Liii fəsil İdman üzrə fənn proqramı


İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər



Yüklə 61,26 Kb.
səhifə8/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Liii f sil dman zr f nn proqram

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.I.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün müvafiq hərəki qabiliyyət və vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək – hoppanmaq, qaçmaq; manipulyasiya – atmaq, tutmaq; tarazlığı saxlamaq – hoppanmaq, düşmək).

Nəticə göz önündədir, əgər şagird:



  • müəllimin işarəsi ilə hərəkətə başlayır və ya onu başa çatdırırsa (gəzinti, qaçış, hoppanmaq);

  • işarəyə əsasən müxtəlif istiqamətlərdə hərəkət edirsə (gedir, qaçır, hoppanır): təkbaşına, başqaları ilə birlikdə və ya sürətini dəyişməklə;

  • müxtəlif trayektoriya ilə hərəkət edirsə (düzgün xətlə, dairəvi, əyri-üyrü xətlə);

  • bir və ya iki əli ilə müxtəlif ölçülü topları hədəfə ata bilirsə;

  • ötürülmüş müxtəlif ölçülü topları bir və ya iki əli ilə tuta bilirsə;

  • tullanarkən müvazinətini saxlaya bilirsə;

  • hər hansı bir dayağın və ya əşyanın köməyi olmadan bir ayağı üstə durmaqla tarazlığını saxlaya bilirsə;

  • musiqinin müşayiəti ilə ritmik hərəkətləri yerinə yetirə bilirsə.


İstiqamət: fəal iştirak
İd.I.3. Şagird sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün mütləq mütəmadi fiziki fəallıqda iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

  • proqramla nəzərdə tutulmuş bütün növ fiziki fəallıqlarda iştirak edirsə (gimnastika, ağır atletika, rəqs, hərəkətli oyunlar və yarışlar);

  • müəllimin təlimatlarını yerinə yetirir, yeni hərəkətlərə diqqətlə yanaşır və onları mənimsəyirsə.

İd.I.4. Fiziki hazırlıqla məşğul olma əsasında şagirdin məqsəd qoymaq, insanlarla ünsiyyət, başqaların maraqlarını nəzərə almaq kimi həyati vacib qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı var.
Nəticə göz önündədir, əgər şagird:

  • oyunun qaydalarına əməl edirsə;

  • qrupda oyununun qaydalarını dərk edir və onlara riayət edirsə;

  • Nəzakətlidir və başqalarının maraqlarını nəzərə almağa çalışırsa;

  • Başqa oyunçulara və idman avadanlıqlarına ehtiyatla yanaşmağa çalışırsa;

  • xüsusi diqqət tələb edən həmyaşıdlarına tolerantlıq münasibətini nümayiş etdirməyə çalışırsa.




Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin