232. Burun furunkulunun absesləşmə mərhələsində əsas müalicə:
A) yarılma və antibakterial terapiya
B) antibakterial terapiya və məlhəm applikasiyaları
C) təzyiq göstərilməsi
D) immun sistemin stimullaşdırılması
E) fizioterapiya
233. Burun furunkulunun açılmasından sonra hansı nəm sarğının aparılması məqsədə uyğundur:
A) natri xlorun hipertonik məhlulu ilə
B) natri xlorun izotonik məhlulu ilə (0,9%)
C) 70%-li spirtlə
D) yarımspirtli məhlul ilə
E) hidrogen peroksidlə
234. Lor organların dərisinin hansı yayılmış infeksion iltihabı xəstəliyi orqanizmin güclü ümumi
reaksiyası ilə gedir:
A) qızılyel
B) sikoz
C) burun furunkulu
D) ekzema
E) karbunkul
235. Burun qızılyelinin əsas törədicisi:
A) streptakokk
B) stafilakokk
C) herpes virusu
D) göbələk
E) mikoplazma
Dostları ilə paylaş: |