liii f sil dman zr f nn proqram

b)Fənnin tədris məqsədləri
İdman tədrisinin məqsədləri bunlardır:

  • şagirdi fiziki fəallığa cəlb etsin və bu yolla onun fiziki inkişafına kömək göstərsin;

  • insan həyatında sağlam həyatın əhəmiyyətini onlara dərk etdirsin;

  • ona müstəqil qərar qəbul etməkdən, məsuliyyətdən, konstruktiv əməkdaşlıqdan, tolerantlıqdan və s. ibarət olan vətəndaş qabiliyyət-vərdişlərini aşılasın .

c)Fənnin tədris pillələrinin xarakteristikası
İdmanın bir intizam kimi məktəbin hər üç (ibtidai, baza və orta) pillələrində öz spesifikası vardır.

İbtidai pillə (I-VI siniflər)
İbtidai pillədə uşağın ümumi fiziki hazırlığına və baza-orta pillələrdə idmanın müxtəlif növlərində iştirak etməkdə kömək göstərəcək baza hərəki qabiliyyət-vərdişlərinin qazanılmasına mühüm əhəmiyyət verilir.
Məqsədlər və vəzifələr:

  • sağlam həyat tərzi ilə tanışlıq və ona əməl etmək;

  • müstəqil hərəki davranışların həvəsləndirilməsi və formalaşdırılması;

  • sadə fiziki məşqlər texnikasına yiyələnmək;

  • inkişafetdirici məşqlər komplekslərini öyrənmək və ondan istifadə etmək ;

  • düzgün hərəki qabiliyyət-vərdişlərini işləyib hazırlamaq;

Məktəbin ibtidai pilləsində şagird müstəqilliliyə vərdiş edir. Bunun üçün o, aşağıdakıları bilməlidir:



  • bu və ya digər məşqin və ya hərəkətin praktiki əhəmiyyətini və fiziki inkişaf üçün onun zəruriliyini. Dərs başlanan kimi şagirdləri bu məşqin əhəmiyyətli olmasına inandırmalıyıq. Məs., əgər söhbət elastiklikdən gedirsə, elastikliyin praktiki əhəmiyyətindən danışmalıyıq, yəni sadə hərəkətdən başlamış sağlam həyat qaydasına qədər bu və ya digər məşqin əhəmiyyətinin düşünülmüş motivasiyasını ön plana çəkməliyik.

  • Hərəkətin (fəaliyyətin) təyinatı. Məs., əgər söhbət elastiklikdən və cəldlikdən gedirsə, şagird məşqlər kompleksində müəyyən qanunauyğunluqlar görməli və müstəqil yerinə yetirməyi bacarmalı, yaxud da mövcud olanı mürəkkəbləşdirməlidir.

  • Dərsdə məşqlərin yerinə yetirilməsinin ardıcıllığına əməl etmək. Şagirdlərə ümumi inkişaf etdirmə və xüsusi məşqlərin nə üçün lazım olduğunu və bunların nə üçün dərsin əvvəlində keçirilməli olduğunu izah etməliyik. Şagirdlər anlamalıdırlar ki, məkanda istiqamətləndirməni inkişaf etdirmək məşqi (məs., maneələr arasında qaçış), məsələn, basketbol oyunundan irəlidə olmalıdır, yerində qaçmaq – hərəkətli oyunlardan və s.

İbtidai pillədə iş metodları.
Əgər tədris prosesində emosionallıq yoxdursa, o zaman I-VI siniflərdə şagirdlərdə yaradıcılıq və fiziki aktivliyin inkişaf etdirilməsi təsəvvür edilməzdir. Buna görə də dərsdə oyunlara və qruplar arasında yarışlara üstünlük verilməlidir. Şən yarış, hətta sadə həvəsləndirmənin müşayiəti ilə bütün şagirdləri tədris prosesinə cəlb etmək üçün yaxşı stimuldur.
Tədris işi onların fiziki göstəricilərinin və sağlamlığının yaxşılaşdırılmasına yönəldilməlidir. Fiziki təlim proqramını keçmiş şagird aşılanmış hərəki qabiliyyət və vərdişlərdən müstəqil istifadə etməyi bacarmalıdır.
Pedaqoji metodlardan biri kimi oyundan istifadə etməklə tədris daha şən və motivasiyalı olur. V-VI siniflərdə şən oyunlar şagirdlərin hərəkətlərə adət etmələrini yaxşılaşdırır, onlar tərəfindən situasiyaların təhlil edilməsi qabiliyyətini yüksəldir, fantaziyanı, zaman və məkan hisslərini inkişaf etdirir.

Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin