M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»


Biznes infrastrukturunun dolayı iştirakçıları



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
k-rov-M-bariz

2.2. Biznes infrastrukturunun dolayı iştirakçıları 

Bir  qayda  olaraq,  bazar  infrastrukturunun  inkişafı  üçün  şəraitlərin 

yaradılması bir çox hallarda dövlətdən asılıdır. Dövlət bazar mexanizminə xas olan 

və  bazarın  öhdəsindən  gələ  bilmədiyi  hallarda  “natamamlığı”  aradan  qaldırmaq 

məqsədilə mövcuddur. Dövlət, effektiv rəqabətin təmin olunması, monopoliyaların 

məhdudlaşdırılması  üçün  sahibkarlara  rəqabət  üçün  bərabər  şərait  yaramaq 

məsuliyyətini  öz  üzərinə  götürür.  O  həmçinin  ictimai  malların  və  xidmətlərin 

kifayət qədər istehsal olunması qayğısına qalır, belə ki bazar mexanizm insanların 

kollektiv tələbatlarının lazımınca ödəyə bilmir.  

Dövlətin iqtisadi həyatda iştirakı həm də onunla izah olunur ki, bazar gəlirin 

sosial  ədalət  prinsipinə  uyğun  bölünməsini  təmin  etmir.  Dövlət  əlillərin, 

aztəminatlıların,  qocaların  qayğısına  qalmalıdır.  Həmçinin  fundamental  elmi 

araşdırmalar  sahəsi  də  dövlətə  məxsusdur.  Bu  ona  görə  lazımdır  ki,  sahibkarlar 

üçün bu çox riskli, son dərəcə bahadır və bir qayda olar sürətli gəlir vermir. Bazar 

əmək  hüququna  zəmanət  vermədiyi  üçün  dövlət  əmək  bazarını  nizamlamalı, 

işsizliyin azaldılması tədbirləri görməlidir [23, 147].  

Bütövlükdə  dövlət  vətəndaş  cəmiyyətinin  siyasi  və  sosial-iqtisadi 

prinsiplərini  həyata  keçirir.  O  makroiqtisadi  bazar  proseslərinin  formalaşmasında 

aktiv iştirak edir. Bazar iqtisadiyyatında dövlətin rolu aşağıdakı vacib funksiyalar 

vasitəsilə özünü göstərir: 

a)   iqtisadi  qərarların  qəbulu  üçün  hüquqi  əsasın  yaradılması.  Dövlət  sahibkar 

fəaliyyətini nizama salan qanunlar hazırlayır və qəbul edir, vətəndaşların hüquq və 




39 

vəzifələrini müəyyən edir; 

b)  iqtisadiyyatın sabitləşməsi. Hökumət qiymət səviyyəsini və milli məzənnəni  sabit 

saxlayaraq  istehsalatın  aşağı  düşməsinin  öhdəsindən  gəlmək,    inflyasiyanın 

düzəldilməsi,  işsizliyin azalması üçün üçün büdcə-vergi və kredit-pul siyasətindən 

istifadə edir; 

c)  resursların sosial yönümlü bölgüsü. Dövlət özəl sektorun məşğul olmadığı malların 

və xidmətlərin istehsalını təşkil edir. O kənd təsərrüfatı, rabitə, nəqliyyatın inkişafı 

üçün şərait yaradır, müdafiə, elm xərclərini müəyyən edir, təhsilin, səhiyyənin və s. 

inkişaf proqramlarını formalaşdırır; 

d)  sosial  müdafiənin və sosial zəmanətin təmin  olunması. Dövlət  minimum 

əmək haqqı,  qocalığa, əlilliyə görə pensiyalara,  işsizlik müavinəti, aztəminatlılara 

müxtəlif növ kömək və s. zəmanət verir. Bu baxımdan dövlətin müvafiq qurumları 

biznes infrastrukturunun dolayı iştirakçıları hesab olunurlar.  

Biznes  infrastrukturunda  onun  fəaliyyət  göstərməsi  üçün  şərait  yaradan 

qurumlar, daha doğrusu, dolayı iştirakçılar dedikdə, aşağıdakıları nəzərdə tuturuq: 

[1, 29] 

- Milli Məclis; 

- Nazilər Kabineti

- İqtisadi İnkişaf Nazirliyi

- Maliyyə Nazirliyi 

- Vergilər Nazirliyi; 

- Dövlət Statistika Komitəsi

- Qiymətli Kağızlar üzrə Komitə; 

- Auditorlar Palatası; 

- Hesablama Palatası; 

- Ticarət-Sənaye Palatası; 

- Müxtəlif peşəkar cəmiyyətlər və fondlar

- Elmlər Akademiyası; 

- Sahə elmi-tədqiqat institutları. 




40 

Maliyyə  nəzarətindən  sonra  nəzarətin  həyata  keçirilməsinə  olan  tələbat 

bütün  dünyada  olduğu  kimi  Azərbaycanda  da  artmağa  başlamışdır  (Bayramov, 

2009:  335).  Nəzarət,  hər  şeydən  əvvəl  müstəqil  olduğu  üçün  nəzarətlə  bağlı 

tərəflərin  heç  bir  təzyiqi  olmadan  müəssisələrdə  maliyyə  əməliyyatlarının 

etibarlılığının  obyektiv  təsbitinə  və  bu  əsasda  maliyyə  şəffaflığın  təmin 

olunmasına,  tərəflər  arasında  münasibətlərin  düzgün  şəkildə  qurulmasına  imkan 

verir.  Buna  görə  də,  cəmiyyətdə  peşəkar  nəzarətə  tələbat  gündən-günə  artır.  Bir 

tərəfdən  sahibkarlıq  və  kapital  bazarının  özünü  tənzimləmə  meylinin  inkişafı, 

tərəflər  arasında  qarşılıqlı  etimada  əsaslanan  maliyyə  əlaqələrinin  yaradılması 

zərurəti,  digər  tərəfdən  də  dövlətin  nəzarətinə  olan  yönümü  əhəmiyyət 

qazanmışdır. 

Biznes  infrastrukturunun  dolayı  iştirakçılarından  bir  neçəsinin  fəaliyyətinə 

nəzər salaq.  

AR 

Nazirlər 



Kabineti 

AR.nın 


Prezidenti  tərəfindən  onun  icra 

səlahiyyətlərinin  həyata  keçirilməsi  məqsədilə  yaradılan,  öz  fəaliyyətlərində 

birbaşa  Prezidentə  tabe  olan  və  onun qarşısında  məsul  olan,  iş  qaydası  Prezident 

tərəfindən  aydınlaşan  ali  icra  hakimiyyəti  orqanıdır  və  buna  görə  də  biznes 

infrastrukturunun dolayı iştirakçısı kimi çıxış edir [52]. 

 Nazirlər  Kabinetiniə  AR.nın  Baş  Naziri,  onun  muavinləri,  mərkəzi  icra 

hakimıyyəti orqanlarının rəhbərləri və nazirlər daxildir. Onun iclaslarına bir qayda 

olaraq  Baş  Nazir  rəhbərlik  edir.  Baş  nazir  isə  növbə  ilə  Milli  Məclis  tərəfindən 

razılıq olmaqla Prezident təyin edir. 

Ümumi  qaydalar  müəyyən  etdikdə  Nazirlər  Kabineti  başqa  məsələlər  üzrə 

sərəncamlar,  qərar

l

ar  qəbul  edir.  Nazirlər  Kabineti  dövlət  büdcəsi  layihəsini 



hazırlayıb  Prezidentə  təqdim  edir,  maliyyə,  dövlətin  iqtisadi  proqramlarının 

reallaşdırılmasını, dövlət büdcəsi icrasını, kredit və pul ilə bağlı siyasətinin həyata 

keçirilməsini,  dövlət  sosial  təminat  proqramlarının  tətbiq  olunmasını  təmin  edir, 

nazirliklərə  və  sonra  isə  digər  mərkəzi  icra  hakimiyyətinin  orqanlarına  rəhbərlik 

edərək onların aktlarının ləğv edilməsi işlərini görür.  



41 

Biznes infrastrukturunun digər dolayı iştirakçısı İqtisadi İnkişaf Nazirliyidir. 

İqtisadi  İnkişaf    Nazirliyi  AR.nın  sosial-iqtisadi  inkişafı  və  beynəlxalq 

əməkdaşlığı, o cümlədən makroiqtisadi, ticarət, investisiya qoyuluşu, sahibkarlığın 

inkişafı,  inhisarçılığın  məhdudlaşdırılması  və  rəqabətin  inkişafı  istiqamətində 

dövlətin  siyasətini  həyata  keçirən  və  eyni  zamanda  formalaşdıran  mərkəzi  icra 

hakimiyəti orqanıdır [50]. 

 İqtisadi  İnkişaf  Nazirliyi  dövlətimizin  iqtisadi  və  sosial  proqnozlarını, 

iqtisadi  siyasətini  işləyib  hazırlayır,  iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişafı, 

xarici  iqtisadi  və  ticarət  əlaqələrinin,  investisiya  fəaliyyəti,  investisiyaların  cəlb 

həyata keçirir. 

 Bundan  başqa,  daxili  ticarət  və  sahibkarlığın  inkişafı,  təşviqi  sahəsində 

zəruri  tədbirlərin  görülməsini  təmin  edir,  sahibkarlığa  dövlət  yardımı,  rəqabətin 

gücləndirilməsi  və  təşviqi,  o  cümlədən  haqsız  rəqabətin  aradan  qaldırılması, 

istehlakçı  hüquqlarının  qorunması  və  s.  funksiyaları  yerinə  yetirir,  ölkə 

iqtisadiyyatında  təsis  etmə  və  çərçivəsində  yeniləşmə  sahəsində  dövlət  siyasətini 

işləyib hazırlayır və uyğunluqlar, fəaliyyət məsələlər üzrə normativ hüquqi aktları 

və müvafiq fəaliyyət alanları üzrə dövlət nəzarətini həyata keçirir. 

 Nazirlik  digər  ölkələrlə,  beynəlxalq  və  regional  maliyyə  qurumları  ilə 

iqtisadi  işbirliyi  sahəsində  dövlət  siyasətini,  habelə  xarici  iqtisadi  əlaqələrin 

səmərəliliyinin artırılması istiqamətində tədbirlər görür. 

AR.  Maliyyə  Nazirliyi  ölkəmizdə  maliyyə  siyasətini  reallaşdıran  və 

dövlətimizin maliyyəsinin  güclü şəkildə idarə edilməsini təskil edən əsas mərkəzi 

icra orqanıdır [54]. 

 AR  müstəqilliyini  qazandıqdan  sonra  Maliyyə  Nazirliyi  Azərbaycan 

Prezidentinin  9  Fevral  2009-ci  il  tarixli  48  nömrəli  fərmanı  ilə  təsdiq  edilmiş 

Əsasnamə əsasında fəaliyyət göstərir. 

 Maliyyə  Nazirliyi  sisteminə  Mərkəzi  Orqanlar  üzrə  Xəzinə  İdarəsi,  Dövlət 

Əyar Palatası, Məlumat-hesablama Mərkəzi, Maliyyə Elm-tədris Mərkəzi daxildir. 

 Nazirlik AR.nın dövlət və icmal büdcələrin layihələrini hazırlayır və təsdiq 

edilmiş meyarlara uyğun olaraq dövlət büdcəsinin kassa icrasını təmin edir, sığorta 



42 

fəaliyyəti,  dövlət  borcunun  idarə  edilməsi,  mühasibat  uçotunun  təşkili  və 

aparılması  sahələrində  dövlət  tənzimlənməsinin,  dövlət  büdcəsi  vəsaitlərinin 

istifadə  sahələri  üzərində  dövlət  nəzarətinin  həyata  keçirilməsini  təmin  edir, 

dövlətin 

pul-kredit 

və 

gömrük 


siyasətinin 

əsas 


istiqamətlərinin 

müəyyənləşdirilməsinə aid. Təkliflərin hazırlanmasında iştirak edir. 

Vergilər Nazirliyi AR.da büdcə və maliyyə siyasəti çərçivəsındə vergi  

siyasətini reallaşdıran mərkəzləşmiş icra hakimıyyəti orqanıdır. 

 Vergilər  Nazirliyi  dövlət  qiymət  intizamina  və  vergi  qanunvericiliyinə 

üzərində dövlət nəzarətini təmin etmək məqsədilə 1990-ci ilin iyul ayında Maliyyə 

Nazirliyi  nəzdində  təsis  edilmişdir.  1991-ci  ilin  oktyabr  ayında  dövlət  qiymət 

intizamina  və  vergi  qanunvericiliyinə  nəzarət  sisteminin  inkişaf  etdirilmək,  bu 

istiqamətdə  dövlet  vergi  xidmətinin  rolunun  effektivləşdirilmək,  onun  sərbəst 

fəaliyyət  göstərməsinin  və  nəzarət  sisteminin  dürüstlüyünün  təmin  etmək 

məqsədilə  bu  xidmət  Maliyyə  Nazirliyindən  ayrılaraq  Azərbaycan  Dövlət  Baş 

Vergi Müfətişliyi adı ilə xidmət göstərməyə başlamişdır [52]. 

 Azərbaycan  Respublikasının  Prezidentinin  11  Fevral  2000  ci  il  tarixli 

sərəncamı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək, onun əsasında Vergilər 

Nazirliyi yaradılmışdır. 

 Nazirlik Respublikamızın dövlət vergilərinin və başqa büdcə mədaxillərinin 

doğru  hesablanmasına,  onların  zamanında  və  tam  məbləğ  şəklində  dövlətin 

büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata 

keçirir,  vergi  qanunverici

I

iyinə  aid  vergi  ödəyicilərinə  informasiyaların 



verilməsini,  vergilərin  hesablanması  eləcə  də  ödənilməsi  haqqında  açıqlamaların 

verilməsini  təmin  edir.  Bundan  başqa,  vergi  qanunvericiliyinə  müvafiq  olaraq 

bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanmasını təmin etmək məqsədi 

ilə  bazar  qiymətlərinin  qeydə  alınmasını  və  bazar  qiymətləri  barədə  informasiya 

bazasının  yaradılmasını  təmin  edir.  Nazirlik  vergi  matrah-ı  həcminin 

müəyyənləşdirilməsi,  aksiz  markası  etiketi  yapışdırılacaq,  amma  etiketi 

yapışdırılmamış  yaxud  saxta  olan  aksiz  markaları  ilə  damğalamış  malların, 

sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərin vergiyə tabe 




43 

tutulan  obyektlərin  qeydiyyatı,  əhaliylə  maliyyə  hesablaşmalarının  edilməsi 

sahəsində  qanunvericiliyə  riayet  edilməsini  aşkara  çıxarmaq  məqsədi  ilə  vergi 

ödəyicilərinə qanunda nəzərdə tutulmuş qaydada nəzarət edir. 

 AR  dövlət  vergi  orqanlarının  inkişaf  proqramlarını  həyata  keçirir  eyni 

zamanda  da  onun  hazırlanmasında  iştirak  edir.  İqtisadiyyat,  həmçinin  maliyyə, 

vergi  və  sərmayələrin  çəkilməsi  ilə  bağlı    olan  başqa  ölkələrlə  ölkəmiz  arasında 

münasibətlərin tənzim edilməsinə uyğun təkliflərin hazır edilməsində iştirak edir. 

AR    dövlət  vergi  orqanlarının  mərkəzləşmiş    avtomatlaşdırılmış  informasiya 

sisteminin yaradılmasının təminatçısıdır [57].

 

 

Biznes  infrastrukturunun  dolayı  iştirakçılarında  biri  də  Dövlət  Statistika 



Komitəsidir.  Dövlət  Statistika  Komitəsi  statistika  sahəsində  dövlət  siyasətini  və 

tənzimlənməsini  həyata  keçirən  və  ölkədə  sosial,  iqtisadi,  demoqrafik  və  ekoloji 

vəziyyət  ilə  bağlı  rəsmi  statistik  məlumatları  vahid  metodologiya  əsasında 

formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır [53]. 

Azərbaycan  qanunvericiliyində  "nəzarət"  anlayışına  ilk  dəfə  1992-ci  ildə 

"Xarici  İnvestisiyanın  Qorunması  Haqqında  Qanun"  və  1993-ci  ildə  "Sığorta 

Haqqında Qanun" da yer verilmişdir. Buna qarşın milli audit sisteminin formalaş 

tarixinin istər sözügedən qanunlarla, istərsə də 1991-ci ildə yaradılmış və 1996-ci 

ilə  qədər  fəaliyyət  göstərmiş  Maliyyə  Nazirliyinə  bağlı  Nəzarət  Mərkəzinin 

fəaliyyəti  ilə  əlaqəsi  yoxdur.  Bunun  səbəbi,  Nəzarət  Mərkəzinin  dövlət  qurumu 

olması  və  maliyyə  nəzarəti  müstəqil  nəzarət  şəklində  deyil,  dövlətin  nəzarət 

qurumu kimi aparmasıdır. Başqa sözlə, Azərbaycanda beynəlxalq meyarlara uyğun 

müstəqil nəzarət xidmətinin yaradılmaması səbəbindən sözügedən qanunlar o vaxt 

etibarilə  ikinci  qanunvericilik  xarakteri  daşımışdır.  Bu  səbəblə  də,  Azərbaycanda 

milli audit sisteminin formalaşması tam olaraq 16 Sentyabr 1994-ci ildə "Nəzarət 

Xidməti Haqqında Qanun" un yü-rürlüğe girməsi ilə müəyyən olunmuşdur [27, 7]. 

Sözügedən  qanun  ölkədə  audit  qanunvericiliyinin  əsasını  yaratmış  və  nəzarətin 

inkişafı üçün lazımi hüquqi dayaq olmuşdur [29, 226]. 

 Qanun,  AR.da  nəzarət  fəaliyyətinin  tənzimlənməsini,  nəzarətin  həyata 

keçirilməsinin hüquqi əsaslarını, auditorların vəzifə və məsuliyyətlərinin müəyyən 




44 

olunmasını və müstəqil maliyyə nəzarət sisteminin qurulmasını nəzərdə tutur [16, 

7]. Novruzov və digərlərinin də qeyd etdiyi kimi, Audit Xidməti Haqqında Qanun; 

Nəzarəti, mal satışı edən və xidmət təqdim edən müəssisələrdə maliyyə əməliyyat 

və  fəaliyyətlərin  müstəqil  idarə  kimi  təsvir  etmişdir.  Müəssisələrdə  müqaviləyə 

əsasən  maliyyə  nəzarət,  ekspertiza,  monitorinqlərin  aparılması,  yazılı  fikrin 

bildirilməsi,  mühasibat  əməliyyatlarının  aparılması,  əməliyyatların  dürüstlüyünün 

təsdiq  olunması  və  auditorunun  peşə  fəaliyyətinə  uyğun  xidmət  təqdim  etməsi 

"nəzarət"  kimi  qəbul  edilir  [8,  137].  Auditin  hüquqi  əsasları  atıldıqdan  sonra 

auditor  və  audit  şirkətlərini  nəzarət  etmək  məqsədilə,  Milli  Məclis  tərəfindən  AR 

Auditorlar  Palatasının  fəaliyyətə  keçməsi  ilə  Milli  Standartların  hazırlanması  və 

yayımlanması mərhələlərinə keçilmişdir. 

 2011-ci  ildə  sözügedən  qanunda  bəzi  dəyişikliklərin  və  əlavələrin 

edilməsinə qərar verilmişdir. Bu istiqamətdə Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, 

Vergilər  Nazirliyi,  Milli  Bank,  Dünya  Bankı  ilə  ölkədə  fəaliyyət  göstərən 

beynəlxalq  audit  şirkətlərinin  təkliflərindən,  təxminən  iyirmi  xarici  ölkənin 

qanunvericiliyindən  və  Avropa  Birliyinin  Səkkizinci  Sərəncamından  istifadə 

edilmişdir. 

AR.  Auditorlar  Palatası,  ölkədə  audit  fəaliyyətinin  dövlət  tərəfindən 

tənzimlənməsi,  nəzarət  fəaliyyətinin  inkişafına  yönəlmiş  normativ  sənədlərin 

hazırlanması [16, 11], müəssisələrin və audit şirkətlərinin hüquqlarının qorunması, 

auditorunun  qanunlar  və  ikinci  qanunvericiliyə  uyğun  olub  olmadığının 

araşdırılması  məqsədilə  yaradılmış  dövlət  qurumudur  [16,  17].  Palatanın  əsas 

vəzifəsi;  müəssisələrdə  mühasibat  və  maliyyə  əməliyyatlarının  həqiqətə  uyğun 

aparılmasının təmin edilməsi məqsədilə, ölkədə nəzarət xidmətinin qanunvericiliyə 

uyğun  olaraq  inkişaf  etdirilməsinə  yönəlik  fəaliyyətlərin  aparılmasıdır.  Bu 

istiqamətdə AR Auditorlar Palatasının yerinə yetirdiyi funksiyalar; 

  Azərbaycanda audit xidməti ilə bağlı fəaliyyətləri təşkil etmək, 

  Ölkədə  fəaliyyət  göstərən  müstəqil  auditor  və  audit  şirkətlərinə  lisenziya  vermək 

və  onların  fəaliyyətinə  "Nəzarət  Xidməti  Haqqında  Qanun"  əsasında  nəzarət 

etmək, 



45 

  Lisenziya imtahanı ilə bağlı komissiya üzvlərini müəyyən etmək

  Mülki  Məcəllə  müəssisələrin  maliyyə  əməliyyatları  ilə  bağlı  tələblərini  nəzərə 

alaraq auditor rəy və hesabat növlərini müəyyən etmək (Yaqubov, 2004: 9, 

  Audit  şirkətlərinə  və  auditorlara  qanunların  tətbiqi  ilə  bağlı  tövsiyələr  verərək 

nəzarətin inkişafı üçün təkliflər təqdim etmək, 

  Auditorların  peşə  qaydalarına  riayət  etməməsi  şəraitində  yoxlanan  müəssisələrin 

iddialarının qanunlar çərçivəsində baxmasını təmin etmək, 

  Beynəlxalq təcrübə əsas götürərək audit şirkətləri və auditorlara tövsiyələr vermək  

[7, 335] 

  Daimi nəzarəti həyata keçirmək 

 şəklində ümumiləşdirilir [29, 227] 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin