258. Burun qanaxmasının yerli səbəbi:
A) burun travması
B) ateroskleroz
C) leykoz
D) arterial hipertenziya
E) hemofiliya
259. Burun qanaxmasının səbəbi nədir:
A) bütün sadalananlar
B) hipertoniya xəstəliyi
C) qan xəstəlikləri
D) ateroskleroz
E) böyrək xəstəlikləri ( nefroskleroz, böyrək hipertoniyası)
260. Burun qanaxması nə zaman baş verir:
A) bütün sadalananlar
B) qrip zamanı
C) burun-udlağın angiofibromasında
D) teleangioektaziyalarda
E) burun boşluğunun xərçəngində
261. Burun çəpərinin ön-aşağı hissəsində nə yerləşir:
A) sıx damar toru (Kisselbax sahəsi)
B) kavernoz sinus
C) limfatik kələf
D) S-əbənzər sinus
E) bütün sadalananlar
262. Bunlardan hansı daha çox burun qanaxmasına səbəb olur
A) ateroskleroz
B) revmatik miokardit
C) miokardın infarktı
D) ürəyin mədəciklərarası arakəsməsinin defekti
E) bağırsaq keçməməzliyi
Dostları ilə paylaş: |