509. Normada insan bas pıçıltı səslərini hansı məsafədən eşidir?
A) 6 m
B) 20 m
C) 12 m
D) 30 m
E) 15 m
510. Səsi qəbuledən aparatın patologiyası zamanı kamertonal müayinələrdə hansı əlamətlər olacaq?
A) C128-lə müayinədə həm hava, həm də sümük keçiriciliyi qısalır
B) C128-lə müayinədə sümük keçiriciliyi qısalır
C) C128-lə müayinədə sümük keçiriciliyi uzanır
D) C128-lə müayinədə Rinne mənfi olur yalnız hava keçiriciliyi qısalır
E) C2048-lə müayinədə eşitmə uzanır
511. Jelle sınağı hansı məqsədlə həyata keçirilir?
A) üzənginin oval pəncərədə hərəkətli olmasını təyin etmək üçün
B) təbil pərdəsinin hərəkətli olmasını təyin etmək üçün
C) səsi qəbuledən aparatının patologiyalarının diaqnostikası üçün
D) koxlear aparatın patologiyalarının diaqnostikası üçün
E) eşitmə borusunun keçiriciliyini təyin etmək üçün
512. Səsikeçirən aparatın patologiyası zamanı Veber sınağında səs hansı gulağa lateralizasiya edir?
A) xəstə qulaq tərəfə
B) sağlam qulaq tərəfə
C) səs ortada olur
D) eşitmə olmur
E) səs hər 2 qulaqda eşidilir
Dostları ilə paylaş: |