Xüsusi ehtiyaclı şagirdlərin idman dərsinə cəlb edilməsi Xüsusi ehtiyaclı şagirdlər idmanın fənn proqramına qoşulmaq üçün əlavə/xüsusi xidmətə, o cümlədən şagirdin imkanları və ehtiyaclarının qiymətləndirilməsinə, Milli Tədris Planının modifikasiyasına, ətraf mühitə adaptasiyaya, fərdi tədris planının tərtib edilməsinə və s. ehtiyacları olur.
Məktəb, onların fiziki, dərketmə, sosial, emosional və ya başqa xarakterik xüsusiyyətlərinə baxmayaraq, xüsusi təhsilə ehtiyacı olan şagirdlərin idman fəallığına və fiziki təhsil dərslərinə qoşulmalarını t qalmağa borcludur.
Fərdi tədris planı müəllimin/müəllimlərin, mütəxəssislər qrupunun və valideynlərin fəal iştirakı ilə əvvəlcədən müşahidə və ya qiymətləndirmə əsasında tərtib olunur və şagirdin əxlaqı, kommunikasiya vərdişləri, imkanları və onun üçün zəruri xidmətlər barədə tam informasiyanı nəzərdə tutur. Məhdud imkanlı şagirdlərə onlara lazımi bacarıqların və imkanların inkişafına və fərdi resursların aşkarlanması imkanları verəcək tədris aktivlərini təklif etməliyik. Fərdi tədris planı Milli tədris planına əsaslanır və şagirdin bütün təhsil ehtiyaclarını, bu ehtiyacların yerinə yetirilməsi yollarını və planla nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün vacib olan əlavə fəallıqları nəzərdə tutur.
LIV Fəsil İbtidai pillədə fənn kompetensiyaları
I sinif İdman Standart İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr