248. Burun çəpərinin perforasiyasının əmələ gəlməsinin səbəbi deyil:
A) kəskin irinli haymorit
B) ozena
C) burun çəpərinin absesi
D) üçüncülü sifilis
E) burun çəpərində kobud cərrahi müdaxilə
249. Burun çəpərinin perforasiyasının əmələ gəlməsinə nə səbəb ola bilər:
A) burun çəpərində kobud cərrahi müdaxilə
B) kəskin irinli haymorit
C) uzun müddətli ön tamponada
D) əng cibinin punksiyası
E) uzun müddətli arxa tamponada
250. İybilmənin azalmasını göstərin
A) hiposmiya
B) anosmiya
C) hiperosmiya
D) kakosmiya
E) normosmiya
251. Hiposmiya nədir:
A) iybilmənin zəifləməsı
B) iybilmənin olmaması
C) iybilmənin təhrif olması
D) qoxu halyusinasiyası
E) iybilmənin artması
252. Anosmiya nədir:
A) iybilmənin olmaması
B) iybilmənin təhrif olması
C) iybilmənin azalması
D) qoxu halyusinasiyası
E) normal iybilmə
Dostları ilə paylaş: |