289. Vazomator rinitin allergik formasının simptomu deyil:
A) udlaqda ağrılar
B) burundan ifrazat
C) iybilmənin pozulması
D) burunun tutulması
E) paroksizmal asqırma
290. Vazomator rinit üçün nə xarakterik deyil:
A) burun qanaxması
B) balıqqulaqların ödemi
C) selikli ifrazat
D) burun tənəffüsünün çətinləşməsi
E) asqırma
291. Ozena nədir:
A) atrofik rinitin forması
B) hipertrofik rinitin forması
C) vazomotor rinit forması
D) kəskin kataral rinit
E) sinusitin bir forması
292. Ozena zamanı ön rinoskopiyada nə aşkar olunur:
A) tünd qəhvəyi və sarı-yaşıl qartmaqlar
B) xoralar
C) irinliklər
D) çoxlu irinli ifrazat
E) boz ərplər
293. Sinusitin diaqnostik üsüluna nə aid deyil:
A) pnevmoensefaloqrafiya
B) burunun və əlavə ciblərinin KT-sı
C) burun boşluğunun endoskopiyası
D) burunun əlavə ciblərinin rentgenoqrafiyası
E) ciblərin diaqnostik punksiyası
Dostları ilə paylaş: |