M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   24   25   26   27   28   29   30   31   32
k-rov-M-bariz

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

Dissertasiya  işində  biznes  infrastrukturunun  inkişafının  təşkilati-iqtisadi 

mexanizminin hərtərəfli tədqiqi əsasında aşağıdakı nəticələrə gəlmək olar: 

 

Biznes  sisteminə  işgüzar  münasibətlərin  subyektləri,  biznes  infrastrukturu, 



idarəetmə  sistemi,  kontragentlərin  öyrənilməsi  (marketinq),  fəaliyyətin 

qiymətləndirilməsi (pullar) daxildir və özünün daxili inkişaf impulslarına malikdir. 

 

İnfrastruktur  -  bu  istənilən  bütöv  iqtisadi  sistemin  məcburi  komponentidir. 



Biznesin infrastrukturunun əsas elementləri aşağıdakılardır: istehsal infrastrukturu, 

bazar infrastrukturu, maliyyə infrastrukturu və informasiya infrastrukturu. 

 

İnfrastruktur  -  istənilən  bütöv  iqtisadi  sistemin  məcburi  komponentidir. 



(Ümumiyyətlə, bu söz özülü, fundamenti, daxili quruluşu ifadə edir). Kiçik biznesə 

münasibətdə infrastruktur  - işgüzar münasibətləri vasitəli ifadə edən, bu cürbəcür 

və  müxtəlif  subyektli  münasibətləri  tam  halında  birləşdirən  təşkilati-hüquqi 

formaların məcmusudur. 

 

Sahibkar,  muzdlu  işçi  və  İstehlakçılar  arasındakı  münasibətlərə  bu 



münasibətləri  yoluna  qoyan  və  adı  çəkilən  subyektlərə  işgüzar  münasibətlərini 

reallaşdırmaqda kömək edən çoxlu sayda aralıq strukturlar daxil olur. 

 

İnfrastruktur elementləri bunlardır: 



kredit sistemi və kommersiya bankları; 

emissiya sistemi və emissiya bankları; 



əmtəə, xammal, fond və valyuta birjalarının təşkilati vasitəçiliyi; 

auksion, yarmarka və biıj adan kənar vasitəçiliyin başqa formaları; 



əhalinin məşğulluğunun tənzimlənməsi sistemi; 

informasiya texnologiyaları və işçi kommunikasiya vasitələri; 



vergi sistemi, 

kommersiya,  təsərrüfat  riskinin  sığortası  və  sığorta  şirkətləri  (dövlət  və 



qeyri-dövlət); 

xüsusi  reklam  və  informasiya  agentlikləri,  kütləvi  informasiya  vasitələri 



(KİV-ləri); 

ticarət  palataları,  digər  ictimai  və  işçi  aidələrin  könüllü  dövlət-ictimai 




79 

birlikləri; 

gömrük sistemi, 



muzdla işləyən peşəkar birliklər; 

kommersiya sərgi kompleksləri; 



ali və orta iqtisadi təhsil sistemi; 

məsləhət (konsaltinq) şirkətləri, 



auditor şirkətləri; 

işgüzar  fəaliyyətin  stimullaşdırılması  üçün  nəzərdə  tutulmuş  ictimai  və 



dövlət ictimai fondları, 

xüsusi azad sahibkarlıq zonaları. 



 

İnfrastruktur  nəinki  işgüzar  münasibətləri  təşkil  edir  və  onların 

iştirakçılarının  maraqlarının  reallaşmasını  asanlaşdırır,  həm  də  müxtəlif  iqtisadi 

subyektlərin  ixtisaslaşmasını,  onlar  tərəfindən  doldurulan  bazar  “nişi”nin 

diferensiallaşdırılması əsasında işin operativliyi və səmərəliliyinin yüksəldilməsini 

təmin  edir,  hüquqi  və  ekoloji  nəzarəti,  iş  təcrübəsinin  dövlət  və  ictimai 

tənzimlənməsini sadələşdirir. 

 

Biznes infrastrukturunun birbaşa və dolayı iştirakçıları mövcuddur. Onların 



hər birinin öz rolu vardır və tədqiqatda onların hamısına toxunulmuşdur 

Bazara  keçid  dövrünü,  məlum  olduğu  kimi,  dünya  ölkələrinin  əksəriyyəti 

yaşadı.  Azərbaycan  da  həmçinin  bazara keçid vəziyyətindədir.  Keçid dövrü  – bu 

statistika  deyil,  dinamika,  prosesdir.  Bazara  keçid  dövrü,  proses  kimi,  uzun  illər 

davam edəcək. O bir neçə mərhələdə həyata keçirilə bilər. Formalaşma və müasir 

bazar  infrastrukturunun  inkişafı  keçid  dövrünün  ən  məsuliyyətli,  zəhmətli  və 

kapital tutumlu mərhələsidir. Müəssisələrin və sahibkarlığın inkişafı Azərbaycanın 

iqtisadi artımı Azərbaycanın ən dərin iqtisadi böhran vəziyyətindən çıxması üçün 

həlledici mənaya malikdir. Təəssüf ki, bu gün sahibkarlar öz fəaliyyətində müxtəlif 

problemlərlə və çətinliklərlə daim rastlaşırlar. Buna görə də, lazımi infrastrukturun 

qurulması inkişafı təmin edə bilər.  

İşdə  öyrənilən  və  gəlinən  nəticələrə  əsasən  aşağıdakı  təkliflərin  irəli 

sürülməsini məqsədəuyğun hesab edirəm: 



80 

İlk  növbədə  elmin  texnologiyanın  inkişaf  etdiyi  bir  dövrdə  yeni 



innovasiyalı  biznes-layihələrin  hazırlanması  və  bunun  üçün  müvafiq  dövlət  və 

müvafiq  təşkilatlar  tərəfindən  maliyyə  dəstəyinin  verilməsi  infrastrukturunun 

təkmilləşdirilməsinə kömək edə bilər 

İnfrastruktur  layihələrinə  investisiyaların  qoyulmasının  artırılması 



məqsədilə  mövcud  problemlərin  araşdırılması  və  həll  edilməsi  ilə  bağlı  əlaqədar 

qurumların  fəaliyyətinin  stimullaşdırılmasını  və  səmərəliliyini  təmin  etmək. 

Bununla  bağlı  olaraq,  səlahiyyətlərin  bölgüsünə,  səlahiyyətdən  istifadənin 

məhsuldarlığına  və  idarəetmənin  işinin  ölçülməsinə  nəzarəti  təşkil  etmək  fayda 

verə bilər.  

Dövlətin  maliyyə  imkanlarının  və  ya  dəstəyinin  cəlb  olunması 



mexanizmlərinin  təkmilləşdirilməsi  infrastrukturun  səmərəli  təşkil  edilməsinə 

şərait yarada bilər 

Analoji  tətbiqlər  və  ya  layihələrin  icrası  ilə  məşğul  olmuş  xarici 



ölkələrin  təcrübəsindən  faydalanmaq  da  infrastrukturun  təşkilati-iqtisadi 

mexanizminin inkişafına təkan verə bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


81 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin