Sistemli yanaşma prinsipi. Sistemli yanaşma prinsipi nitqin müxtəlif komponentlərinin sistemli quruluşuna və qarşılıqlı əlaqəsinə əsaslanır: nitqin səs və tələffüz tərəfi, fonematik proseslər, leksik qrammatik quruluşu.
Nitq pozğuntusu nitqin bu və ya digər komponentlərinin fəaliyyətinə müxtəlif dərəcədə toxuna bilər. Bir halda səs tələffüzü tərəfi çox pozulur, nitqin aydınlığı zərər çəkir - fonetik pozğunluq; başqa bir halda səstələffüzü pozğuntusu sözün səs tərkibini mənimsəmənin pozulmasıyla birləşir - fonetik - fonematik pozğunluq yaranır. Bu hallarda mütləq oxu və yazının mənimsənilməsi çətinləşir.
O halda ki, pozğulma fonetik - fonematik və leksik - qrammatik sistemi əhatə edir və nitqin ümumi inkişafdan qalması yaranır, bu zaman leksik- qrammatik və fonetik - fonematik pozulma qarşılıqlı əlaqə kompleksini təşkil edir.
Nitqin müxtəlif komponentlərinin qarşılıqlı asılılığını sözün səs tərəfinin, leksik və qrammatik mənasının qarşılıqlı əlaqəsiylə misal göstərmək olar. Məsələn, sözdə səsin miqdarını, xarakterini və yerini dəyişməklə onun leksik və qrammatik mənası dəyişir: nar- tar, qala-xala, dələ-tələ; nar-nal,şar-şal; qaz-qız, qaşıq-qatıq; çəkir-çəkil, qoşul-qoşur, külək-gülək və s..
Nitqin müxtəlif komponentlərinin qarşılıqlı əlaqəsi onun inkişaf prosesində aydın ifadə olunur. Fonetik inkişaf lüğətin toplanmasına və qrammatik vasitələrin genişlənməsinə kömək edir.
Beləliklə, sistemli yanaşma prinsipi nitq pozğuntusunun analizində dilin müxtəlif komponentləri arasındakı qarşılıqlı fəaliyyət sisteminə əsaslanır.
Bu prinsip nitq pozğunluqlarının pedaqoji təsnifatının əsasını, nitq pozğuntusu olan uşaqlar üçün xüsusi müəssələrin komp- lektləşdirilməsini təşkil edir və eyni zamanda nitq pozğunluqlarının aradan qaldırılması, qarşısının alınması yollarını və metodlarını müəyyən edir.
R. £. Levina sistemli yanaşma prinsipinə əsasən nitqin ümumi inkişafdan qalmasını üç dərəcəyə ayırır.
Birinci dərəcə sözlü ünsiyyət vasitələrinin tam olmaması ilə xarakterizə edilir. Bu yaşda (5-6 yaş) normal inkişaf etmiş uşaqlarda nitq əsasən formalaşır. Nitq inkişafının bu dərəcəsində uşağın lüğət ehtiyatı jestlərlə müşayət olunan və ətrafdakılar üçün anlaşılmaz olan səslərdən və səsyamsılama komplekslərindən ibarət olur.
İkinci dərəcə onunla xarakterizə edilir ki, uşağın nitq imkanı xeyli artır. Nitq vasitələri fonetik və qrammatik baxımdan çox pozulmuş olsa da ünsiyyət pəltək, qırıq - kəsik sözlərlə və jestlərlə yerinə yetirilir.
Üçüncü dərəcə kobud fonetik, leksik, qrammatik əyintilər olmadan çox işlənən sözlərdən ibarət olur və nitqin fonetik, leksik və qrammatik tərəflərindən birində pozulmalar olur.