Liii fəsil İdman üzrə fənn proqramıİdman.I.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına riayət edə bilər. İdman.I.2
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları İstiqamət: sağlamlıq və təhlükəsizlik İd.I.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına riayət edə bilər. Nəticə göz önündədir, əgər şagird: sağlamlıq üçün ziyanlı qidaları sadalayırsa; dişlərə və bədənə qulluq etmək prosedurlarını təsvir edirsə; məişət texnikasının (o cümlədən, elektrotexnikanın) təhlükəsiz istismarı qaydalarını təsvir edərsə; evdə, məktəbdə və ətraf mühitdə hansı potensial təhlükə gözlədiyi barədə söhbət edirsə (yanğın, bədən xəsarəti, günəşin xoşa gəlməz təsiri, ərzaqdan zəhərlənmə və s.); kömək göstərə biləcək (yanğınsöndürən, həkim, polis işçisi) insanları sadalayır və onlarla necə əlaqə saxlaya biləcəyini təsvir edirsə (patrul polisinin, yanğınsöndürmə idarəsinin, təcili yardımın telefon nömrələrini söyləyə bilirsə); oyun üçün təhlükəsiz (evin, məktəbin həyəti, idman salonu) və təhlükəli (çay, avtomobil yolu, zibil bunkeri) yerləri sadalaya bilirsə; tanımadığı şəxslərlə qarşılıqlı münasibət zamanı necə davranmağı söyləyə bilirsə; kompüterin və televiziyanın müsbət və mənfi tərəflərini sadalaya bilirsə. Yüklə 61,26 Kb. Dostları ilə paylaş: |