V Sinif
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət və vərdişlər
|
Fəal iştirak
|
İd.V.1. Şagird sağlamlığı cəmiyyətdə uğurla yaşamağın ön şərti kimi müəyyənləşdirə bilər.
|
İd.V.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq qabiliyyəti vardır ( yer dəyişmək, manipulyasiya, müvazinəti qoruyub-saxlamaq).
|
İd.V.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.
İd.V.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsəd, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.V.1. Şagird sağlamlığı cəmiyyətdə uğurla yaşamağın ön şərti kimi müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
izah edə bilirsə ki, nə üçün onun rifahı sağlamlıqdan asılıdır və zəif sağlamlıq nəyə görə pis nəticələrə gətirib-çıxarır (zəif bədən, təhsildə gerilik, aşağı idman göstəriciləri);
kalorinin nə olduğunu, onun funksiyası və təyinatını izah edə bilirsə;
ailə üzvləri, dostlar və ümumiyyətlə, insanlar arasında sağlam münasibətləri şərtləndirən amilləri (inam, vicdanlılıq, qayğıkeşlik) tanıyır;
alkoqolun orqanizmə qısa və uzun müddətli təsirini təsvir edə bilir;
alkoqol qəbul etmək və ya tütün çəkmək təklif olunarkən insanın təsirdən necə yaxa qurtaracağını (imtina etmək, oradan uzaqlaşmaq) təsvir edə bilirsə.
Dostları ilə paylaş: |