427. Qırtlaq xərçəngində TNM təsnifatında T4 nəyi göstərir?
A) Şiş qırtlaqdan kənara yayılıb, ya uzaq metostazlar var
B) Şiş qırtlağın bir anatomik törəməsində məhdud yerləşir
C) Şiş bir anatomik törəmənin sərhədinə yayılır
D) Şiş qırtlağın bir törəməsindən digərinə yayılır
E) Böyümüş bir tərəfli fiksə olunmuş, ətraf toxumalara birləşmiş limfa düyünləri əllənir
428. Təbil pərdəsinin əsas funksiyası nədir?
A) eşitmədə səsin ötürülməsi
B) səslərin qəbulu
C) taktil
D) müvazinətin saxlanılması
E) barofunksiya
429. Parasentez təbil pərdəsinin hansı kvadrantında aparılmalıdır?
A) arxa aşağı
B) arxa yuxarı
C) ön aşağı
D) ön yuxarı
E) mərkəzində
430. Təbil boşluğunun neçə divarı var?
A) 6
B) 5
C) 4
D) 3
E) 2
431. Aditus ad antrum təbil boşluğunun hansı divarında yerləşir?
A) Arxa divarında
B) Daxili divarında
C) Yuxarı divarında
D) Aşağı divarında
E) Ön divarında
432. Təbil boşluğu və ətraf mühit arasında olan təzyiqlər fərqi eşitmə borusunun hansı funksiyası
Dostları ilə paylaş: |