Nitq pozğunluqlarının təsnifatı Loqopediya XIX əsrin axırı XX əsrin əvvəllərində Avropa təbäbötinin nitq pozğuntularının tədqiqi sahəsindəki böyük müvəffəqiyyətlərinin təsiri altında olmuş və yaratdığı təsnifata əsaslanmışdır.
İlk dəfə A..Kussmaul (1877) tərtib etdiyi təsnifatla nitq pozğuntuları haqqında əvvəllər yaranmış anlayışları tənqid etmiş, onları sistemləşdirmiş və terminologiyanı qaydaya salmışdır. Sonradan bu klinik təsnifat adlandırılmışdır.
Lakin XX yüzillikdə fiziologiya, təbabət, psixologiya, pedaqogika, linqvistika sahəsində fundamental və tətbiqi inkişaf ayrı - ayrı təsnifatlar arasında ziddittətlər yaratdı.
Nevrologiyada nitq pozğuntularının növləri haqqındakı anlayışlara yenidən baxıldı. Loqopediya da bu tendensiyadan kənarda qalmadı. M.E.Xvatsev, F.A. Rau, sonralar isə O.V. Pravdina, S.S. Lyapidevski və başqaları klinik təsnifata düzəliş verdilər və nəticədə bəzi növ pozğuntular haqqında anlayışlar dəyişdi: nitq pozğuntularının xarakteristikasının məzmunu xeyli genişləndi. Lakin klinik təsnifatda uşaqların və böyüklərin nitq pozğuntuları ardıcıllıqla dürüst müəyyən edilməmişdi.
Uşaqlarda nitq pozğuntularının analizinin yeni prinsipi R.E. ievina tərəfindən dürüst ifadə edildi və loqopediyanm yəni bölməsinin əsası qoyuldu - Uşaq loqopediyası. Uşaq loqopediyası xüsusi tədqiqat obyekti olmaqla pedaqoji elmin müstəqil bölməsinə çevrildi. Nitq pozğuntularının növbəti təsnifatının İşlənib hazırlanması isə ilk və ikinci defektin kriteriyasına uyğun olaräq tərtib edildi.
Beləliklə, hal - hazırda logopediyada nitg güsurlarının iki təsnifatı mövcuddur - klinik - pedagoji və psixoloji - pedagoji, (R.ELevina). Bu təsnifatlar arasında hec bir ziddiyyət yoxdur. Onlar bir-birini tamamlayır, konkret nitq pozğuntusuna yanaşmağı və uyğun korreksiya vasitələrinin seçilməsini əks etdirir.
Kliniik-pedaqoji təsnifatın müsbət cəhəti nitq pozğun- tularının maksimum differensiallaşmış növlərinin əlamətləri əsasında qurulmasıdır. Bu da loqopedə müxtəlif formalı anomal inkişaf zamanı kompleks yanaşma əsasında nitq defektinin dərəcəsini təyin etmək və uşağın maksimum fərdi xüsusiyyətlərini nəzərə almaqla loqopedik təsirləri həyata keçirmək imkanı verir.
Klinik - pedaqoji təsnifatın sırf klinik təsnifatdan fərqi ondadır ki, nitq pozğuntularının seçilmiş növləri qəti olaraq bu və ya digər növ xəstəliklərlə bağlanmır. Aparıcı rol psixolinqvistik kriteriyalarla verilir. Onların əsasında nitq pozğuntularının görünüşü terminlərlə ifadə olunur. Bu da loqopedə diqqətini loqopedik təsirin obyektinə yönəltməyə kömək edir.
Klinik - pedaqoji təsnifatda göstərilən nitq pozğuntuları iki əsas qrupa bölünür: şifahi nitq pozğuntuları və yazılı nitq pozğuntuları.
Şifahi nitq pozğuntuları - öz növbəsində iki tipə bölünə bilər: 1) nitqin fonasyon (xarici) tərtibatının pozulması və 2) struktur - semantik (daxili) sistemin pozulması və ya nitqin polumorf pozğuntusu.
Fonosiyon nitq pozğuntusu bu və ya başqa sahənin zədələnməsindən asılı olaraq differensiallaşır: a) səs yaranma, b) söyləmənin temporitmik təşkili, v) intonasiya - melodik, q) səs tələffüzü.
Bu pozğuntular tək və ya müxtəlif birləşmələrlə müşahidə oluna bilər. Bundan asılı olaraq pozğuntular aşağıdakı növlərə
ayrılır və onları ifadə etmək üçiin ənənəvi təhkim edilmiş terminlər işlədilir:
Disfoniya (afoniya) - səs aparatında pataloji dəyişiklik nəticəsində fonasiyanın pozulması və ya olmaması. Səsin olmaması afoniya, ya da səsin gücünün, ucalığının və tembrinin pozulması disfoniya ilə ifadə olunur. Səs yaradan mexanizmin orqanik və ya funksional pozğuntusu ilə şərtləşir, mərkəzi və ya periferik xarakterli olur, uşağın hər hansı bir inkişaf mərhələcində əmələ gələ bilər.
Bradilaliya - nitqin tempinin pataloji ləngliyi deməkdir. Sinonimi: bradifraziya. Beyin qabığının nitq mərkəzində yaranan pozğunluq artikulyasiya ləngliyi ilə ifadə olunur, orqanik və ya funksional xassəli ola bilər.
Taxilaliya - nitqin tempinin patoloji artması deməkdir. Sinonimi: taxifraziya. Sürətli artikulyasiya ilə ifadə olunur, mərkəzlə şərtləşir, öz xassəsinə görə orqanik və ya funksional olur. Sürətli nitq aqrammatizmlə müşahidə olunur. Belə hal bəzən müstəqil pozğuntu kimi - battarizm, parafraziya adlanır. Pataloji sürətli nitq bəzən əsassız pauzalarla, tutulma və dildolaşmalarla müşahidə olunur. Belə hallar “poltern” termini ilə ifadə olunur. Bradilaliya və taxilaliya bir ümumi ad altında birləşir - “Nitqin tempinin pozulması”.
Kəkələmə - nitq aparatının əzələ qıcolması ilə şərtləşir və nitqin temporitmik tərəfi pozulur. Sinonimi: loqonevroz. Mərkəzlə bağlı oiur, orqanik və ya funksional xassəlidir. Əsasən uşağın nitq inkişafı dövründə, frazalı nitqə keçid zamanı əmələ gəlir.
Nitqin temporitmik tərəfinin pozulması perifirik nitq aparatının müxtəlif sahələrinin qıc olması ilə bağlıdır - nəfəs,,səs, artikulyasiya.
Dislaliya - normal eşitmə və nitq aparatının normal
innervasiyası zamanı səslərin tələffüzünün pozulması deməkdir. Sinonimi: pəltəklik, səslərin pozğuntulu tələffüzü, fonetik pozğuntu, fonemlərin pozğuntusu. Nitqin səs
tərəfinin yanlış formalaşması ilə ifadə olunur. Dislaliya mexaniki və funksional olur. Mexaniki dislaliyaya . artikulyasiya aparatının anatomik defekti, funksional disialiyaya isə əlverişsiz şəraitdə nitqin inkişafı və ya fonematik qavramanın pozulması səbəb olur.
‘I
•ii
AT Rinolaliya - nitq aparatının anatomik - fizioloji defekti ilə bağlı səsin tembrinin və tələffüzünün pozulması deməkdir. Sinonimi: tin - tınlıq. Səsin tembrinin patoloji dəyişikliyi və səs yaratmada burun boşluğunun normal iştirak etməməsi səslərin tələffüzünün pozulmasına səbəb olur. Rinolaliya açıq və qapalı olur. Açıq rinolaliya zamanı hava axını yumşaq və bərk damaqda əmələ gələn yarğan vasitəsiylə I;. burun boşluğuna dolur, bütün səslər burunda tələffüz ä olunur, nitq tutqun və monoton olur.
, < Qapalı rinolaliya burun boşluğunun keçidinin pozulması ilə bağlıdır. Qapalı rinolaliya zamanı burun rezonatorları səs yaratmada tam və ya qismən iştirak etmir. Bu halda səs bir sıra obertondan məhrum olur, kar səslənir.