Loqopediya elmi haqqında anlayış. Loqopediya, onun mövzusu, vəzifəsi və əhəmiyyəti



Yüklə 110,15 Kb.
səhifə7/7
tarix14.12.2022
ölçüsü110,15 Kb.
#74588
1   2   3   4   5   6   7
mövzu 1 (1)

Dizartriya - nitqin tələffüz tərəfinin pozulması nitq aparatının innervasiyasının orqanik çatışmazlığı ilə bağlı olur. Dizatriya zamanı səs tələffüzü mexanizminin bütün hissələrində pozğunluq müşahidə olunur. Dizartriyanın ağır dərəcəsi (anatriya) zamanı nitqin səs tələffüzü tərəfi tam olmur. Yüngül halda isə defekt artikulyasiya fonetik pozğun­luqla müşahidə olunur. Buna dizartriyanın sürtülmüş forması deyilir.

Fikir söyləmənin struktur - semantik formalaşmasının (daxili) defekti sistemli pozulmaların iki növü ilə verilmişdir: “alaliya və afaziya”.

  1. Alaliya - ana bətnində və ya erkən inkişaf dövründə uşağın baş beyin qabığının nitq mərkəzinin zədələnməsi nəticəsində nitqin olmaması və ya inkişafdan qalmasıyla bağlıdır. Ən mürəkkəb nitq defektlərindən sayılır. Bu halda fikir söyləmənin, qavrama və yadasalma mərhələlərinin hamısında seçmə və proqramlaşdırma əməliyyatı pozulur. Alaliyanın iki əsas forması mövcuddu-: motor və sensor.

motor alaliyası zamanı nitqin qavranmac qorunub saxlanır, lakin nitq hasilatı kəskin şəkildə pozulur. (B-ok mərkəzi) sensor alalıya zamanı müraciət olunan nitqin qavranması kəskin şəkildə pozulur (Vernik mərkəzi)
2. Afaziya - baş beyinin lokal pozğuntusu nəticəsində əvvəlcədən formalaşmış nitqin tam və ya qismən itməsi <-■ deməkdirş. Bir qayda olaraq üç yaşdan sonra əmələ gələn nitq pozğuntusu afaziyaya aid edilir. Kəllə - beyin travması, neyroinfeksiya və beyin şişləri nəticəsində uşağın əvvəlcə­dən formalaşmış nitqi pozulur.
Zədələnmənin mərkəzindən asılı olaraq afaziya da iki əsas formaya ayrılır - motor və sensor.
motor afaziya zamanı nitiqin hərəki mərkəzi (mərkəz Broka) zədələnir və əsasən nitqin ekspressiv tərəfi pozulur, sensor afaziya zamanı isə nitqin hissetmə mərkəzi (Vernik mərkəzi) zədələnir və nitqin impressiv tərəfi pozulur.
II. Yazılı nitq pozğuntuları iki qrupa bölünür - reseptiv (oxuda olan pozğuntular) və produktiv (yazıda olan pozğuntular).
1. Disleksiya - oxu prosesinin qismən spesifik pozğuntu deməkdir. Oxu prosesindəki pozğunluq baş beyin qabığının bəzi sahələrinin zədələnməsi və ya inkişafdan qalmasıyla bağlı olur. Hərflərin tanınması, hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətnin səhv başa düşülməsinə səbəb olur. Bu pozğuntunun ağır dərəcəsi aleksiya adlanır - oxu vərdişini mənimsəmə qabiliyyətinin tam olmaması.

  1. Disqrafiya - yazı prosesinin qismən spesifik pozğuntu deməkdir. Hərflərin optik - məkan şəkillərinin qeyri sabitliyi, sözün səs - heca tərkibinin və cümlə quruluşunun təhrif olunmas/ ilə ifadə olunur. Bu pozğuntunun ağır dərəcəsi aqrafiya adlanır - yazı vərdişini mənimsəmə qabiliyyətinin olmaması,

Psixoloji - pedaqoji təsnifat. Psixoloji - pedaqoji təsnifat uşaq kollektivi ilə iş şəraitində loqopedik təsirin zəruriliyindən əmələ gəlmişdir - (qrupda, sinifdə). Bunun üçün (uşaqların nitqinin müxislif formalı anomal inkişafı zamanı) nitq defektinin ümumi ifadəsin verilmişdir. Bu da təsnifatı linqvistik və psixoloji meyarlar əsasında qurmağa imkan vermiş və nitq sisteminin struktur
komponentləri (səs, qrammatik və lüğət tərəfi), nitqin funksional aspekti, nitq fəaliyyəti növlərinin əlaqəsi (şifahi və yazılı) nəzərə alınmışdır. Bu təsnifatda nitq pozğuntuları iki qrupa bölünür:
Birinci qrup - ünsiyyət vasitələrinin pozulması (fonetik - fonematik inkişafdan qalma və nitqin ümumi inkişafdan qalması).
İkinci qrup - ünsiyyət vasitələrinin işıədilməsinin pozul­ması. Bura ünsiyyət vasitələri düzgün formalaşdıqda nitqin kommunikativ funksiyasının pozulması - kəkələmə daxildir.
Təsnifatda yazıda və oxuda olan pozğuntular müstəqil nitq pozğuntusu kimi verilmir. Onlara fonetik - fonematik və ümumi nitq geriliyinin tərkibində baxılır.
Bu təsnifatda sistemli yanaşma prinsipinə istinad olunur, əsasını nitqin psixi proseslərin başqa tərəfləri ilə əlaqəsi təşkil edir.
Beləliklə, loqopediyada nitq pozğuntuları 11 formaya ayrılır. Bunlardan 9-u şifahi nitqdə olan pozğuntuları, 2-i isə yazılı nitqdə olan pozğuntuları təşkil edir.

Yüklə 110,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin