Liii fəsil İdman üzrə fənn proqramı


Baza pilləsi (VII-IX siniflər)



Yüklə 61,26 Kb.
səhifə3/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   2   3   4   5   6   7   8   9   ...   24
Liii f sil dman zr f nn proqram

Baza pilləsi (VII-IX siniflər)
Baza pilləsində tədrisin əsas məqsədləri və vəzifələri:
-şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və gündəlik fiziki inkişaf;
-idman fəallığında müstəqilliyin aşkara çıxarılmasına kömək göstərmək və təşkil etmək;
-seçilmiş idman növündə idman texnikası və taktikasının təkmilləşdirilməsi üçün zəruri xüsusi fiziki hazırlığın və imkanların inkişaf etdirilməsi;
-idmanın seçilmiş növündə hərəkətlərin və fəaliyyətlərin texnikasını öyrənmək və təkmilləşdirmək;
-idman təliminin gigiyenası və travmatizminin profilaktikası;
-fiziki hazırlığın özünüqiymətləndirməsi;
-özünə nəzarət və təhlükəsizlik qaydalarına əməl etmək.
Baza pilləsində işləməyin metodları.
VII-IX siniflərdə idman dərslərində vaxt bölgüsü təlimin konkret məsələlərinə uyğun gəlməlidir. Fiziki hazırlığa xüsusi diqqət yetirilməlidir, texniki hazırlığa isə - təqribən 50% ayrılmalıdır. İnteqrativ hazırlığın əhəmiyyəti də geniş əks olunmuşdur. Buna oyun və yarış şəraitlərində onların səmərəliliyindən istifadə etmək məqsədilə təlimin komponentlərinin (fiziki, texniki, taktiki hazırlığın) birləşdirilməsi zərurəti səbəb olur.
Tədrisin bu mərhələsində şagirdin şəxsi və sosial dəyərlərinin formalaşması böyük əhəmiyyət kəsb edir: borc hissi, mətinlik, şəxsi məsuliyyət, qrupda iş qabiliyyəti, yarış qaydalarına əməl etmək və idman əhval-ruhiyyəsini oyatmaq. Təlim prosesində şagirdlərin psixoloji statusu müəyyənləşdirilir. Onlarda özlərinə inam yaranır, özünüdərketmə inkişaf edir, özünüqiymətləndirmə və özünüidarə qabiliyyəti inkişaf edir.

Orta məktəb (X-XII siniflər)
Orta pillədə idmanın tədrisinin əsas məqsədləri və vəzifələri:

  • sağlam həyat qaydasına əməl etmək;

  • dərslərdə və dərslərdən sonra müstəqil idman fəallığının və yaradıcılıq yanaşmasının stimullaşdırılması;

  • fiziki kamilliyə meyl;

  • seçilmiş idman növlərində texnikanın və taktikanın təkmilləşdirilməsi;

  • seçilmiş idman oyun növlərində hər bir şagirdin fərdi hazırlığının, müvafiq fəaliyyətinin müəyyənləşdirilməsi;

  • şagirdlərin psixoloji hazırlığının və təlim nəticələrinin təhlili qabiliyyətinin aşılanması;

  • şagirdlərdə yarış prosesində kütləvi şəkildə cəlb olunmaq motivasiyasını oyatmaq.


Orta məktəb pilləsində iş metodları.
Tədris prosesində müəllim şagirdlərdə emosiya, həvəs və gümrahlığın inkişaf etdirilməsi, yüklənmənin müntəzəmliyi, idman yarışları ilə şagirdlərin maraqlanmasının qayğısına qalır. Pedaqoq şagirdə özünün imkanlarını idmanın hansı növündə aşkara çıxarabiləcəyini məsləhət görür.
İdman fəallığında və yarışlarda iştirak etmək şagirdlərdə iradənin möhkəmləndirilməsinə, məqsədyönümlüyə, ədalət hisslərinin yaranmasına, qrupa və kollektivə adaptasiya olunmağa kömək göstərir və s.
Müəllim şagirdlərin fərdi özünəməxsusluğunu nəzərə almaqla idman vərdişlərinin formalaşmasını, taktiki qərarların qəbul olunmasını təmin etməlidir. Müəllim məşq prosesinə konstruktiv yanaşmağı bacarmalı, dərslərin gedişi zamanı uyğun şərhlər və təlimatlar verməyi, şagirdlərin idman fəallıqları barədə qeydlər etməyi, şagirdlərin təlimi prosesində həvəsləndirmə və tənbeh-cəzalandırma metodlarından istifadə etməklə düzgünlüyə riayət etməyi və səmərəli təsir göstərməyi bacarmalıdır.
Üçüncü pillədə məktəbdə idman müəlliminin əsas funksiyası şagirdlərin hərəki qabiliyyət-vərdişlərini kompleks halda inkişaf etdirməkdən, inteqrativ hazırlıqdan ibarətdir ki, bu da əsasən yoxlama yarışları ilə müəyyənləşdirilir. Müəllim hər bir təlim dərsini müsbət əhval-ruhiyyə ilə keçirməlidir.

Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin