M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
k-rov-M-bariz

Cədvəl 2.3. 

İqtisadiyyata yönəldilən sərmayələr 

 

2012 



2013 

2014 

2015 

2016 

Bütün sahelər üzrə sərmayə yatırımları (xaricdən olan sərmayələr də nəzərə 

alınmaqla): 

 

milyon (mlyn.) manat 



20251,1  21448,2 

21890,6  20057,4 

22868,5 

milyon dollar 

25777,8  27340,0 

27907,5  19547,2 

14329,5 

Xarici investisiyalar: 

  

  



     

  

mlyn.manat 



8102,7 

8269,3 


9175,7  10998,9 

16216,1 


mlyn.dollar 

10314,0  10540,9 

11697,7  10719,1 

10161,1 


Daxili investisiyalar: 

  

  



     

  

mlyn.manat 



12148,4  13178,9 

12715,0 


9058,5 

6652,4 


mlyn.dollar 

15463,8  16799,1 

16209,8 

8828,1 


4168,4 

 

Mənbə: http://www.stat.gov.az/source/finance/ 

 

Cədvəldən  göründüyü  kimi,  iqtisadiyyata  yönəldilən  xarici  investisiyalar 



2012-ci  ildə  8102,7  mlyn  manat  təşkil  etmiş,  2016-cı  ildə  rəqəm  iki  dəfə  artaraq 

16216,1 mlyn manat təşkil etmişdir. Daxili investisiyalar isə 2012-ci ildə 12148,4 




50 

mlyn.manat  təşkil  etdiyi  halda,  2016-cı  ildə  iki  dəfə  azalaraq  6652,4  mlyn.manat 

olmuşdur. 2012-2016-cı illərdə xarici investisiyaların ildən-ilə artdığını müşahidə 

etsək də, bu illərdə daxili investisiyaların ildən-ilə azaldığını görə bilərik.  

Maliyyə  bazarlarının  mövcud  olmasının  əsas  tələbi  o  ölkədə  bir  qrup 

insanların  qənaət  formasinda  fond  yığımı  üçün,  başqa  bir  qrup  insanların  isə  bu 

fondların  tələbində  meyilli  olmasıdır.  Təbii  ki,  yığılan  fondlar  istehlak  mallarına 

investisiya edilməyib və ya başqa məqsədlə xərclənməyib birbaşa maliyyə bazarına 

yönəldilirsə,  bu  fondlara  ehtiyac  duyan  şəxslər  isə  yalnız  maliyyə  bazarına 

müraciət edərsə, maliyyə bazarının mövcudluğu mümkün olacaqdır [13, 78]. 

Maliyyə  bazarları  -  maliyyə  münasibətləri  sferasında  alqı-satqı 

münasibətlərinin  məcmusudur.  Başqa  sözlə,  pul  vəsaitlərinin  iqtisadi 

münasibətlərin  iştirakçıları  arasında  bölgüsünü  təmin  edən  bazar  maliyyə  bazarı 

adlanır. 

Bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf  edən  əksər  dövlətlərdə  əmtəə  bazarı 

infrastrukturunun  spesifik  xüsusiyyəti  bu  bazarda  qeyri  -  mərkəzləşdirmə 

prinsipinə  əsaslanan ayrı-ayrı müstəqil təsərrüfat subyektlərinin fəaliyyətini dövlət 

idarəçiliyi  ilə  üzvü    əlaqələndirməkdən  ibarətdir.  Bu  yolla  inkişaf  edən  ölkələrin 

təcrübəsi  göstərir  ki,  məhz  milli  iqtisadiyyatın  inkişaf  etdirilməsi  və  dünya 

təsərrüfat  sistemilə  əlaqələrin  genişləndirilməsi  üçün  bazar  münasibətləri  istehsal 

və  məhsul  mübadiləsi  sferasının  dövlət  tərəfindən  iqtisadi  və  hüquqi  metodlarla 

tənzimlənməsini  tələb  edir.  İqtisadi  münasibətlərin  tənzimlənməsinə  dövlətin 

müdaxiləsi  başlıca  olaraq  iki  mühüm  obyektiv  zəruriyyətlə  bağlıdır.  Birincisi, 

logistik  sistemin  iştirakçılarının,  o  cümlədən  istehsalçılar,  məhsulgöndərənlər  və 

vasitəçilərin əsas məqsədi logistik əməliyyatların yerinə  yetirilməsi ilə bağlı bütün 

tələbləri  tam  və  dolğun  ödəmək,  habelə  keyfiyyətli  və  etibarlı  xidmət 

göstərməkdən  ibarət  olduğundan  onlar  üçün  əlverişli  iqtisadi  mühit 

formalaşdırmalıdır.  İkincisi,  dövlət  idarəetmə  orqanları  logistik  sistemin 

iştirakçıları arasında və eləcə də bu sistemin iştirakçıları ilə özü arasındakı iqtisadi 

münasibətlərdə  «oyun  qaydalarını»  müəyyənləşdirməli  və  ümumi  maraqların 

qorunmasını təmin etməlidir.  



51 

Dolayı idarəetmə metodları isə əmtəə bazarının infrastrukturunun inkişafını, 

informasiya  axınlarının  əlaqələndirilməsini,  innovasiya  siyasətinin  hazırlanmasını 

və  onun  səmərəliliyinə  nail  olunmasını,  habelə  logistik  sistemlərdə  inteqrasiya 

proseslərinin  gücləndirilməsini  nəzərdə  tutur.  Bu  zaman    yeni  logistik  sistemlərə 

xidmətin  yaxşılaşdırılması  üçün  indikativ  idarəetmə  metodlarından  da  istifadə 

olunur.  İstər  məsləhət,  istərsə  də  birbaşa  və  dolayı  idarəetmə  metodlarından 

istifadə  zamanı  dövlətin  əsas  məqsədi    logistik  sistemin  bütün  iştirakçılarının 

normal  fəaliyyət  göstərmələri  üçün  normativ-hüquqi  baza  yaratmaq  və  bu  əsasda 

əlverişli  iqtisadi  mühit  formalaşdırmaqdan  ibarətdir.  Daha  doğrusu,  əlverişli  

iqtisadi  şəraitin  yaradılması  və  onun  inkişaf  etdirilməsi  dövlətin  tənzimləmə  

vasitələri  hesabına  həyata  keçirilir.  

Bazar  iqtisadiyyatı  şəraitində  biznes  infrastruturunun  ən  vacib  element-

lərindən  biri  sığorta  kompaniyalarıdır.  Sığorta  bazarı    maliyyə  -  pul  münasi-

bətlərinin xüsusi bir bölməsidir. Dünya ölkələrində dövlət, səhmdar və özəl sığorta 

şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətinin təminatçısıdırlar. Bəhs edilən 

şirkətlərin  ən  əsas  vəzifələri,  sığorta  fondundan  verilən  ödənişlər  hesabına 

təsərrüfat subyektlərinə dəymiş ziyanın  bir qismini və ya tamını ödəməkdən, belə-

liklə  də,  iqtisadiyyatın  normal  fəaliyyəti  üçün  zəruri  sabitliyi  təmin  etməkdən 

ibarətdir.  Biznes  infrastrukturunda  reklam  şirkətləri  mühüm  rol  oynayır.  Bazar 

iqtisadiyyatı  şəraitində  reklam  istehsalçı  və  istehlakçı  arasında  mühüm  əlaqə 

vasitəsi  olub,  həm  istehlak

I

,  həm  də  istehsal



I

  nəinki  kortəbiilikdən  uzaqlaşdırır, 

həm də onları bir-birini üzvi sürətdə əlaqələndirir. Azərbayjanda sah

I

bkarlar üçün 



reklam  sferasında  xidmətinin  yaradılmas

I

nı  rəhbər  tutaraq  1997-ci  ildə  «  Reklam 



haqqında  »  ərsəyə  gətirildi.  Bu  qanunun  qəbul  olunmasından  sonra  reklam 

bazarının  formalaşması  prosesi  başladı.  Sayları  100  -dən  çox  reklam  reklam 

agenltiyi  və  sirkəti  fəaliyyət  göstərir  ki,  onların  da  get-gedə  qazandığı  reklam 

xidmətinin həcmi artır [14, 27]. 

İnnovasiya  bazarı  -  istehsalın  səmərəliliyinin  və  rəqabət  qabiliyyətli 

olmasının  asılı  olduğu  mühüm  iqtisadi  ehtiyatdır.  Burada  alqı-satqı  obyekti  kimi 

texniki  və  sosial-iqtisadi  yeniliklər,  səmərələşdirici  təkliflər  və  icadlar,  patentlər, 



52 

texnoloji yeniləşdirmələr çıxış edirlər. Bəzən bütün bu obyektləri vahid “nou-xau” 

adı  altında  birləşdirirlər,  daha  doğrusu,  elmi-texniki  tərəqqinin  nailiyyəti  hesab 

edirlər.  İnnovasiya  -  həm  məzmununa,  həm  dəyərinə,  həm  də  mülkiyyətin 

xarakterinə görə xüsusi əmtəədir ki, bu da innovasiya bazarının fəaliyyət üsulunda 

və zonasında öz əksini qoyur. 

İnvestisiya  bazarı  -  xalq  təsərrüfatının  müxtəlif  sahələrinə  uzunmüddətli 

vəsait  qoyuluşu  formasında  reallaşdırılan  məsrəflərin  məcmusudur.  İnvestisiyalar 

dövlət,  xüsusi  müəssisələr,  eləcə  də  xarici  investorlar  tərəfindən  həyata  keçirilir. 

Ancaq burada dövlət maraqlarının təmin olunması baxımından əsas məsələ kapital 

qoyuluşunun  prioritet  istiqamətlərinin  müəyyən  olunmasıdır.  Odur  ki,  belə  bir 

vacib  məsələdə  dövlətin  investisiya  siyasətinin  əsasını  təşkil  edən  hərtərəfli 

işlənmiş proqramı olmalıdır. 

İnformasiya bazarı - xüsusi bazardır. Burada əmtəə kimi spesifik bir məhsul 

olan informasiya çıxış edir. 

Reklam  bazarı  - bazar  iqtisadiyyatı şəraitində  mühüm  rol  oynayır.  Belə ki, 

reklam-  əmtəə  və  xidmətlərin  reallaşdırmaq  və  onlara  tələb  yaratmaq  məqsədilə 

istehlak xassələri haqqında informasiyadır. 

Qiymətləndirmə  bazarı.  Müasir  şəraitdə  qiymətləndirmə  bazarının  rolu  və 

əhəmiyyəti  artır.  Ona  görə  də  dövlət qiymətləndirmə  xidmətinə  alternativ  olaraq, 

yeni  kompaniyalar,  firmalar  və  digər  strukturlar  meydana  çıxır.  Bu  strukturların 

rolu  hal-hazırda  müəssisələrin  səhmləşdirilməsi  və  özəlləşdirilməsi  zamanı 

meydana çıxır. 

Konsaltinq  bazarı.  Onu  tez-tez  konsaltinq  menecmenti  və  ya  idarəetmə 

məsləhətləşməsi  də  adlandırırlar.  O, bazar  infrastrukturunun vacib  elementidir və 

onun intensiv inkişafından bütövlükdə iqtisadiyyatın vəziyyəti asılıdır. Konsaltinq 

xidməti  bazarı  tutumlu  və  müxtəlif  istiqamətlidir.  Azərbaycanda  hələlik  o  tam 

formalaşmamışdır [5, 178]. 

 Daşınmaz  əmlak  bazarı  hüquqi  və  ya  fiziki  şəxslərin  əmlakları  üzərində 

hüququnun  aktivlər  yaxud  pul  ilə  dəyişməsini  təmin  edən  bir  sistemdi.  Məhz  bu 

bazar sərmayələr bazarının tərkib hisəssi olmaqla bərabər, onun maliyə sərmayələri 



53 

bölməsi ilə yaxın əlaqədə fəaliyyət göstərir və həqiqi bölməsini təmsil edir. 

Aşağıda  daşınmaz  əmlak  bazarı  qarşısında  duran  əsas  öhdəliklər 

göstərilmişdir: 

 

iqtisadiyyat



I

n effektiv fəaliyyətinin təmin edilməsi; 

 

maliyyə axının iqtisadiyyatın daha əlverişli sferalarına yönləndirilməsi; 



 

ölkənin iqtisadiyyatının struktur cəhətdən yenidən qurulması;  

 

inflyasiya  proseslərinin  qarşısının  alınması  (sərbəst  kapitalların  toplanması  üsulu 



ilə)  

 

daşınmaz əmlak üçün bazarın tələbinin ödənilməsi. 



Daşınmaz  əmlak  bazarında  satılmış  əmtələrin  özünə  məxsus  xüsusiyyətləri 

onu digər bir satış bazarlarından nəzərə çarpacaq dərəcədə fərqləndirir və aşağıdakı 

xüsusiyyətləri özündə birləşdirir: 

1. 


Daşınmaz  əmlak  bazarı  üçün  çıxarılan  istənilən  əmtəə  vahidinin 

özünəməxsus  xüsusiyyətləri  vardır  və  onlar  müxtəlif  istehlakçı  qruplarına 

faydalılıq cəhətdən təkrarolunmazdır.  

2. 


Daşınmaz əmlakda müəyyən coğrafi ərazi ilə bağlılıq nəticəsində alış-

satış  proseduru  müqavilə  predmetinin  göndərilməsiylə  deyil,  daşınmaz  əmlak 

hüquqların verilməsnin dövlət reyestrində qeydiyyatı ilə yekunlaşır. 

3. 


Daşınmaz əmlak bazarı insanların qarşılıqlı münasibətlərinə və həyat 

tərzinə,  böyük  təsir  göstərdiyi  üçün  dövlət,  eləcə  də  bələdiyyələr  tərəfindən  ciddi 

şəkildə tənzimlənir. 

4. 


 Bu  bazar  üçün  çıxarılmış  hər  bir  alış-satış  obyektinin  əvəzolunmaz 

xüsusiyyətlərinin  olması  alıcıların  qarşısında  bir  çox  problemlər  yaradır.  Onlar 

danışıqlar  aparılması  prosesinə,  lazımi  obyektin  tapılmasına,  alış-satış 

müqavilələrinin bağlanılmasına  və  rəsmiləşdirilmə  əməliyatlarına xeyli  zaman  və  

maliyyə  vəsaiti  sərf  edirlər,  bu  axtarışlar  üçün  aradakı  vasitəçiləri  cəlb  etməyə 

məcbur olurlar. 

5. 

 Daşınmaz əmlak bazarı özəlləşdirilmişdir, bu o deməkdir ki, bazarın 



hər bir iştirakçısının hərəkəti qiymətlərin sürətlə dəyişməsi ilə yanaşı bazarın tələb 

və təklif arasındakı tarazlığın pozulması, ilə yekunlaşa bilər. 




54 

6. 


Daşınmaz  əmlak  bazarı  obyektlərin  coğrafi  yerləşməsi,  təyinatı, 

keyfiyyəti,  qiyməti,  mülkiyyət  hüquqlarının  tipinə,  investisiya  məqsədlərinə  görə 

sahələrə bölünmüşdür. 

7. 


Daşınmaz  əmlak  bazarı  həm  də  xarici  amillərin  təsirinə  daha  çox 

həssas olur. 

8. 

 Daşınmaz  əmlak  bazarıni  iqtisadiyyatın  başqa  sahələri  ilə  müqayisə 



edikdə zəif təşkilatlanma səviyyəsinə və effetivliyinə malikdir olunmasını görürük. 

9. 


 Daşınmaz  əmlak  bazarının  vacib  xüsusiyyətlərindən  biri  də  onun 

inkişaf  dövrünün  və  sənaye  inkişaf  dövrü  ilə  eyni  vaxta  düşməməsi,  kapital 

bazarının bu inkişafa güclü təsiri amilidir. 

10. 


 Daşınmaz  əmlak  bazarında  təklif  edilən  əmtəənin  xüsusiyyətləri 

bazarın iştirakçılarından, hadisələri doğru qiymətləndirmək və zamanında nəticələr 

çıxartmaq qabiliyyəti, texnikanın, iqtisadiyyatın müxtəlif sahələrinə aid dərin bilik, 

insanlarla ünsiyyət qurmaq  sahəsində məharəti tələb edir[26, 146].  

«Lizinq» termini AR.da da iqtisadi leksikona daxil edilmişdir. Lakin indiyə 

kimi bizim ölkədə sözün həqiqi mənasında daxili lizinq bazarı formalaşmamışdır. 

Hal-hazırda  belə  bazar  formalaşma  prosesindədir,  yaranmaqdadır.  Buna  görə  də 

AR.da  yalnız  formalaşmaqda  olan  lizinq  bazarı  haqqında  danışmaq  olar.  AR.da 

daxili  lizinq  xidmətləri  bazarının  tam  formalaşması  barədə  fikir  söyləmək  hesab 

edirik ki, hələ tezdir. Məsələ burasındadır ki, lizinqin inkişaf tempi AR.da yüksək 

səviyyədə  deyil.  Düzdür,  AR.da  lizinq  fəaliyyətinin  həyata  keçirilməsinə,  başqa 

sözlə,  lizinq  əməliyyatının  aparılmasına  icazə  verilir.  Lizinq  münasibətlərinin 

normativ-hüquqi bazası da yaradılmışdır. Belə ki, AR.nın hal-hazırda qüvvədə olan 

və  ölkənin  ikinci  Konstitusiyası  (İqtisadi  Konstitusiyası)  hesab  olunan  Mülki 

Məcəllə  lizinq  münasibətlərinin  normativ-hüquqi  bazası  sayılır.  Burada  lizinq 

barədə  kifayət  qədər  maddələr  vardır  ki,  respublikamızda  lizinq  münasibətləri 

həmin maddələrlə tənzimlənir. 

 

 



 


55 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin