Lüğətdə verilmiş sözlər A



Yüklə 0.53 Mb.
səhifə1/5
tarix28.01.2017
ölçüsü0.53 Mb.
  1   2   3   4   5
Lüğətdə verilmiş sözlər

 

 



 

A

 

Absorbsiya edilmiş neft.



Aviasiya benzini.

Ağ neft -bax: kerosin.

Ağırlaşdırılmış məhlul.

Almaz aləti.

Asidol.

Asfalt.

Asfaltenlər.

Asfaltsızlaşma.

 

B



 

Ballast sisternası.

Barja.

Barrel.

Benzin.

Benzin - liqronlu fraksiya (nafta).

Benzol.

Bentonit.

Bitum.

Bonus.

Boru.

Boru kəməri.

Boru kəməri nəqliyyatı.

Boru tutucu.

Buruq - bax: qazma buruğu.

Butan.

 

V



 

Vazelin.

Vakuum distilləsi.

Ventil.

Vertlyuq.

Vibrasiya qazması.

Vurucu quyu - bax: injeksiya quyusu.

 

Q



 

Qaz amili.

Qaz analizatoru.

Qaz analizi.

Qaz anbarı.

Qaz benzini - bax: qazolin.

Qaz ehtiyatlarının hesablanması metodları.

Qaz yanacaq - bax: yanar qazlar.

Qaz karotajı.

Qaz kəməri - bax: magistral qaz kəməri.

Qaz generatoru.

Qaz mühərriki.

Qaz planalması.

Qaz papağı.

Qaz sənayesi.

Qaz təchizatı.

Qaz şəbəkəsi.

Qazayırma.

Qazdaşıyan gəmi.

Qazbalonlu avtomobil.

Qazıma.

Qazma aləti.

Qazma baltası.

Qazıma başlığı - bax: Qazma baltası.

Qazma boruları.

Qazma buruğu.

Qazma qurğusu.

Qazma dəzgahı - bax: Qazma qurğusu.

Qazma gəmisi.

Qazmanın geofizik öyrənilməsi - bax: Karotaj.

Qazma məhlulu - bax: gilli məhlul.

Qazma turbini - bax: turbobur.

Qazma şaxtası.

Qaz kompressor stansiyası.

Qaz kondensat yatağı.

Qaz neft seperatoru.

Qazoyl.

Qazolin.

Qazoturbovoz.

Qazoturboxod.

Qazpaylama stansiyası.

Qaztəmizləmə.

Qazholder.

Qazmanın geofiziki öyrənilməsi.

Qazma məhlulu.

Qamma - metod.

Qamma - karotaj.

Qapalı istismar.

Qidrafon.

Qolvari yataq.

Qoruyucu kəmər.

Qrifon.

Qudron.

Quyu.

Quyunun əsaslı təmiri.

Quyuların yeraltı təmiri - bax: yeraltı təmir.

Quyuların sementlənməsi - bax: sementləmə.

Qumdaşı.

Qüllədəki işçi.

 

D



 

Debit.

Demulsasiya.

Depressator.

Dehidrogenləşdirmə.

Dəniz yatağı - bax: dəniz neft mədəni.

Dəniz neft mədəni.

Dərin özüllü qazma qurğusu.

Dərinlik nasosu ilə neftçıxarma.

Dizel yanacağı.

Dinamik səviyyə.

Dinamoqram.

Distillə sütunu.

Distillə qurğusu.

Distilləetmə.

Dolamaçarx.

Duzsuzlaşdırma.

 

E



 

Energetika.

Ekstraksiya.

Emvator.

Elektrik karotajı.

Elektrik dalma nasosu - bax: Dərinlik nasosu ilə neftçıxarma.

Elektrobur.

Elektrik kəşfiyyat metodu.

Estakada.

Etillənmiş benzin.

Exelot.

Ehtiyyatlar.

 

İ



 

İkilüləli qazıma.

İnjeksiya quyusu.

İnklinometr.

İstismar boruları.

İştirak müqaviləsi.

 

Y



 

Yanar qazlar.

Yanar şistlər.

Yanacaq.

Yanacaq kalonkası.

Yanacaq sənayesi.

Yataq.

Yatağın ehtiyatı.

Yatağın parametrləri.

Yeraltı təmir.

Yuyucu məhlul - bax: gilli məhlul.

Yüksək oktanlı yanacaq.

 

K



 

Kabernəölçən.

Kartaj.

Karbohidrogen.

Karotaj.

Katalizatorlar.

Katlavan.

Kern.

Kerosin.

Kəşfiyyat.

Kəşfiyyat quyusu.

Klapan.

Kimya və neft maşınqayırması.

Kompensator.

Kompressor quyusu.

Kompressor yağı.

Kompressor üsulu ilə neftçıxarma.

Kondensator.

Konsessiya müqaviləsi.

Konsinsent sürtkü yağları.

Konsorsium.

Kontinental şelf.

Koks.

Kokslama.

Kollektor.

Korroziya.

Köpüklə yanğınsöndürmə.

Krekinq.

Krekinqli benzin.

Kükürdlü neft.

 

 



 

G

 



Generator qazı.

Geoloji axtarış.

Gilli məhlul.

 

L



Lay.

Lay enerjisi.

Lay suları.

Lay təzyiqi.

Laminar axın.

Litr.

Lift.

 

M



 

Maqnit tutucu.

Manifold.

Mazut.

Maili qazma.

Magistral qaz kəməri.

Magistral neft kəməri.

Manometr.

Mancanaq.

Merkaptan.

Metan.

Mədən.

Mədən vergisi.

Mədən qazmaları.

Mədən işləri.

Məhlul.

Məşəl.

Məhsuldar qat.

Mineral yağ.

Mineral xammal.

Müqavilə.

Mümkün ehtiyatlar.

Mühəndis.

Mühərrik.

Mühərrik yağları.

Mühərrik yanacağı.

 

N



 

Nasos.

Naftalan nefti.

Naften turşuları.

Naftenlər.

Neft.

Neft anbarı.

Neft bazası.

Neft qazları.

Neft quyularının istismarı.

Neft quyusu - bax: quyu.

Neft daşları.

Neft emalı.

Neft emalı qazları.

OPEK (neft ixrac edən ölkələrin təşkilatı).

Neft yağları.

Neft yataqlarının işlənməsi.

Neft kəməri.

Neft - kimyəvi sintez.

Neft - kimyası.

Neft kimyası sənayesi.

Neft ləkəsi.

Neft maşınqayırması - bax: kimya və neft maşınqayırması.

Neft mədəni.

Neft mədənlərinin avtomatlaşdırılması.

Neft məhsulları.

Neft məhsullarının aromatikləşdirilməsi.

Neft məhsullarının təmizlənməsi.

Neft sənayesi.

Neft suları.

Neft fondu.

Neft fontanı.

Neft şirkəti.

Neftayırma zavodu.

Neftayırma sənayesi.

Neftin distilləsi.

Neftin ilkin üsulla ədə olunması.

Neftin ikinci üsulla ədə olunması.

Neftin üçüncü üsulla əldə olunması.

Neftin markaları.

Neftçıxarma.

Niqrol.

Nümunə.

 

O



 

Oktan.

Oktan ədədi.

Operator.

 

Ö



 

Ölü neft.

Özlülük.

Özühərəkət edən platforma.

 

P



 

Paker.

Palçıq vulkanı.

Parafin.

Parafinsizləşdirmə.

Perespektivli lay.

Piroliz.

Plazma ilə qazma.

Platforma.

Platforminq.

Preventor.

Propan.

Propilen.

 

R



 

Reaktiv mühərrik yanacağı.

Reaktiv - turbin qazma qurğusu - bax: reaktiv - turbin qazması.

Reaktiv - turbin qazıması.

Rezervuar.

Riforminq.

Royalt vergisi - bax: mədən vergisi.

Rotorla qazma.

Ruberoid.

 

S



 

Seysmik karotaj.

Seysmik kəşfiyyat.

Sementləmə.

Seperator.

Setan.

Setan ədədi.

Səyyar qazma qurğusu - bax: qazma qurğusu.

Səmt qazı.

Sənaye yağları.

Silindr yağları.

Sintetik kauçuk sənayesi - bax: Neft kimyası sənayesi.

Sintetik maye yanacağı.

Sistern.

Solyar yağı.

Sualtı faydalı qazıntı istehsalı.

Sübut olunmuş ehtiyat.

Sübut olunmuş yataq.

Sürtkü materialı.

Sürtkü yağları.

Sütuncuqlu balta.

Sütuncuqlu qazma.

Süxur.

Süxurun məsaməliliyi.

 

T

 

Tanker.

Termiki qazma.

Termik neftçıxarma.

Terminal.

Təbii ehtiyatlar.

Təkrar istismar üsulları.

Tələ.

Toluol.

Torpaq qurğular.

Torpağın rekultivasiyası.

Transmissiya yağları.

Transformator yağları.

Turbin qazıması.

Turbin yağları.

Turbobur.

Turbokompressor.

Tutucu kalibr.

Turş qudron.

Tutucu alət.

 

U

 

Uayt-spirit

Universal preventor

 

Ü

 

Üzvi həlledicilər.

Üzən qazma qurğuları.

Üzən əsaslar.

 

F

 

Faydalı qazıntılar.

Faydalı qazıntı yatağı.

Faydalı qazıntıların geo-kimyəvi axtarışları.

Filtirat.

Fitinq.

Fırlanma qazması.

Fontan armaturu.

Fontan quyusu.

Fontan üsulu ilə neftçıxarma

Fraksiya.

Fraksiyalara ayırma distilləsi.

 

 



X

 

Xam neft.



Xammalın bölünməsi - bax: «hasilatın pay bölgüsü».

Xəlilov açarı.

 

H

 

Hava qazı.

Hasilat sənayesi.

Hasilatın Pay Bölgüsü.

Hidravlik zərbə.

Hidravlik yarılma.

Hidro-krekinq.

Hidrogen-sulfid.

Hidromonitor balta.

Hidroforminq.

Holland sindromu.

Horizont.

 

Ç

 

Çən - bax: rezervuar.

Çox dərin qazma.

Çoxdibli qazma.

Çoxmərtəbəli yataq - bax: çoxdibli qazma.

Çökdürücü.

Çökmə süxurlar.

 

 



C

 

Cihaz yağları.

 

Ş

 

Şaroşkalı balta.



Şaroşkalı baltalarla qazma.

Şaxta quyusu - bax: quyu.

Şaxta lüləsi.

Şaxta üsulu ilə neftçıxarma.

Şərti yanacaq.

Şəffaf neft.

Şlam.

Şurf.

Ştanq.

Ştanqla qazma - bax: Qazma.

Ştanqsız dərinlik nasosu ilə neftçıxarma - bax: Dərinlik nasosu ilə neftçıxarma.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Sözlərin izahı

 

 



A

 

Absorbsiya edilmiş neft - içərisində qazolin olmayan və ya son dərəcə az olan neft. Təbii qazdan qazolin almaq üçün aparılan absorbsiya prosesində işlədilir.

 

Aviasiya yanacağı - təyyarələr üçün işlədilən yanacaq. Distillə etmək və tərkibində kükürdün miqdarını azaltmaq yolu ilə alınır. Bunun üçün neftin tərkibindəki bütün metkaptan (yüngül molekullardır, tərkibində kükürd atomları var) qarışıqlarını kənar edirlər. A.u.-nın rəngi şəffaf olduğu üçün, açıq rəngli neft məhsullarına aid edilir.

 

Ağ neft - bax: Kerosin.

 

Ağırlaşdırılmış məhlul - geoloji və qazma şəraiti mürəkkəb olan sahələrdə neft və qaz quyularının qazılmasında işlədilən xüsusi çəkisi artırılmış (1,2-2,5q/sm3) gilli məhlul. Normal məhlulun xüsusi çəkisi barut, hematit, limonit maqnetitli qumlar və s. ağırlaşdırıcılarla artırılır.

 

Almaz aləti - qazma baltası və süxurları kəsən alətlərin başlığına möhkəmlik vermək üçün bərkidilmiş texniki almazdan ibarət qurğu.

 

Asidol - nefti və neft distillatlarını (kerosin, solyar və yağ distillatlarını) qələvi ilə təmizləyərkən əmələ gələn tullantıların sulfat turşusu ilə parçalanmasından alınan naften turşularının qarışığı. Suda həll olmayan, tünd qəhvəyi rəngli, yağabənzər maddədir. Sənayedə asidol şpala hopdurmaq, qatranı həll etmək üçün işlədilir.

 

Asfalt, mədən qatranı -   naftoidlər qrupuna aid kövrək, amorf maddə: bitum və xırdalanmış mineral maddələrin qarışığı. Kipidarda və xloroformda həll olur. Ərimə temperaturu 50-600C-dir. Rəngi qara və qonur qaradır. Asfalt təbii və süni olur. Təbii asfalt parafinsiz neftlərin oksidləşmə məhsuludur. Süni asfalt üyüdülmüş əhəngdaşının bitumla (13-60%) qarışığıdır. Asfaltın qum, qırmadaş və çınqılla qarışığı asfalt mastikası adlanır, küçələrə, həyətlərə və s. döşəmək üçün və hidrouazovsiya materialı üçün işlədilir.

 

Asfaltenlər - neftin tərkibində olan ən irimolekullu maddələr: molekul kütlələri 1600 - 6000-dir; ağır və qatranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qatranlarına yaxındır, tərkibində 80-86% karbon, 0-9% kükürd, 1-9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli amorf maddələrdir, qızdırıldıqda ərimir, 3000C-dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar.

 

Asfaltsızlaşdırma -  neftdə, eləcə də neft məhsullarında həll olmuş asfalt və qatran maddələrinin onlardan çıxarılması. Təmizlənəcək məhsul xüsusi həlledicilərin (maye, etan, propan, butan və s.) köməyi ilə asfaltsızlaşdırılır. A. prosesindən mineral qalıq yağlarının təmizlənməsində geniş istifadə olunur. Bu proses nəticəsində sürtkü yağının üzlülüyü ilə koksun miqdarı azalır, rəngi və s. keyfiyyətləri yaxşılaşır.

 

 

B



 

Ballast sisternası - dəniz suyu ilə doldurulmuş sisterna üzən avadanlığı taraz vəziyyətdə saxlamaq üçün istifadə olunur.

 

Barja - özühərəkət etməyən gəmi. Qazma avadanlığı üçün baza rolunu oynayır. Neft və neft  məhsullarının kiçik məsafələrə ötürülməsi üçün  istifadə olunur.

 

Barrel - əksər dünya ölkələrində işlədilən tutum və həcm vahidi, 1b. 158, 99 litrə bərabərdir.

 

Benzin - quruluşlu karbohidrogenlərin qarışığı; şəffaf, əksər hallarda rəngsiz, xarakterik iyli maddədir. 30 - 2500 C - də qaynayır, -600 C - dən aşağı temperaturda donur, asanlıqla buxarlanır və tez alovlanır. Alışma temperaturu 00 C-dən aşağıdır, sıxlığı 700-780 kq/m3-dir. B. istehsalı üçün əsas xammal neftdir. Sənayedə b. aşağıdakı üsullarla alınır.

1. Neftin birbaşa distilləşməsində 160-2000C-yədək qaynayan fraksiyaları ayırmaqla;

2. Ağır neft fraksiyalarını (kerosin, qazoyl, solyar yağı, mazut və s.) krekinqləşdirməklə;

3. Neft və qaz yataqlarından çıxan qazları aşağı temperaturda sıxmaqla;

4. Ağır neft qalıqlarını və daş kömürü hidrogenləşdirməklə;

5. Kamalik riforminq üsulu ilə;

6. Su qazından ( karbon 2 oksidlə hidrogen qarışığından) sintez etməklə proses katalizatorun iştirakı ilə 180-2000 C-də aşağı təzyiqlə aparılır və alınan sintetik benzin sinti adlanır. Hazırda yüksək benzin növləri əsasən neft distilatlarının təkrar emalından alınır.

B. başlıca olaraq daxili yanma mühərriklərində yanacaq kimi işlədilir.

 

Benzin miqronlu fraksiya (nafta) - neft distillatı, benzin və ağ neftin aralıq məhsulu. Yüngül çəkili karbohidratlardan ibarət olduğundan nafta yüngül məhsul hesab edilir.

 

Benzol - S6H6 - üzvi birləşmə, ən sadə aromatik karbohidrogen. Rəngsiz, uçucu, spesifik iyli mayedir; 80,10 C - də qaynayır, 5,50C - də donur; sıxlığı 871,1 kq/M3, alışma temperaturu 10,70 C - dir.

B. kimya sənayesində ən mühüm xammal növlərindən biridir. Neftin və neft məhsullarının termik və katalitik emalı ilə alınır. B - dan müxtəlif boya, partlayıcı maddə, yüksək keyfiyyətli mühərrik yanacaqları və s. istehsalında istifadə olunur.

 

Bentonit - xüsusi təbii gil qazma məhluluna qatılır.

 

Bitum - karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə bölünür - süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində - asfalt - qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 - 3500 C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 - 2800 C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. B. adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən b.-un ümumi miqdarının 90%-i süni b. növlərinin payına düşür.

 

Bonus - mükafat xarakterli birdəfəlik ödəniş. B. mükafat xarakterli, birdəfəlik ödəniş növü olmaqla, dövlət gəlirlərinin cüzi bir hissəsini təşkil edir. Buna görə də ona müqavilədə dövlət gəlirlərinin artırılmasına yönəldilmiş əlavə müddəa kimi baxılır. B.-lar bir və ya bir neçə mərhələdə ödənilə bilər. Adətən belə mükafatlar müqavilələr imzalananda, kəşfiyyat mərhələsi başa çatanda, ilkin hasilat baş tutanda ödənilir.

 

Boru - çox vaxt halqavari, en kəsikli və nisbətən böyük uzunluğa malik içiboş məmulat.

 

Boru kəməri - qaz, maye və bərk məhsulları, o cümlədən hazır məmulatları nəql etmək üçün borulardan ibarət qurğu. Borular, qaynaq, flans, yiv, mufta və s. vasitələrlə birləşdirilir. Nəql olunan məhsulun növündən asılı olaraq qaz kəməri, və s. növləri var.

 

Boru kəməri nəqliyyatı - boru ilə maye, qazaoxşar və bərk məhsulları uzaq məsafələrə ötürən mexanizm və qurğuların məcmusu. Boru kəməri nəqliyyatına neft bazası, mədəndaxili neft və qaz məhsulu kəmərləri, su kəməri və s. daxildir. B. K. N. - nın əsas növləri ilə qaz, neft və bərk məhsullar nəql edilir. Növünə və ərazicə yerləşdirilməsinə görə magistral və sənaye B. K. N. - na ayrılır. Magistral B. K. N. - na qaz və neft kəmərləri daxildir. Belə kəmərlərlə bir qayda olaraq, məhsul çıxarıldığı yerdən emal və istehlak yerinə - zavodlara və ya dəniz limanlarına (tankerlərə yüklənib daşınmaq üçün) nəql edilir. Məhsulların daşınması üçün olan magistral kəmərlər ilə hazır neft məhsulları və s. zavodlardan istehlak rayonlarına nəql olunur.

 

Boru tutucu (daxili və xarici) - quyuda qəzaya uğramış nasos-kompressor avadanlıqlarını quyudan tutub çıxartmaq üçün nəzərdə tutulan qurğu.

 

Buruq - bax: Qazma buruğu.  

 

Butan - doymuş karbohidrogen, rəngsiz qazdır. Təbii yanar qazdan, neft emalı qazlarının butan- butilen fraksiyalarından və neft qazlarından alınır. Mühərrik yanacaqlarına qiymətli komponent kimi qarışdırılır və həmçinin butanın müxtəlif karbohidrogenlərlə qarışığından qaz- yanacaq kimi istifadə olunur.

 

 



V

 

Vazelin - neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu və ağardıcı gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.

 

Vakuum distilləsi - təmizləmə prosesi nəticəsində xammalın tərkibində qalan ağır fraksiyaları çıxartmaq və prosesi başa çatdırmaq üçün fraksiyaların vakuum şəraitində qaynadılmaqla təmizlənməsi.

 

Ventil - boru kəmərinin müəyyən bir hissəsinə maye, buxar və ya qazın daxil olmasına imkan verən axının qarşısını alan, yaxud tənzimləyən qurğu. V. sənayedə istifadə olunan boru kəmərlərində geniş tətbiq edilir.

 

Vertlyuq - Qazma borusunun daxilinə təzyiqlə vurulan qazma məhlulunun və qazın təsiri ilə hərəkət edən borunun tarazlığını saxlamaq üçün ondan asılan qurğu.

 

Vibrasiya qazması - qazma alətini titrədən (rəqs etdirən) vibrator tətbiqi ilə qazma üsulu. 20-30 metr dərinlikdəki yumşaq suxurlar bu üsulla qazılarkən alət fırladılmır (vibrator qazma borularının yuxarı ucuna bərkidilir). V.q. geoloji kəşfiyyat işlərində, dərin neft və qaz quyularının qazılmasında və s. tətbiq edilir.

 

Vurucu quyu - bax: İnjeksiya quyusu.  

 

 



Q

 

Qaz amili - hasil edilən neftlə bərabər çıxan qazın miqdarının (m3-lə) neftin miqdarına (m. və ya m3) olan nisbəti. Azərbaycan Respublikasının neft yataqlarında Q.a. orta hesabla 40-200 m3/m-a qədərdir. Bəzi yataqlarda 2000-4000 m3/m-ə çatır. Yatağın işlənməsi prosesində Q.a. azalır.

 

Qaz analizatoru - qaz qarışığının tərkibini təyin edən cihaz. Növləri: əl ilə işləyən Q.a. və avtomat Q.a. Əl ilə işləyənlərdən ən çox yayılanı absorbsiyaedici analizatorlardır. Bunlarda qaz qarışığının komponentləri bir-birinin ardınca müxtəlif reagentlərin məhlulları ilə udulur. Avtomat Q.a qaz qarışığının, yaxud onun ayrı-ayrı komponentlərinin fiziki və ya fiziki-kimyəvi xassələrini arasıkəsilmədən ölçür. Avtomat Q.a. cihazları öz iş prinsipinə görə 3 qrupa ayrılır.

 

Qaz analizi - qaz qarışığının tərkibini təyin etmək üçün tətbiq olunan kimyəvi, fiziki-kimyəvi və fiziki analiz üsulları. Qaz analizindən kimya, neft, qaz və metallurgiya sənayelərində texnoloji proseslərə nəzarət etmək, təbii qazların və sənaye qazlarının tərkibini öyrənmək, insanı zəhərləyə bilən, asan alovlanan və ya partlayış təhlükəsi olan qazların havada konsentrasiyasını təyin etmək və s. məqsədlər üçün istifadə olunur.

 

Qaz anbarı - qazın saxlanması üçün təbii, yaxud süni rezervuar. Yerüstü (bax: Qazholder) və yeraltı olur. Yeraltı Q.a. yüz mln.-larla m3 (bəzən mlrd m3) qaz tutur, onlar az təhlükəlidir və yerüstü anbarlara nisbətən ucuz başa gəlir. Yeraltı Q.a. məsaməli süxurlarda (ehtiyyatı tükənmiş qaz və neft yataqlarında, sulu laylarda) və süxur boşluqlarında (istifadəsiz qalan mədən şaxtalarında, köhnə tunellərdə, mədən lağımlarında və s.) yaradılır. Qaz məsaməli süxurlarda qaz halında, süxur boşluqlarında isə əsasən maye halında saxlanılır.

 

Qaz benzini - bax: Qazolin.

 

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə