284. Atrofik rinit zamanı əsas patomorfoloji dəyişikliklər:
A) silindirik epitelinin yastı epiteliyə metaplaziyası və miqdarının azalması, kirpiklərin yox olması və
mağaralı toxumanın miqdarının azalması
B) səyrici epitelinin qədəhəbənzər huceyrələrə metaplaziyası
C) balıqqulaqlarının selikli qişasının müxtəlif hissələrində birləşdirici toxumanın hipertrofiyası
D) yastı epitelin qədəhəbənzər hüceyrələrə metaplaziyası
E) damarların və mağaralı toxumanın sayının çoxalması
285. İkincili atrofik rinitin yaranma səbəbinə aid deyil:
A) xroniki tonzillit
B) ətraf muhitin zərərli amilləri
C) burun boşluğunda geniş cərrahi mudaxilələr
D) endokrin-humoral pozulmalar ( şəkərli diabet )
E) burunun selikli qişasının zədələnməsi
286. Atrofik rinitin müalicəsində nə istifadə olunur:
A) vitamin A , E preparatları, yod məhlulları
B) eufillin
C) bismut preparatları
D) protarqol məhlulu
E) damarbüzücü preparatlar
Dostları ilə paylaş: |