300. Kəskin frontitin müalicəsində hansı üsul düzgün deyil:
A) alın cibinin medial divarından punksiya
B) orta burun keçəcəyinin damarbüzücü preparatlarla adrenalizasiyası
C) alın cibinin aşağı divarından punksiya
D) alın cibinin trepanopunksiyası
E) ümumi iltihab əleyhinə terapiya ( antibiotiklər,antihistamin preparatlar,
analgetiklər).
301. İrinli sfenoiditdə əsas cibə ən optimal müasir cərrahi müdaxilə:
A) endoskopik
B) Denker üsulu ilə
C) Kaldvel-Lyuk üsulu ilə
D) İvanov üsulu ilə
E) Ritter-Yansen üsulu ilə
302. Kəskin haymoritdə tez-tez rast gəlinən simptom:
A) bütün sadalananlar
B) orta burun keçəcəyində irinli ifrazat
C) xəstə olan tərəfdə əng cibində ağrı və baş ağrıları
D) burun boşluğunun selikli qişasının ödemi (burun tənəffüsünün çətinləşməsi)
E) iybilmənin pozulması
303. Əng cibinin punksiyası zamanı Kulikovski iynəsinin yönəlmə istiqaməti:
A) həmin tərəfdə gözün xarici bucağı istiqamətində
B) aşağı
C) yuxarı
D) burun boşluğunun medial divarına perpendikulyar
E) əks tərəfdə gözün xarici bucağı istiqamətində
Dostları ilə paylaş: |