M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
k-rov-M-bariz

Cədvəl 3.1.  

Azərbaycanın kredit hesabatlığı indeksi üzrə reytinqi 

  İl 

 Ümumi


reytinq 

 Qanunveric

iliyin 

qüvvəsi 


(0-12) 

 Kredit 


məlumatlarının 

genişliyi 

(0-8) 

 Kredit reyestrinin 



əhatə aidəsi (18 

yaşdan yuxarı 

əhali üzrə %-lə) 

Kredit büronun əhatə 

aidəsi (18 yaşdan 

yuxarı əhali üzrə %-lə) 

2012 


48 

5* 


15.6 


2013 


53 

5* 


17.7 


2014 


55 



23 

2015 



105 



28.7 

2016 



109 



33.6 

* Qeyd: 2014-cü ildə qiymətləndirmə metodologiyasında dəyişiklik edilmiş,  



parametrlərin sayı 10-dan 12-yə qaldırılmışdır. [58] 

 

Cədvəldən  göründüyü  kimi,  kredit  reyestrinin  əhatə  aidəsinin 



genişlənməsinə,  toplanan  kredit  məlumatlarının  çeşidinin  artmasına  baxmayaraq, 


63 

kredit büronun mövcud olmaması səbəbindən ölkəmiz müvafiq kateqoriya üzrə hər 

il geriləmişdir. Müqayisə üçün Avropa və Mərkəzi Asiya regionu, eləcə də İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  (İƏİT)  yüksək  gəlirli  ölkələri  müvafiq 

göstəricilərə nəzər salaq: 

 

 

 

Cədvəl 3.2.  

Kredit hesabatlığı indeksi üzrə ölkəmizin digər regionalarla müqayisəsi 



 İndikator 

 Azərbaycan  Avropa və Mərkəzi Asiya 

 İ.Ə.İ.T 

Qanunvericiliyin qüvvəsi 

6.2 


Kredit məlumatlarının genişliyi 

6.3 


6.5 

Kredit reyestrinin əhatə aidəsi 

33.6 

23.8 


11.9 

Kredit büronun əhatə aidəsi 

37.4 


66.7 

Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.84 

 

Daha öncə qeyd edildiyi kimi, kredit büronun fəaliyyətini şərtləndirən əsas 



amil  kredit  bürolarının  fəaliyyətini  tənzimləyən  qanunun  mövcudluğudur. 

Ölkəmizdə  “Kredit  büroları  haqqında”  Qanun  layihəsi  uzun  müddətdir  ki, 

Beynəlxalq 

Maliyyə 


Korporasiyasının 

ekspertləri 

ilə 

birgə 


işlənib 

hazırlanmaqdadır.  Müvafiq  qanunun  qəbul  edilməsindən  sonra  ölkəyə  bu  sahədə 

ixtisaslaşmış  şirkətlərin  maraq  göstərəcəyi  şübhəsizdir.  Cənubi  Qafqaz  və  Orta 

Asiya  regionunda  hal-hazırda  da  fəaliyyət  göstərən  və  bu  bölgənin  iqtisadi  iqlimi 

və  biznes  mühiti  ilə  yaxından  tanış  olan  bir  sıra  qabaqcıl  kredit  büroları  üçün 

Azərbaycan  bazarı  daha  cəlbedici  sayıla  bilər.  Çünki,  Azərbaycan  iqtisadiyyatı 

ümumilikdə  Cənubi  Qafqaz  iqtisadiyyatının 68%-ni  təşkil  edir.  Region 

iqtisadiyyatına  məcmu  kredit  qoyuluşunda  isə  ölkəmizin  payı  55%-dir.  Bununla 

yanaşı,  Asiya  İnkişaf  Bankı  2017-ci  ildə  ölkəmizin  də  daxil  olduğu  regionda 

ümumi  daxili  məhsulun  cari  hesabat  ilinə  nisbətdə  artaraq  2,8%,  inflasiya 

səviyyəsinin isə mövcud 10,8%-dən azalaraq 5,9% olacağını proqnozlaşdırır ki, bu 



64 

da regionda biznes subyektlərinin rentabelli və effektiv fəaliyyət göstərməsi üçün 

münbit şərait deməkdir[58]. 

AR.  Prezidentinin  13  İyul,  2016  tarixli  sərəncamı  ilə  ölkənin  biznes  və 

investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini 

daha  da  artırmaq,  sahibkarlıq  sahəsində  son  illərdə  nail olunmuş  sürətli  inkişafın 

davamlığını  təmin  etmək  və  rəqabət  qabiliyyətini  möhkəmləndirməklə,  biznes 

mühitinin  yaxşılaşdırılması  üçün  Komissiya  yaradılmışdır.  Komissiyanın 

yaradılma  məqsədi  göstərilmiş  hədəflərə  nail  olmaqdan  ötrü  dövlət  tərəfindən 

ardıcıl  şəkildə  dövlət-sahibkar  əlaqələrinin  inkişaf  etdirilməsi,  sahibkarlıq 

fəaliyyətinə  qeyri-qanuni  müdaxilələrin  və  süni  yaradılan  maneələrin  aradan 

qaldırılması,  rəqabət  qabiliyyətliyinin,  ixrac  imkanlarının  genişlənməsi, 

sahibkarlara  dövlətin  dəstəyi  və  təşviqetmə  mexanizmlərinin  formalaşdırılması, 

eləcə də beynəlxalq standartlara müvafiq elektron dövlət xidmətlərin göstərilməsi 

sahəsində kompleks tədbirlərin həyata keçirilməsidir.  

 AR  Prezidentinin  15  İyul,  2016-cı  il  tarixli  fərmanı  əsasında  ölkənin 

makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının 

təmin  edilməsi,  bu  sahədə  koordinasiya  olunmuş  siyasətin  həyata  keçirilməsi, 

habelə  səmərəli  tənzimləmə  və  hüquqtətbiqetmə  praktikasına  nail  olunması,  o 

cümlədən  makroiqtisadi  və  maliyyə  sabitliyinin  təmin  edilməsi  məqsədilə  AR 

Maliyyə  Sabitliyi  Şurası  yaradılmışdır.  Maliyyə  və  fiskal  siyasətlərin 

uzlaşdırılması  üçün  daha  çevik  vahid  plaforma  yaratmaq  məqsədilə  şuranın 

tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri 

daxil  edilib.  Maliyyə  Sabitliyi  Şurası bütün  resursları  mobilizasiya  edərək  makro 

çərçivəni  daha  dəqiq  müəyyənləşdirməyə,  həmçinin  fiskal  və  maliyyə 

siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır [48]. 

• 

Biznesdə 



dövlət 

tənzimləməsi 

mexanizmlərinin 

səmərəliliyinin 

yüksəldilməsi,  vergi-gömrük  idarəetməsində  keyfiyyətin    göstəricilərinin  daha  da 

artırılması,  bazara  daxil  olmaq  istisnalarının  ən  aşağı  səviyyəyə  endirilməsi, 

bununla  yanaşı,  azad  rəqabət  şəraitinin  təmin  olunması  biznes  mühitinin 

təkmilləşdirilməsinə  şərait  yaradacaqdır.  Eyni  zamanda,  dövlət  sahəsində 




65 

kommersiya  fəaliyyətini  (maliyyə  xidmətləri,  nəqliyyat,  rabitə,  sənaye  və 

s.xidmətlərin) 

məhdudlaşdırılması 

ilə 

özəl 


təşəbbüskarlığa 

imkanları 

genişləndirmək vacib əhəmiyyət daşıyır. 

Yeni  artım  yanaşmasında  maliyyələşmə  mənbələrini  genişləndirmə 

islahatlarının  gündəliyində  olan  ən  vacib  məsələlərdən  biridir.  Birinci  növbədə, 

özəl  və  dövlət  sektorda  maliyyələşmə  mənbələrinin  perspektivlərini 

dəqiqləşdirməyə, xaricdən sərmayə qoyuluşlarının ciddi  olaraq təşviq olunmasına 

ehtiyac var. 

• 

Dövlət  maliyyələşdirməsi.  Birinci  növbədə,  vacib  olan  inkişaf  sahələri 



müəyyən  edilməlidir.  Bundan  sonar  isə  bu  sahələrə  Sahibkarlığa  Kömək  Milli 

Fondunun  və  başqa  maliyyə  mərkəzlərinin  pul  vəsaitləri  hesabına  sektoral 

kreditləşməni həyata keçirmək mümkündür. 

• 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin